"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Siyamək Mirzayi və Əli Vasiqinin Ərdəbil Prokurorluğunda istintaq iclası keçirilib
Haniyənin keçmiş mühafizəçisi Britaniyada terror planı şübhəsi ilə saxlanılıb
İraqda Starlink rəsmən və qanuni fəaliyyətə başladı
Bessent: İranın Çinə neft satışı iki həftəyə bitə bilər
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri [email protected]/* */ www.elxan.azeriblog.com Rusiya qonşu Gürcüstanın torpaqlarını işğal etməklə sivil ölkələri yaman qorxutdu, Çeçenistan savaşından sonra güclə düzəltdiyi imicini yenidən zədələdi. Buna görə də Rusiyanın təcili qəsbkar imicindən yaxa qurtarmasına ehtiyacı var idi. O, sülhpərvər olduğunu da dünyaya nümayiş etdirmək istəyirdi. Dağlıq Qarabağı yada saldılar və vaxt itirmədən qollarını çırmaladılar. Kremldə sadə düşündülər: “Ermənistan strateji müttəfiqimizdir, Azərbaycan da NATO ilə məsafə saxlamaqla, Cənubi Osetiya hadisələrində neytral qalmaqla Rusiya ilə münasibətlərdə problemlə qarşılaşmaq istəmir. Demək, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktivləşməklə həm Azərbaycan və Ermənistanı özümüzə bir az daha yaxın tutacağıq, həm də Cənubi Qafqazda söz sahibi olduğumuzu dünyaya bir daha nümayiş etdirəcəyik”. Ancaq bu o demək deyil ki, Moskvanın bu fəallığı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tezləşdirəcək. Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada imzaladığı birgə bəyyannamə də bunu göstərir. Bu bəyannamənin Azərbaycana nə xeyri var? Bəyannamə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə xidmət edirmi? Ondan başlayaq ki, 5 maddəlik bəyannamənin heç bir bəndində və ya cümləsində “ərazi bötövlüyü” ifadəsinə rast gəlinmir. Necə ki, “xalqların öz müqəddəratını təyinetmə” ifadəsi də yer almayıb bəyannamədə. Münaqişənin həllindən çox Rusiyanın sülhpərvər vasitəçi imicinin formalaşmasına hesablanan bəyannamədə yeni heç nə olmasa da, Azərbaycanın manevr imkanlarını məhdudlaşdıran konkret 2 müddəa var: - Tərəflər Dağlıq Qarabağ probleminin siyasi, təhlükəsiz yolla, qəbul edilmiş beynəlxalq hüquq normaları, əldə olunmuş sənədlər çərçivəsində həllinə səy göstərəcəklər; - Tərəflər 2007-ci il noyabrın 29-da Madriddə keçirilmiş görüş nəzərə alınmaqla, ATƏT-in Minsk qrupu həmsədlərinin vasitəçiliyi ilə aparılan danışıqların davam etdirilməsinin və bundan sonra da münaqişənin siyasi prinsiplər əsasında həllinə dair aparılacaq görüşlərin vacibliyini vurğulayırlar. Müddəalarda münaqişənin yalnız siyasi yolla həlli dönə-dönə təkrarlanır. Bu isə İrəvanın maraqlarına uyğundur. Bundan sonra Azərbaycanın dövlət başçısı və ya digər rəsmilərimiz çıxışlarında “münaqişəni siyasi yolla həll etmək mümkün olmazsa, başqa vasitələrə əl atacağıq” desələr, İrəvan dərhal haray salıb bu kimi çıxışların Moskva bəyannaməsinə zidd olduğunu car çəkəcəklər. Yəni rəsmi Bakı Moskva bəyannaməsinə zidd olmasın deyə “hərbi yol” ifadəsini ya ümumiyyətlə unutmalı, ya da bəyannaməni heç sayaraq əvvəlki ritorikasında qalmalıdır. Doğrusuna qalsa, Cənubi Osetiyadakı məlum olaylardan sonra lazım gələrsə hərbi yola əl atılacağı barədə bəyanatlara onsuz da az rast gəlinir. Birgə bəyannamənin “Madriddə keçirilmiş görüş nəzərə alınmaqla...” hissəsi də bizə yaxşı heç nə vəd etmir. Rəsmilərimiz danışıqların uzun müddət Azərbaycan üçün uğurlu adlandırdıqları “Praqa prosesi” əsasında getdiyini vurğulayardılar. Sonrakı Madrid prinsiplərinin isə bizim üçün zərərli olduğu gündəmə gətirilmişdi. Ermənistan Madrid prinsiplərindən ikiəlli yapışıb. Moskva bəyannaməsində isə məhz Madrid prinsiplərindən danışılır. Buna baxmayaraq birgə bəyannamə Azərbaycanı heç nəyə məcbur etmir. 20 illik münaqişə tarixində oxşar sənəd az imzalanmayıb, çoxu da kağız üzərində qalıb. Kim zəmanət verər ki, bu sənədi də o birilərinin taleyi gözləmir. Bir sənəd ki münaqişənin həlli mexanizmindən danışmır, tərəflərin münaqişənin həllinə diametral fərqli baxışlarını aradan qaldırmır, onda hansı razılaşmadan söhbət gedə bilər?.. Azərbaycan Moskva bəyannaməsindən heç nə qazanmır, ancaq heç nə itirmir də.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi