Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Marağada 14 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətinə kürd polis rəisi təyin olundu
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters
İranda beş məhbus edam edilib
İranın neft hasilatı hazırda daxili tələbatı cüzi üstələyir — TankerTrackers
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı türk fəalın evində axtarış aparıb
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Qüdrət Həsənquliyev: "Milli Məclis hökumətdən nəsə tələb etmək gücündə deyil" Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsi - Hakimiyyətlə siyasi partiyalar arasında dialoq məsələsi yenidən gündəmə gəlib. Bu dialoqun baş tutması nə qədər realdır? - Bu yaxınlarda Milli Məclisdə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla bu barədə söhbətim oldu. Əli Əhmədov mənə bildirdi ki, onlar yanvar ayında belə bir görüşü nəzərdə tutublar. Söhbət hökumətlə yox, YAP-ın xətti ilə təşkil olunacaq dialoqdan gedir. Hər halda bu məsələ haqda qəti qərar olmasa da, fikir və müzakirələr var. Hesab edirəm ki, iqtidar partiyası ilə digər siyasi partiyalar arasında keçirilə biləcək bu dialoq ölkədəki siyasi proseslərə müsbət təsir edər. Prezident seçkilərindən sonra dövlət başçısı da xüsusi vurğulamışdı ki, artıq yeni siyasi dövr başlayır. Biz də bunu konkret addımlarda görmək istəyirik. - Bu görüşə hansı partiyaların dəvət ediləcəyi barədə Sizdə məlumat var? - Bu barədə heç bir məlumatım yoxdur. Bu görüş olacaqsa, onun təşkilatçısı iqtidar partiyası olacaq, dəvətlilərin siyahısını da hər halda onlar müəyyənləşdirəcək. - Siz necə hesab edirsiniz, dialoqa hansı partiyalar dəvət olunmalıdır? - İlkin mərhələdə orada prezident seçkisinə qatılmış partiyalar iştirak edə bilər. Digər tərəfdən elə partiyalar var ki, onlar seçkiyə qatılmasalar da, boykot variantını seçməyiblər. Bu partiyalar sırasında Müsavat, Azərbaycan Demokratik Partiyası və Demokratik Seçki Mərkəzində birləşmiş partiyalar da ola bilər. Mənə qalsa, ikinci mərhələdə bütün partiyaları dəvət etmək olar. Ancaq bir qrup partiyalar var ki, onlar tamamilə inkar yolu tutublar, hakimiyyəti tanımadıqlarını bəyan edirlər. Tanımadıqları iqtidarla nəyi müzakirə edəcəklər ki? Bu partiyaların dəvət edilməsi məncə, mənasızdır. - Görüşün mövzusu nə olacaq? - İlk növbədə "Siyasi partiyalar" haqqında qanunla bağlı müzakirələr aparılacaq. Bu qanun qəbul edildikdən sonra ölkədəki siyasi münasibətləri yeni dövrün tələblərinə uyğun tənzimləmək mümkündür. Sözsüz ki, burada söhbət müxalifətin maddi-texniki bazasının yaxşılaşdırılmasından, siyasi mübarizənin sivil qaydada aparılmasından gedir. Tərəflər sivil dünyada qəbul edilmiş etik davranış qaydalarını qəbul etməlidirlər. Bundan başqa, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi gündəmə gəlməlidir. Partiyaların büdcədən normal maliyyələşməsi ayrı-ayrı beynəlxalq təşkilatlardan və iş adamlarından asılılığı qurtarması deməkdir. Bu da ona gətirib çıxaracaq ki, siyasi partiya hansısa maraqlara yox, ümummilli dövlət maraqlarına xidmət edəcək. - Hakim partiyanın nümayəndələri təklif edir ki, siyasi partiyaların maliyyələşdirilməsi seçkidə iştirakdan və göstərilən nəticədən asılı olsun. - Sözsüz ki, müəyyən prinsip əsas götürülməlidir. Bütün siyasi partiyalar maliyyələşdirilsə, o zaman ölkədə siyasi biznes başlayacaq və partiya açmaq dükan açmaq kimi bir şey olacaq. Müəyyən qrup insanlar bu yolla pul əldə etməyə çalışacaqlar. Burda əsas prinsip mütləq seçkidə iştirak və göstərilən nəticə ilə müəyyənləşməlidir. Xalqın əhəmiyyətli bir hissəsini dəstəyini alan partiya dövlət tərəfindən maliyyələşməlidir. Məncə, bələdiyyə seçkiləri özünüidarə qurumuna keçirilən seçkilər olduğundan daha çox parlament və prezident seçkilərində partiyaların göstəriciləri əsas götürülməlidir. İlkin olaraq müəyyən bir aşağı kvota müəyyənləşdirilməlidir. Seçkilərlə bağlı mövcud reallıqlar da nəzərə alınmalıdır. Özü də elə nəzərə alınmalıdır ki, ən azı ilkin olaraq Azərbaycanda 4-5 siyasi partiya maliyyələşə bilsin. Yəni qanun hazırlananda mütləq Azərbaycandakı real vəziyyət nəzərə alınmalıdır. Bu gün siyasi partiyaların ölkədəki ictimai-siyasi proseslərə təsiri zəifdir. Məsələn, prezident seçkilərində 1 faizdən və yaxud 50 mindən artıq səs toplamış siyasi partiyalar maliyyələşdirilməlidir. Bir faizdən yuxarı səs toplayan bütün partiyalara bərabər maliyyə vəsaiti ayrılmalıdır. Əlavə olaraq hər partiya qazandığı səsin faizinə uyğun olaraq vəsait almalıdır. Yaxud hər partiyanın seçkidə qazandığı yerlər nəzərə alınaraq ona maliyyə təminatı verilə bilər. Bütün hallarda seçkidə iştirak prioritet olmalıdır. Seçkidə iştirak etməyən partiyaların maliyyələşməsi isə ümumiyyətlə müzakirə olunmamalıdır. Çünki bu, ölkədə siyasi xaosa gətirib çıxara bilər. - İndiyə qədər Milli Məclisə yalnız Fazil Mustafa tərəfindən "Siyasi partiyalar haqqında" qanun layihəsi təqdim edilib. - Bu ayrıca qanun layihəsi yox, qanuna əlavə və dəyişikliklə bağlı təkliflər idi. Həmin sənədi mən də imzalamışam. Əgər bu məsələ müzakirəyə çıxarılsa, partiya olaraq biz də öz təkliflərimizi verəcəyik. Bu məsələ ilə bağlı partiyada çoxlu müzakirələr aparmışıq və bizim təkliflərimizin layihə halına salınması çox qısa müddət tələb edəcək. - Bəlkə müzakirə üçün Milli Məclisə yeni layihələrin daxil olmasını gözləyirlər? - Biz əmin olsaq ki, iqtidar bu addımı atmaq istəyir öz təkliflərimizi verəcəyik. Fazil Mustafanın təklifləri artıq 3 ildir ki, Milli Məclisdədir. Yəni biz gözləyirik ki, belə bir məsələ müzakirəyə çıxarılsın. - Media yeni yaranacaq Aydınlar, Böyük Quruluş və sədri olduğunuz Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının birləşəcəyini yazır. Belə bir plan varmı? - Yox, belə plan yoxdur. Sadəcə, mən seçkidən sonra yaranan yeni dövrə uyğun olaraq belə bir təşəbbüslə çıxış etmişdim ki, bu partiyaların hər üçü AXC-nin şinelindən çıxıb, onlar seçkilərdə vahid mövqedən çıxış edə bilərlər. Yəni söhbət seçkidə birgə mübarizə aparmaqdan gedir. Əvvəl hər iki tərəf buna razılıq vermişdi. Sonradan mətbuatda onların müəyyən qarışıq fikirlərinə rast gəldim. Bir neçə gün əvvəl isə Qulamhüseyn Əlibəyli ilə söhbətim oldu. O, mənə dedi ki, bu məsələni müzakirə etməyə hazırdırlar. Fazil Mustafa isə bu məsələni partiyasında müzakirə edəndən sonra öz fikrini deyə biləcəyini bildirmişdi. Mən də təklifimin qüvvədə qaldığını demişəm. Burada məcburiyyətdən söhbət gedə bilməz. Mən yenə də deyirəm ki, Azərbaycanda bir çox partiyalar birləşə bilər. Çünki bu partiyaların əksəriyyətinin Nizamnaməsində elə bir fərq yoxdu, çoxunda sosial baza problemi var. Elə partiyalar var ki, min nədir, heç yüz üzvü yoxdur. Bu ölkədə cəmi 4-5 siyasi partiya üçün sosial baza və mühit imkanı var. Bizim kimi düşünənlərlə danışıq aparmağa hazırıq. - "Təhsil haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasında da qəbul edilməyə bilər. Millət vəkili olaraq soruşuruq, Sizcə, "Təhsil haqqında" qanun niyə qəbul olunmur? - Mən bu qanunun qəbul edilməməsinə görə təhsil komissiyasının sədri Şəmsəddin Hacıyevdə heç bir günah görmürəm. Komissiya sədri sənədin müzakirəyə çıxarılması üçün çalışır. Mən həm də bilirəm ki, Şəmsəddin Hacıyev qanunun demokratik olmasını istəyir. Ancaq onu da bilirəm ki, hökumətin içində bu qanunla bağlı təhsili idarə edən və yönəldən insanlar arasında fikir ayrılıqları var. Qanunun qəbul edilməsinin qarşısını alan da bu amildir. Hazırda qüvvədə olan "Təhsil haqqında" qanun da demokratik sənəddir. Söhbət yeni qanun qəbul etməklə təhsildə islahatları sürətləndirməkdən gedir. Hökumət səviyyəsində təhsil sahəsində ciddi islahatlar aparılmasa, bugünkü problemləri həll etmək mümkün deyil. Bir qrup mütərəqqi insanlar da yeni qanunun qəbul edilməsini ona görə istəyir ki, təhsil sahəsinə yeni nəfəs gəlsin. - Siz necə hesab edirsiniz, "Təhsil haqqında" mövcud qanun daha demokratikdir, ya müzakirəyə çıxarılması mümkün olmayan layihə? - Qüvvədə olan qanun daha demokratikdir. Ancaq bu qanunun bir çox müddəalarına əməl edilmir. Bu gün isə daha demokratik qanunun qəbul edilməsinə ehtiyac var. Hesab edirəm ki, yeni qanunda təhsilin magistratura və ya aspirantura pillələrindən biri saxlanılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası ümumiyyətlə ləğv edilməlidir. Onun tərkibində olan institutlar ayrı-ayrı universitetlərin və ya nazirliklərin tabeliyinə verilməlidir ki, daha praktik işlə məşğul olsunlar. Azərbaycanda xüsusi sahələrə aid akademiyalar istisna olmaqla, bütün universitetlər özəlləşdirilməlidir. Biz kapitalizm cəmiyyətinə keçmişiksə, dövlət ali məktəbləri maliyyələşdirməməlidir. əksinə, bu təhsil müəssisələri özəl təşkilatlara çevrilərək, büdcəyə gəlir vergisi ödəməlidirlər. Kasıb insanlar isə təhsil kreditləri hesabına oxumalıdır. Rektorların seçki ilə müəyyənləşdirilməsi məsələsi həllini tapmalıdır. Bəzən hesab edirlər ki, kollektiv düzgün seçim edə bilməz. Axı, seçiləcək rektoru kollektivdən yaxşı kim tanıya bilər? Adi, siyasətdən uzaq insanlar i ölkəni kimin daha yaxşı idarə edəcəyini müəyyənləşdirərək, ölkəyə prezident seçə bilirlər, ziyalı insanlar, müəllim-professor heyəti bir universitetə rektor seçə bilmir? Bütün bunlar "Təhsil haqqında" qanunda öz əksini tapmalıdır. - Milli Məclis "Təhsil haqqında" qanunun qəbul etməyə hazırdır? - Xeyr, hazır deyil. Əgər hazır olsaydı, qəbul edərdi. Bu gün bu qanunun qəbul edilməməsi Milli Məclisin hakimiyyətin müstəqil qanadı kimi özünü göstərə bilməməsinindən irəli gəlirsə, digər tərəfdən icra hakimiyyəti orqanlarında fikir ayrılığının olmasından qaynaqlanır. - Milli Məclisin son iclasları ayrı-ayrı deputatların narazılıqları ilə yadda qaldı. Parlamentdə nələr baş verir? - Heç nə baş vermir. Mən bu Milli Məclisdə nəsə baş verəcəyini də gözləmirəm. Ola bilsin hansısa deputat hansı nazirdən nədəsə narazı qalıb və buna görə tənqidi fikirlər söyləyib. Ancaq söhbət ondan gedir ki, Milli Məclis hökumətdən nəsə tələb etmək gücündə deyil. Bir müddət bundan əvvəl söhbət yayılmışdı ki, deputatlara avtomobillər verilir. Milli Məclis dövlət büdcəsini təsdiq edir, həmin büdcədə ayrı-ayrı nazirliklərin şöbə müdirləri üçün xarici avtomobillərin alınması ilə bağlı maliyyə vəsaitinin ayrılmasına səsə verir, lakin millət vəkillərinin avtomobillə təmin olunmasını büdcəyə daxil etdirə bilmir. Azərbaycan Milli Məclisinin üzvünün maaşı bir çox nazirliklərin şöbə müdirlərinin də maaşından azdır. Öz millət vəkilinin statusunu, nüfuzunu, imicini qaldırmağı bacarmayan Milli məclisdə nə baş verəcək ki? - Azərbaycanda millət vəkilləri nə qədər maaş alır? - Vergini çıxmaq şərti ilə cəmi 1300 manat. Digər ölkələrdə isə bu dəfələrlə artıqdır. Hamı bilir ki, deputat olan şəxs ən azı seçildiyi bölgənin xeyir-şərində yaxından iştirak edir, seçicilərinin bəzilərinin qayğılarına yardım edir. Gəlin görək, bu vəsaitlə bu qədər işi çatdırmaq mümkündürmü? Ona görə də bəzi deputatlar icra hakimiyyətlərinin və ya hansısa iş adamının qapısında boynunu bükməli olur. Bu da nəticədə deputatın imicinə mənfi təsir göstərir. - 2008-ci il siyasi baxımdan nə ilə yaddaşınızda qalacaq? - Hər şeydən əvvəl prezident seçkisi ilə. Bundan başqa, 2008-ci il Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neftin qiymətinin düşməsi ilə yadda qalacaq. 2008-ci ilin sonunda təəssüfümə səbəb olan daha bir hadisə isə Türkiyə ilə Ermənistan arasında dostluq münasibətlərinin əsasının qoyulmasıdır. Bu faktı mən özüm üçün faciə kimi qəbul edirəm. Azərbaycan özünün hər zaman güvəndiyi bir ölkənin zərbəsi ilə üzləşdi.
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Təbrizdə "Koroğlu" tamaşası nümayiş etdiriləcək
ABŞ-la razılaşma üçün ən yaxşı vaxt indidir – İran Ekspertlər Məclisinin üzvü
Azərbaycanlı atlet Daşkənddə yeni rekordlar vurdu
Ermənistanda İranın “Majid” HHM sistemləri nümayiş etdirilib
Vens: İran ABŞ-a verdiyi öhdəliklərə əməl etməyib
Bəhreyn BMT-ni İrana qarşı sərt mövqe tutmağa çağırdı
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi