SON XƏBƏRLƏR

ABŞ Silahlı Qüvvələri Qeşm zərbə endirib

2026.11.18, 10:25
ABŞ Silahlı Qüvvələri Qeşm zərbə endirib

ABŞ Silahlı Qüvvələri Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılışları üçün istifadə etdiyi obyektə zərbə endirib.

Gunaz.tv

“Axios” portalının məlumatına görə, bunu Pentaqonun nümayəndəsi açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin rəsmisinin sözlərini “Axios”un və İsrailin “12-ci kanal”ının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində paylaşıb.

“Bu gün ABŞ qırıcı təyyarələri özünümüdafiə məqsədilə Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsinə yüksək dəqiqlikli sursatlarla zərbə endirib. Hücum SEPAH-ın Amerika qüvvələrinə və hərbi vasitələrinə qarşı təcavüzünə cavab olub”, – Pentaqon rəsmisi bildirib.

Bundan əvvəl İranın Hörmüzqan vilayəti rəhbərliyi Qeşm adasına hücum edildiyini təsdiqləmiş, lakin yaşayış, ticarət və mühüm infrastruktur obyektlərinə ziyan dəymədiyini açıqlamışdı.

Zərbənin nəticələri və mümkün itkilər barədə əlavə məlumat verilməyib.


C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar