SON XƏBƏRLƏR

Qaani İraq böhranına müdaxilə etdi; Kataib Hizbullah hökumətin əmrinə müqavimət göstərir

2026.11.18, 21:37
Qaani İraq böhranına müdaxilə etdi; Kataib Hizbullah hökumətin əmrinə müqavimət göstərir

Gunaz.tv

İran İslam Respublikası SEPAH-ının Qüds qüvvələrinin komandanı İsmayıl Qaani İraq hökuməti ilə silahlı Kataib Hizbullah arasında Cürf əs-Səxr bölgəsinə nəzarət uğrunda gərginliyin artması fonunda gecə saatlarında Bağdada səfər edib və İraqın baş naziri Əli Falih əl-Zeydi ilə böhranın həlli yollarını müzakirə edib.

İraq mənbələrinin məlumatına görə, danışıqlar hərbi toqquşmanın qarşısını almaq və Kataib Hizbullahnın bölgədən geri çəkilməsi ilə bağlı razılığa gəlmək məqsədi daşıyıb. Bəzi məlumatlarda bu qrupun bölgədən çıxması və dövlət qüvvələri ilə Haşdi Şabinin birgə qüvvələrinin yerləşdirilməsi barədə mümkün razılaşmadan bəhs olunur. Lakin bu məlumat hələ rəsmi şəkildə təsdiqlənməyib.

Bununla yanaşı, Kataib Hizbullahnın komandirlərindən Əbu Talib əs-Səidi qrupun üzvlərinin həyatı bahasına olsa belə, Cürf əs-Səxrdən geri çəkilməyəcəyini bildirib.

Böhran İraq hökumətinin Kataib Hizbullahnı neft kəmərlərinə müdaxilə və genişmiqyaslı yanacaq qaçaqmalçılığında ittiham etməsindən sonra daha da kəskinləşib. Reuters agentliyinin məlumatına görə, araşdırmalar zamanı gizli neftötürmə avadanlıqları və qanunsuz neft emalı zavodu aşkarlanıb, bu işlə əlaqədar doqquz təhlükəsizlik və inzibati vəzifəli şəxs vəzifəsindən kənarlaşdırılıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar