SON XƏBƏRLƏR

Simnanda bəhailər həbs edildi

2026.11.17, 11:29
Simnanda bəhailər həbs edildi

İranın Simnan şəhərində islam dininin bəhai təriqətnə mənsub olan bəhainin evi və iş yerində axtarış aparılıb, onlara məxsus komputer, telefon və kitavlar müsadirə olunub.

Gunaz.tv

Bu haqda Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumata görə, Behfər Xancani, Hesam Təbyanian və Zöhrə Nikayin adlı bəhailər həbs edilb.

Axtarış və həbs səbəbləri və saxlanılanların hara aparldıqları barədə məlumat verilməyib.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar