SON XƏBƏRLƏR

Fransa İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb

2026.11.18, 10:12
Fransa İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını açıqlayıb

Avropa İttifaqı İranın kiberhücumlarda iştirakı ilə bağlı ittihamlar fonunda bir ay ərzində Tehrana qarşı yeni sanksiyalar qəbul edə bilər.

Gunaz.tv

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France 5” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, söhbət Fransada soyuducu avadanlıqların idarəetmə sistemlərinə qarşı həyata keçirildiyi bildirilən kiberhücumdan gedir.

“Bazar ertəsi Brüsseldə bu kiberhücuma görə məsuliyyət daşıyan şəxslərlə bağlı sübutları təqdim etdim. Məqsəd həmin şəxslərə qarşı sanksiyaların tətbiq edilməsidir”, – Barro deyib.

O bildirib ki, nəzərdə tutulan məhdudiyyətlər çərçivəsində həmin şəxslərin maliyyə aktivləri dondurula və Avropa İttifaqı ərazisinə girişləri qadağan edilə bilər.

Fransa XİN rəhbəri sanksiyaların bir ay ərzində qüvvəyə minə biləcəyini qeyd edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar