SON XƏBƏRLƏR

İlamda altı etirazçı həbs edildi

2026.11.18, 16:16
İlamda altı etirazçı həbs edildi

İranın İlam əyalətinin Abdanan şəhərində hökumət əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən altı nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Həbs olunanlardan Əsgər Əkbərinin 15 yaşı olduğu bildirilib.

Onlar Dehloran Petrokimya Şirkətinin işçilərinin daşıyan avtobus qəzası nəticəsində 13 nəfərin ölümündən sonra aksiya keçiriblər.

Etirazçılar yolların pis vəziyyətinə, infrastrukturun olmamasına və pis idarəetməyə etiraz edərək hökumət rəsmilərinə qarşı şüarlar səsləndiriblər. Şəhər bazarının bir hissəsi də etirazçılar və qurbanların ailələri ilə həmrəylik nümayiş etdirərək tətilə başlayıb.

GünAzTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar