SON XƏBƏRLƏR

Tramp: “İranda işlərimiz çox yaxşı gedir”

2026.11.18, 11:11
Tramp: “İranda işlərimiz çox yaxşı gedir”

İranın nə hərbi donanması, nə də hava qüvvələri qalıb və ABŞ İranda əməliyyatları çox uğurla davam etdirir.

Gunaz.tv

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

“İranda, yumşaq desək, işlərimiz çox yaxşı gedir. Onların nə donanması var, nə hava qüvvələri, ümumiyyətlə, heç nələri yoxdur”, – deyə Tramp Manilada Filippin Prezidenti Ferdinand Markos ilə görüşü zamanı bildirib.

Tramp bu açıqlamaları Asiya turnesinin ilk dayanacağı olan Filippinə səfəri çərçivəsində, ASEAN-ın 49-cu sammitində iştirak etdiyi zaman verib. Səfərdən sonra onun Çində Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə üçtərəfli görüş keçirməsi planlaşdırılır.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar