Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Livan: İranın müdaxiləsi suverenliyimizə təcavüzdür
İsrail və Türkiyə arasında gərginlik artıb
Ankara Netanyahu barədə həbs qərarı çıxardı
6 dəniz qulduru İranin neft tankerini ələ keçirdi
Pezeşkian: Ucuz benzin hökuməti maliyyə məhdudiyyətləri ilə üz-üzə qoyub
Reuters: İranın Çinə neft satışı azalıb
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
İranlı deputat sülh çağırışlarının “təslim olmaq” anlamına gəldiyini bildirib
CNN: Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib
Marağada 14 iaşə obyekti bağlandı
Qərbi Azərbaycan əyalətinə kürd polis rəisi təyin olundu
ABŞ-ın blokadası davam etdikcə Çində İran neftinə tələb azalır — Reuters
İranda beş məhbus edam edilib
İranın neft hasilatı hazırda daxili tələbatı cüzi üstələyir — TankerTrackers
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Millət vəkillləri hicaba görə Pezeşkiana xəbərdarlıq etdilər
BƏƏ-nin ticarəti dayandırması İranın qalan iqtisadi dayaq nöqtələrindən birini təhdid edir
Tramp: İranın raket və dron istehsal etmək imkanları “çox aşağıdır”
ABŞ konqresmeni SEPAH-a zərbə endirməyə və İrana qarşı iqtisadi təzyiqi artırmağa çağırıb
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İraq Ceyhan istiqamətində neft ixracının həcmini artırmağı planlaşdırır
Vens: İranın ABŞ-ın iqtisadi təzyiqinə nə qədər tab gətirəcəyini proqnozlaşdırmaq çətindir
Danimarka iranlı mollanın ölkəyə girişinə qadağa qoydu
ABŞ maliyyə naziri: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ehtimalı azdır
Təbrizdə nəqliyyat problemi - Köhnə taksilərin sayı açıqlandı
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
Türkiyədə SEPAH və Hizbullah izi | ABŞ-dan yeni sanksiyalar 9 Türkiyə vətəndaşına
ABŞ İranla əlaqələrinə görə Hizbullaha qarşı yeni sanksiyalar tətbiq edəcək — Reuters
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İraq parlamenti sədrinin Qalibafa mənalı cavabı: Körfəz “Ərəb körfəzi”dir
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
Brent nefti avqust ayının ən yüksək qiymətinə çatdı
"USS George Washington" təyyarədaşıyan gəmisi Ərəb dənizinə çatdı
Trampın bəyanatından sonra İranda dollar yenidən bahalaşdı
Yəməndə öldürülən üç xarici döyüşçüdən ikisi SEPAH üzvüdür — Al Arabiya
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İranlı qadın müğənniyə həbs cəzası verildi
Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafını sürətləndiirmək niyyətindədir
47 iranlı İsrailə köçdü
İranın ən nüfuzlu universiteti oyuncaq siçana görə tələbəni universitetdən qovub
ABŞ-dakı prezident seçkilərinin nəticələri fars rejimini indidən təlaşlandırır Rusiyanın Hərbi Sənaye Kompleksi və İranın "Sepahi-Pasdaranı" bölgəni təhlükələrlə üz-üzə qoyur Neftin qiymətinin düşməsinin dünyada, regionda gedən proseslərə təsiri haqqında deyilənlərdə müəyyən həqiqət olsa da, bu məntiqdən çıxış edib Rusiyanın Cənubi Qafqazdan özbaşına çəkiləcəyi, Ermənistanı, o cümlədən, işğal etdiyi Azərbaycan torpaqlarını güzəştə gedəcəyini düşünmək sadəlövhlük olardı. Unutmaq olmaz ki, faktiki surətdə avtoritar rejimin hökm sürdüyü Rusiyada Hərbi Sənaye Kompleksi hələ də ayaq üstədir. Rusiya ordusunun sayının 1 milyon 400 min nəfərdən 1 milyon nəfərədək azaldılması, 120 min praporşikin, 45 min kiçik zabit ştatının ixtisarını nəzərdə tutan islahatlar hələlik HSK-ni sarsıda bilməz. Hələ də HSK Rusiyanın daxili-xarici siyasətini müəyyənləşdirir. Təbriz Quzeyli Bu region üçün yeganə nümunə deyil. Üç gün əvvəl məlumat yayılıb ki, İranın güc və təhlükəsizlik strukturları, "Sepahi-Pasdaran", "Ettelaat", ordu ölkənin ABŞ-la münasibətlərinin normallaşmasına qoymur, nüvə proqramındən əl çəkməməklə vəziyyəti gərginləşdirir. Qəribə oxşarlıqdır. Rusiyada Putinin FSB-si, HSK, İranda isə "Sepahi-Pasdaran", "Ettelaat" ölkənin demokratikləşməsinə imkan vermir. Bir neçə gün əvvəl yayılan məlumatlara görə, Rusiya ötən il 10 milyard dollarlıq silah satıb, silah satşının həcminə görə ABŞ-dan sonra ikinci yerdə durur. Görünür, hələ də Azərbaycan torpaqlarının işğalında mühüm rol oynamış Rusiyanın keçmiş müdafiə naziri Pavel Qraçovun, bir zamanlar Dağlıq Qarabağda mövcud olmuş Xüsusi İdarənin rəhbəri Viktor Polyaniçkonun, keçmiş xarici işlər naziri Yevgeni Primakovun və başqalarının HSK prinsipləri hələ də baş nazir Vladimir Putinin və oyuncaq prezident Dmitri Medvedyevin simasında həyata keçirilir. Paralel olaraq, İranda "Sepahi-Pasdaran", "Ettelaat", polis dünyanın ən zəngin insan potensialına malik ölkənin inkişafını ləngidir, mollaları ortaya atıb bütün qara əməllərini hələ də qara çadranın altında gizlətməyə çalışır. Bir sözlə, Boris Yeltsinin özünün "ən böyük səhvi" saydığı Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Rusiyanın demokratikləşməsi çox çətindir. ABŞ prezidentliyinə namizəd Con Makkeynin dediyi kimi gözlərində "KQB" oxunan nəhəng oliqarx Vladimir Putin hələ bir müddət tuği-lənət kimi Rusiyanın boğazından asılıb qalacaq. Noyabrın 4-də Tehrandakı ABŞ səfirliyini bayram edən İran fars-molla hakimiyyəti isə yəqin ki, gələn il Mahmud Əhmədinejadı başqa prezidentlə dəyişmək haqqında düşünmür. Belə bir vəziyyətdə, Rusiya ilə İranla "pişim-pişim" üsulunda davranmağa üstünlük verən demokratların ABŞ-da hakimiyyətə gəlməsi fonunda qonşu ölkələrdən Cənubi Qafqaz ölkələrinə, xüsusən, Azərbaycana qarşı təhlükələr artacaq, şiddətlənəcək. Ümumiyyətlə, Azərbaycanın demokratik, inkişaf edən bir ölkəyə çevrilməsi müəyyən mənada Rusiya və İranın demokratikləşməsi, bu ölkələrdə totalitarizmin, avtoritarizmin çökməsilə sıx bağlıdır. Amma hələ görünən odur ki, nə Rusiya, nə də İran demokratikləşən deyil. Demokratikləşməyə imperiyanın parçalanması, korrupsiyaya, rüşvətxorluğa bulaşmış rejimlərinin iç üzlərinin açılması, hakimiyyətdən getməsi kimi baxan Putin və fars-molla rejimi nə öz vətəndaşlarına, nə də qonşularına dinclik vermək niyyətində deyil. Həm Rusiya, həm də İranda hakimiyyətdə kimin olmasını ABŞ-dakı prezident seçkilərinin nəticələrinin müəyyənləşdirdiyini söyləmək mümkündür. Bunun nə qədər məntiqi, politoloji, geosiyasət prinsiplərinə uyğunluğunu demək çətin olsa da "soyuq savaş"ın başa çatmasından sonrakı illər göstərdi ki, Rusiya demokrat Bill Klintonla danışmaq üçün demokrat Boris Yeltsini, İran Xübreqanı isə "güləyən" Məhəmməd Xatəmini çıxarmağa üstünlük verdi. Bəs indi necə olacaq? Əgər demokrat Barak Obama seçilsə, Rusiya, İran hakimiyyətində hansısa demokratikləşmə baş verəcək? Biz baş verənləri güneyli-quzeyli Azərbaycanın maraqları baxımından təhlil etməli, gələcək müəyyən nəticələr çıxarmalı, addımlar atmalıyıq. Obama Rusiya və İran demokratiyasını ağ günə çıxaracaq? ABŞ prezidentliyinə namizəd, demokrat Barak Obamanın Güney Azərbaycan türklərinə yönəlik bəyanatı rəğbətlə qarşılandı. Belə bir fikir yarandı ki, qondarma erməni soyqırım haqqında yanlış mövqedə olan Obama İranda yaşayan soydaşlarımızın insan hüquqları məsələsində kifayət qədər ədalətli mövqe tutmağa çalışır. Əslində onun bəyanatı Güney Azərbaycan məsələsinin beynəlmillələşməsinin sübutudur. Faktiki olaraq, qlobal mahiyyət daşıyan seçki kampaniyasında prezidentliyə əsas namizədlərdən birinin Güney Azərbaycan türklərinin taleyi, insan hüquqlarının vəziyyətindən danışması milli mübarizəmizin qlobal xarakter almasının, bu mübarizədə yeni mərhələnin başlanması deməkdir. Eyni zamanda Obamanın bəyanatı Əbülfəz Elçibəyin 1996-cı ildən başlatdığı Bütöv Azərbaycan uğrunda mübarizənin, Güney Azərbaycan probleminin qloballaşmasının təsdiqidir. Uzun illər İranın fars rejiminin təzyiq və repressiya maşın altında inləyən milli fəallarımız öz haqlarını, millətimizin haqlarını beynəlxalq səviyyədə sübuta yetirməyə bacardıqlarını söyləmək mümkündür. Fikrimizcə, prezidentliyə namizəd Barak Obamanın bəyanatı Güney Azərbaycan türklərinin BMT-də "Dövlətsiz millətlər" siyahısına salınması qədər önəmli hadisədir. Yəqin ki, fars şovinist rejimi Güney Azərbaycan məsələsinin beynəlxalq xarakter almasında birmənalı olaraq, Azərbaycan Respublikasını, ölkəmizin Kütləvi İnformasiya Vasitələrini günahlandırır. Məsələn, son günlər rəsmi Tehranın "Asriran.com" saytında Azərbaycan Respublikası telekanllarının Güney Azərbaycanın şərq əyalətinə "qəbahətli" verilişlər yayması barədə yazı yerləşdirilib. Guya bu verilişlər soydaşlarımızı narahat edir. Uzun illərdir ki, "Səhər" kanalı vasitəsilə başımıza zəhər yağdıran İran rejimi soydaşlarımızın öz ana dillərində verilişlərə baxmasından narahatdır. İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") keçmiş komandanı Möhsün Rzayiyə bağlı "tabnak.ir" saytında Azərbaycan telekanallarında guya İran istehsalı olan teleseriallar qadağa qoyulması haqqında yazı yerləşdirilib. Belə faktların sayını artırmaq da mümkündür. Aydın görünür ki, İranın fars rejimi 35 milyon güneyli soydaşımızda Azərbaycan Respublikası haqqında mənfi rəy yaratmağa çalışır. Azərbaycan Respublikasına qarşı bu informasiya hücumu, ümumiyyətlə, fars rejiminin XX əsr boyu Azərbaycan türklərini repressiyalara, qətliamlara məruz qoyması təsadüfi deyil. Təkcə bir əsrdə-1906-1911, 1921, 1945, 1952, 1979-cu illərdə inqilablar etmiş, müstəqil dövlət qurmuş və ya mühüm siyasi-iqtisadi proseslərdə öz sözünü demiş və yalnız və yalnız beynəlxalq qüvvələrin xəyanəti, fars (Pəhləvi, Xomeyni) rejiminə dəstəyi nəticəsində məğlubiyyətə uğramış Güney Azərbaycan türklərinin milli mücadiləsi oyanış mərhələsinə yekun vurub, siyasiləşmə, təşkilatlaşma prosesi sürətlə gedir. Belə bir mərhələdə Azərbaycan Respublikasının müstəqilliyinin yaratdıbı mənəvi güc güneyli soydaşlarımızın milli mübarizəsində önəmli rolu təkzibedilməzdir. Buna görə də fars şovinist rejimi bu mənəvi gücü sarsıtmağa, qara yaxmağa çalışır. Rəsmi Tehran Güney Azərbaycana qarşı repressiyaları şiddətləndirir Son aylarda soydaşlarımıza, güneyli milli fəallara qarşı həbslərin, repressiyaların artması göstərir ki, rəsmi Tehran ən ciddi müxalifət kimi azərbacanlıları, millətimizin mübariz insanlarını-açıq görüşlü din adamlarımızı, milli fəallarımızı sayır. Onların səslərini batırmağa çalışır. Hazırda Urmiya Mərkəzi Həbsxanasında 44 gündür aclıq aksiyası keçirən əlallahı (Əhli-həqq, ələvi) təriqətindən olan beş güneyli məhbusun - Mehdi Qasımzadə, İbadulla Qasımzadə, Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və Yunis Ağayanın həyatı ciddi təhlükə qarşısındadır, onlar qan qusmağa başlayıblar. "Ettelaat" milli fəallar- Aydın Sərdarniya (tanınmış alim Səməd Sərdarniyanın oğlu), Mahmud Fəzli, Vahid Şeyxbəyli və Neman Puryaqubu həbs edib, onların harada saxlanıldıqları bilinmir. Soydaşlarımızın "günahı" odur ki, 7 güneyli tələbənin Təbriz həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılmalarının eşidəndən sonra onları qarşılamağa gediblər. İran Təhlükəsizlik Hazirliyinin dörd aya yaxındır ki, həbsdə saxladığı 8 güneyli tələbə yüksək məbləğdə girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıblar. Səccad Radmehr 500 milyon rial (104 gün qeyri-qanuni həbsdə saxlanılıb), Aydın Xacei və Fəraz Zehtab hər biri 200 milyon rial (104 gün qeyri-qanuni həbsdə saxlanılıblar), Elçin (Dariyuş) Hatəmi 500 milyon rial, Mənsur Əminian və Məqsud Əhdi hər biri 200 milyon rial (68 gün qeyri-qanuni həbsdə saxlanılıblar), Məcid Makuyizad 200 milyon rial və Ehsan Nəcəfinəsəb 200 milyon rial (28 gün qeyri-qanuni həbsdə saxlanılıb) məbləğində pul qoyublar. Ötən ay Tehran, Təbriz, Şiraz, İsfahan və digər şəhərlərin bazarlarında on günə yaxın tətil etdilər. Nümayişçilərin müqavimətini sındıra bilməyən fars şovinist rejimi qəbul etdiyi yeni vergi qanununu bir müddət təxirə salmağa məcbur oldu. Son günlərdə "Ettelaat" əməkdaşları tətil yatdıqdan sonra bazar sahiblərini etiraz aksiyası düzənlədiklərinə görə həbs etməyə başlayıb. Sentyabrın 10-dan Tehrandakı Evin həbsxanasının 209-cu korpusunda saxlanılan bir ildir nəşrinə qadağa qoyulmuş "Dilmanc" jurnalının təsisçisi və baş redaktoru Əlirza Sərrafi aclıq aksiyasına başlayıb. Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı saxlanıldığı ağır şəraitə və həbsxanada ona qarşı təzyiq və işgəncələrə etiraz edir. Əlirza Sərrafi 1980-ci illərdə Güney Azərbaycanda başlamış milli-mədəni haqlarımız uğrunda mübarizəyə qoşulan ilk tələbə fəallardandır. Qeyd edək ki, sentyabrın 10-da Tehrandakı iftar süfrəsində Əlirza Sərrafilə yanaşı, 18 milli fəal həbs edilərək Evin həbsxanasına aparılıb və ağır işgəncələrə məruz qoyulublar. Onların əksəriyyəti tədricən azadlığa buraxılsalar da, 4 nəfər hələ də Evində saxlanılırlar. "Amnesty İnternational" (Beynəlxalq Əfv Təşkilatı) artıq məsələylə bağlı iki bəyanat verərək, fars şovinist rejimindən onların sərbəst buraxılmasını tələb edib. Bu günlərdə su-qəsd nəticəsinlə milli fəal Qulamrza Əmani, onun iki qardaşı, Kərim və Cəfər həlak olublar. "Sepah"ın yük maşını üç qardaşın ömrünü son qoyub, Əmani ailəsinə, millətimizə faciə yaşadıb. Hətta "Sepah" əməkdaşları xəstəxanaya çatdırılan Qulamrza Əmaninin cərrahiyə əməliyyatını olunmasını ləngidiblər, nəticədə o, xəstəxanada keçinib. Güney Azərbaycan mənbələri hələ iki il əvvəl İran Təhlükəsizlik Nazirliyinin ("Ettelaat") Təbriz şəhər idarəsi müstəntiqinin Qulamrza Əmanini ölümlə hədələdiyini də yazır. Bu iddialara görə, müstəntiq milli fəala deyibmiş: "Əmin ol ki, Azərbaycanda dəyişiklik olsa da, sən onu heç vaxt görməyəcəksən". Təbriz Universitetinin kənd təsərrüfatı fakütləsinin məzunu olan 35 yaşlı mühəndis Qulamrza Əmani Güney Azərbaycan türklərinin milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə bir neçə dəfə tutulmuş və 5 il həbsdə saxlanılıb. Belə faktların sayını artırmaq mümkündür. Görünən odur ki, İran rejimi həddindən artıq tələsir, həddindən artıq həyacanlıdır. O da bir həqiqətdir ki, ABŞ-ın yeni prezidenti dönəmində Vaşinqtonun Rusiya, xüsusən də İran siyasəti əvvəlkindən xeyli fərqlənəcək. Güney Azərbaycan milli azadlıq hərəkatı yeni reallıqları indidən nəzərə almalıdır. xalqcebhesi
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
WSJ: Trampın İrana təzyiq kampaniyası Dubaydakı şəbəkələrə qarşı mübarizədən asılıdır
Rəsmi: Rosatom ilə əməkdaşlıq İrana nüvə elektrik stansiyaları tikməyə imkan verə bilər
İran İsfahandakı etirazlardakı roluna görə xarici vətəndaşı edam edib
Qərbi Azərbaycan əyalətində hicabla bağlı 14 iş üzrə ittiham aktı çıxarılıb
Yunanistan İran təhdidinə görə müdafiəni gücləndirdi
ABŞ İrana qarşı misli görünməmiş iqtisadi müharibəyə başlayır
ABŞ səfiri: İrana qarşı müharibə hələ də gündəmdədir
İran körfəz ölkələrinə xəbərdarlıq etdi
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
ABŞ-da iranlı siyasi fəala sui-qəsd edilib
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
Urmiya gölünün sahəsi 2487 kvadrat kilometrə çatıb
Ərdəbildə üç məhbus edam edildi
Yəmənin mühüm limanının fəaliyyəti husilərin hücumları nəticəsində dayandı
Hizbullahın yüksək rütbəli komandiri öldürüldü
Hizbullah atəşkəsi pozdu: İsrail cavab verdi
SEPAH rəhbəri: İran müharibəsi qlobal İslam hakimiyyətinə doğru bir addım idi
Üç iranlı pilot Qətərdə əsir saxlanılır
İranda qaz tarazsızlığı böyük böhrana doğru gedir
Təbrizli rejissor Babək Xurrəmdinə görə qınanıldı
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycana dair 907-ci düzəlişlə bağlı bildiriş göndərib
Güney azərbaycanlı qadın atlet Asiya çempionu oldu
Qətər üç iranlı pilotun əsir götürülməsi iddiasını rədd etdi
İranşəhrilərdən “Xəzər dənizi”nin adının dəyişdirilməsi üçün yeni kampaniya
ADNOC tankerinə hücum | BƏƏ: İran məsuldur
İlon Mask siyasətə 100 milyon dollarlıq çeklə qayıdır
Bir həftədən az müddətdə Hörmüz boğazında üçüncü BƏƏ gəmisinə hücum edilib
İranda etirazçı Şəhərəm Sadıqi edam edildi
İran Kəşfiyyat Nazirliyi “Termit” adlı layihə barədə məlumat verdi