Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
Dəməşq: İrana münasibətimiz 14 illik müharibə və dağıntıların nəticəsidir
Netanyahu Mossad rəhbəri ilə BƏƏ-yə gizli səfər edib
Ejei yenə hədələdi- Hicabsızlara qarşı...
İranda manat yenə bahalaşdı
İranda etirazçı qadın məhbus edam ediləcək
Azərbaycan səmasında da uçuşlar təhlükəli olarsa...- İranlı ekspert
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İraqda 5 İran hərbçisi həlak olub
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İranda daha altı müəllim həbs edildi
ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Cənubi Qafqazda, Gürcüstan ətrafında baş verən proseslərdən sonra dünyanın bir-biri ilə çəkişən iki super ölkəsi Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılması və Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri artırıb. Lakin proses hələ ki Rusiyanın diqtəsi altındadır və Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüş də məhz Kremldə olacaq. Rusiyanın bu fəallığı Azərbaycanda haqlı olaraq narahatlıqla qarşılanır, çünki şübhə var ki, Moskva münaqişənin ədalətli prinsiplərlə həllində yox, regionda öz mövqelərini daha da möhkəmləndirmək və hərbi qüvvələrini Azərbaycan ərazilərində sülhməramlı qüvvələr adı altında yerləşdirmək maraqlandırır. Lakin maraqlıdır ki, Rusiyanın son fəallığı Ermənistanda da narahatlıq və şübhələr yaradıb. Xəbər verdiyimiz kimi, Ermənistanda belə hesab edirlər ki, Rusiya Qarabağda qısamüddətli hərbi əməliyyatlar təşkil edərək bölgənin tam və ya qismən Azərbaycanın nəzarətinə keçməsini təmin edə bilər. Çünki Rusiya Gürcüstanın separatçı bölgələrində öz qüvvələrini yerləşdirdikdən sonra Qarabağda da bunu etmək istəyir, ancaq rus qüvvələrinin orada yerləşdirilməsi üçün erməni qüvvələri Qarabağdan çıxmalıdır. Ermənistan ictimaiyyətində yaranan bu fikirlər konkret məlumata yox, mülahizələrə əsaslandığına görə fakt kimi qəbul edilə bilməz. Ancaq digər tərəfdən, Rusiyanın Qarabağ məsələsinin həlli üçün bəzi şərtlərinin olduğu məlumdur. Bu şərtlərə görə, söhbət Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını birmənalı təmin etməyən, ancaq ətraf rayonların boşaldılmasını nəzərdə tutan sülh variantına kömək etməyin əvəzində Rusiya bölgədə əsas sülhyaratma missiyasını üzərinə götürməli, öz qüvvələrini münaqişə bölgəsində yerləşdirməli, Azərbaycan isə enerji məsələsində onun maraqlarını təmin etməlidir. Heç kimdə şübhə yoxdur ki, keçmiş sovet respublikalarındakı bütün separatçı münaqişələr Kremldən idarə olunur. Ona görə də indiki halda Rusiyanın istəyi olmasa Ermənistan hər hansı sülh variantına gedə bilməz. Digər tərəfdən, ABŞ Rusiyanın bölgəni nəzarətdə saxlamaq üçün istifadə etdiyi bu rıçağı onun əlindən ala bilmək üçün münaqişənin həllinə çalışır. Ancaq belə görünür ki, Vaşinqton prosesin Moskvanın nəzarəti altında getməsi ilə barışıb. Bununla belə, ABŞ-ın mövqeyində Qafqazdakı son hadisələrdən sonra erməni tərəfini narahat edən dəyişiklik hiss olunur. Vaşinqton bəyan edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bu mövqe dəyişikliyindən sonra belə fikirlər yaranıb ki, ABŞ bölgədə Rusiyanın təsirini azaltmaq üçün Qarabağın Azərbaycana qaytarılmasına kömək edə bilər. Bəs bu fikirlərin hansı daha ağlabatan görünə bilər? Qarabağı Azərbaycana kim “qaytaracaq” : ABŞ, yoxsa Rusiya? Bugünlərdə “The New York Times” qəzeti Azərbaycan hökumətinin rəsmilərindən birinə istinadən yazmışdı ki, ruslar indi Bakı ilə təmaslarda təxminən belə deyirlər: “Qərb sizin sərvətlərinizi talan edir, amma heç bir kömək etmir, bəs nəyə görə onlarla birlikdə olmalısınız?” Bu ritorik sualın mahiyyətini belə başa düşmək olar ki, ruslar ABŞ-ın Azərbaycanın ən ciddi problemi olan Qarabağ məsələsində indiyədək heç bir kömək etmədiyinə işarə edirlər. Yəni ruslar deyirlər ki, Qarabağ məsələsində Azərbaycan ABŞ-ın etmədiyi köməyi edə bilərlər. Həmin Azərbaycan rəsmisi onu da demişdi ki, Gürcüstan münaqişəsindən sonra ruslar regionda onlara olan etibarın daha da azaldığını nəzərə alaraq həm də yaxşı qonşu ola biləcəklərini göstərmək istəyirlər. Bu isə o deməkdir ki, Rusiya Qarabağ məsələsinin həllində Azərbaycana müəyyən ümidlər və vədlər verir. Lakin dərhal nəzərlər ona yönəlir ki, hazırda Rusiyanın diqtəsi altında gedən danışıqlarda müzakirə edilən sülh variantı heç də Azərbaycanın xeyrinə deyil. Orada Dağlıq Qarabağın yekun statusunun referendumda müəyyən edilməsi prinsipi yer alır. Əgər Rusiya məhz bu sülh modelinin baş tutması üçün köməyini təklif edirsə, onda belə kömək heç olunmasa yaxşıdır. Rusiyada Kremlə yaxın çevrələr deyirlər ki, əslində Moskvanın Qarabağ məsələsi ilə bağlı hansısa yeni ideyası və təklifi yoxdur. Moskva Gürcüstan ətrafında baş verənlərdən sonra Qərbin diqqətinin bu məsələyə yönəldiyini görərək sadəcə təşəbbüsü əldə saxlamaq istəyir. ABŞ-a gəldikdə isə indi onun münaqişənin həllinə real təsir imkanları heç vaxt olmayan qədər azdır. Bölgədə mövqeləri zəifləyən Vaşinqton Ermənistanı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə razı sala bilmək üçün ciddi rıçaqlara malik deyil. İndiki halda Vaşinqton ancaq Türkiyəyə təsir edə bilər ki, Ermənistanla münasibətlər qursun və sərhədləri açsın. Həmçinin ABŞ Avropa Birliyi ilə Ermənistana iri məbləğdə yardımlar təklif edə bilər. Ancaq Türkiyə ilə sərhədlərin açılması İrəvanın Qarabağ məsələsində mövqeyinə heç bir təsir etməyəcək, əgər sərhədləri açmaqla erməniləri Qarabağı qaytarmağa razı salmaq mümkün olsa idi, bu, çoxdan baş vermişdi. Qərbin maliyyə yardımları da bu məsələdə işə keçmir, çünki Ermənistanda hərbi baza saxlayan və ölkə iqtisadiyyatına tam nəzarət edən Rusiya İrəvanda onun maraqlarına zidd gedən hakimiyyəti istənilən an çevirməyə qadirdir. Rusiya Dağlıq Qarabağdakı erməni separatçılarına da birbaşa nəzarət edir, onların vasitəsilə istənilən vaxt münaqişə bölgəsində prosesləri istədiyi istiqamətə çevirə bilər. Məsələn, Ermənistanda builki prezident seçkiləri kampaniyası zamanı üzə çıxdı ki, vaxtilə Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndindəki separatçılarla İrəvandakı hakimiyyət arasında hansı ziddiyyətlər olub. Robert Köçəryan açıqlamışdı ki, onların Ağdamı işğal etmək planlarına Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bütün gücüylə mane olmaq istəyirdi. Təsadüfi deyil ki, prezidentlər arasında Rusiyanın təşkil etdiyi danışıqlar ərəfəsində erməni qüvvələri Qarabağda hərbi təlimlər keçirib. Özü də bu təlimlər zamanı Azərbaycan ərazilərinin içərilərinə doğru hücum əməliyyatları və yeni ərazilər tutmaq variantları sınaqdan keçirilib. Ermənistan prezidenti Serj Sərkisyanın və müdafiə naziri Seyran Ohanyanın da şəxsən izlədiyi bu manevrlərin təcavüzkar xarakter daşıdığını separatçı rejimin rəhbərləri gizlətmir. Bəs nə baş verir? Rusiya bir tərəfdən Azərbaycana Qarabağa dair hansısa vədlər və ümidlər verərək onu öz təsir orbitinə qaytarmağa çalışır, digər tərəfdən isə yeni ərazilərin işğal oluna biləcəyi haqda separatçıların əliylə mesaj verərək ona təzyiq göstərir? Görünür, məsələ elə bu cürdür və Kremlin son vasitəçilik səylərindən narahat olmağa əsaslar var. Bu arada Ermənistan prezidenti Sərkisyan televiziya müsahibəsində Qarabağ münaqişəsinin hansı şərtlər daxilində həll edilə biləcəyi haqda danışıb. Onun sözlərinə görə, münaqişənin həlli ancaq o zaman mümkün olar ki, Azərbaycan Qarabağ “xalqının” öz müqəddəratını təyinetmə hüququnu tanısın. Həmçinin Dağlıq Qarabağ Ermənistanla quru sərhədlərinə malik olsun, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər onun təhlükəsizliyinə təminat versinlər. Sərkisyanın bildirdiyinə görə, danışıqlar prosesində davamlı passivlikdən sonra proses aktiv fazaya keçib: “Çünki Azərbaycanda və Ermənistanda seçkilər başa çatıb, digər tərəfdən isə regionda baş verən son hadisələr bir daha hamını əmin edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil”.
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranda daha iki məhbus edam edildi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi