SON XƏBƏRLƏR

İki şagirdin ölümündən sonra İranda bir rayonun məktəbləri onlayn təhsilə keçdi

2026.11.27, 22:33
İki şagirdin ölümündən sonra İranda bir rayonun məktəbləri onlayn təhsilə keçdi

Gunaz.tv

İranın Kirman vilayətində yerləşən Sircan rayonunda iki oğlan şagirdin vəfat etməsi və tənəffüs yolları xəstəliklərinin yayılması ilə bağlı narahatlıqların artması səbəbindən məktəblərdə şənbə günü, noyabrın 28-də təhsil distant formada keçiriləcək.

İranın dövlət xəbər agentliyinin məlumatına görə, Sircan Təhsil İdarəsinin müdiri Məcid Əsfəndiyar Pur bildirib ki, rayonun bəzi məktəblərində bir sıra şagirdlər ağır soyuqdəymə və ya kəskin qripə yoluxublar.

Onun sözlərinə görə, xəstələnən şagirdlər evdə nəzarət altında saxlanılır və məktəbə gəlmələrinə icazə verilmir.

Sircan İranın cənub-şərqində, Kirman vilayətində yerləşən rayonlardan biridir.

Yerli rəsmilər iki şagirdin ölümünün dəqiq səbəbi ilə bağlı hələlik əlavə məlumat açıqlamayıblar.


GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar