SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin statistikası

2026.11.18, 15:13
Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin statistikası

Aprelin əvvəlindən sentyabrın sonuna qədər Şərqi Azərbaycan əyalətində baş verən iş qəzaları nəticəsində 69 nəfər həyatını itirib.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzi məlumat yayıb.

Məlumata görə, həmin dövr ərzində daha 785 işçi yaralanıb.

Ölənlərin 29-nun qadın, 756-nın isə kişi olduğu bildirilib.

Qeyd olunub ki, 27 nəfər hündürlükdən yıxılaraq, 21 nəfərə sərt cism dəyərək, 4 nəfər elektrik cərəyanı vurması, 14 nəfər yanıq xəsarətləri nəticəsində, 2 nəfər boğulma, 1 nəfər isə kimyəvi qazlara məruz qalma nəticəsində ölüb. 

İş yerlərindəki qəzalar nəticəsində həlak olanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23% artıb.

Qəzaların iş təhlükəsizliyi qaydalarının qorunmaması və işçilərin lazimi avadanlıqlarla təchiz olunmamaları səbəbindən baş verdiyi bildirilib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar