SON XƏBƏRLƏR

ABŞ vətəndaşlarına Milad bayramı ərəfəsində terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

2026.11.17, 19:32
ABŞ vətəndaşlarına Milad bayramı ərəfəsində terror təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Gunaz.tv

ABŞ-ın Londondakı səfirliyi Böyük Britaniyada yaşayan və ya səfərdə olan ABŞ vətəndaşlarını Milad və Yeni il bayramları zamanı mümkün terror təhlükəsinə qarşı ayıq-sayıq olmağa çağırıb.

Səfirlik xüsusilə Milad bazarlarında, nəqliyyat mərkəzlərində, ticarət mərkəzlərində və insanların sıx toplaşdığı digər ictimai yerlərdə ehtiyatlı davranmağı tövsiyə edib.

Xəbərdarlıqda terror hücumlarının əvvəlcədən xəbərdarlıq edilmədən baş verə biləcəyi bildirilib. Həmçinin Avropada son günlər bir sıra təyyarələrə bomba qoyulması ilə bağlı əsassız məlumatların uçuşlarda fasilələrə səbəb olduğu qeyd edilib.

Səfirlik ABŞ vətəndaşlarına bayram günlərində yerli xəbərləri izləməyi və təhlükəsizlik tədbirlərinə əməl etməyi tövsiyə edib.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar