ABŞ Prezidenti İrana zərbələrin endirilməsi ehtimalını istisna etmir
Mayk Uolts: Tramp İranla bağlı bütün variantları nəzərdən keçirir
Bessent: Çin İrana göstərdiyi yardımı əhəmiyyətli dərəcədə azaldıb
Meloni yanacaqla bağlı qərara görə İlham Əliyevə təşəkkür edib
Təcili Bab əl-Məndəb boğazına döyüş gəmiləri göndərməliyik
Müharibəni bərpa etməyə tam hazırıq- Əraqçi
İki şəhərə dörd məhbus edam edildi
İran polisi 9 yaşlı uşağı güllələdi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran nömrələri ilə Google hesabı yaratmaq üçün yeni məhdudiyyət
Hörmüz boğazından neft keçir, İranın payı sıfırdır
İran və ABŞ arasında görüş ləğv edilib
Tramp: Hörmüz boğazından neft daşınması rekord həddə çatıb
Təbriz deputatı bu şəhərdəki kafelərlə bağlı tədbir görülməsini istəyib
İranda dolların məzənnəsi 234 min tüməni keçib
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Basnet: İran rialının dəyər itirməsi rekord həddə çatıb; Tehrana təzyiq 50-dən çox ölkədə artırılır
İranda Tibb bacılarının maaşı hətta 10 günə kifayət etmir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
İrandan Rusiyaya göndərilən meyvə yükündə 52 kiloqram marixuana aşkarlanıb
Tarımda üç işçi həyatını itirib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran nə təklif etdi, Tramp niyə rədd etdi?
Əraqçi Nyu-Yorkda qalıb və ABŞ-ın rəsmi mövqeyinin açıqlanmasını gözləyir
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
ABŞ-Çin münasibətlərində böhranlı situasiyanın yaranmaqda olduğu müşahidə edilir. Belə ki, bu iki superdövlət arasında mövcud olan ziddiyyətlərin dərinləşməyə başladığı açıq-aşkar nəzərə çarpır. Ona görə də, Ağ Evlə rəsmi Pekinin son vaxtlar qarşılıqlı ittihamlara start verməsi o qədər də ciddi təəccüb doğurmayıb. Bu baxımdan, sözügedən nəhənglərin qarşıdurması nəticəsində ortaya çıxa biləcək təhlükəli situasiyaların hansı mahiyyəti daşıyacağı indi daha çox maraq doğurmaqdadır. Onu da qeyd etmək lazımdır ki, əslində, ABŞ-Çin münasibətləri heç vaxt müsbət keyfiyyətə malik olmayıb. Belə ki, bu iki superdövlət adətən, qarşılıqlı ziddiyyətlərə daha çox meyl göstərib. Ən azından ona görə ki, ABŞ və Çini bir-birinə yaxınlaşdıra biləcək faktorlardan daha çox bu dövlətləri qarşıdurmaya sövq edəcək amillər mövcuddur. Hər halda, bu iki nəhəng dövlətin münasibətlərinin keyfiyyətinin müəyyənləşməsində onların strateji hədəfləri xüsusi rol oynayır. Həmin hədəflərsə, əksər hallarda bir-biriylə kəskin şəkildə toqquşduğundan ABŞ və Çin arasındakı münasibətlərdə rəqabət mühiti daha qabarıq xarakter daşıyır. Məsələ ondadır ki, ABŞ və Çin dünyanın bir çox regionlarında maraqları kəskin şəkildə toqquşan superdövlətlər sayılırlar. Ən əsasısa, həm Ağ Ev, həm də rəsmi Pekin dünya hegemonluğuna iddialı dövlətlər olduqlarını qətiyyən gizlətmirlər. Ona görə də, bu superdövlətlərin milli və strateji maraqları əksər hallarda toqquşur. Və bu, istər-istəməz ABŞ-Çin qarşıdurmasını stimullaşdırır. Maraqlıdır ki, indiyə qədər ABŞ və Çinin hansısa məsələ ilə bağlı ortaq mövqedən çıxış etmələrinə çox nadir hallarda təsadüf olunub. Hətta BMT-nin Təhlükəsizlik Şurasında keçirilən müzakirələrdə bu iki superdövlətin bir-birinə qarşı zidd mövqe tutmaq ənənəsi formalaşıb. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvünün sırasında yer alan ABŞ və Çin öz veto hüquqlarından əksər hallarda bir-birinə qarşı yararlanmaqla diqqəti çəkirlər. Yəni ABŞ-ın mənafelərinə uyğun məsələlərin müzakirəsi zamanı rəsmi Pekin birqayda olaraq özünün veto hüququndan əks mövqeydən yararlanıb. Eyni sözləri Ağ Ev haqqında da söyləmək mümkündür. Ancaq bu iki dövlət arasında hərdən ortaq mövqe nümayiş etdirmək meyllərinin görüntülərinə də hər halda rast gəlinib. Xüsusilə də, Şimali Koreya böhranının nizamlanması məsələsində ABŞ və Çin ümumi müzakirələrdə iştirak edən "altılıq dövlətləri"nin sırasına daxildir. Xatırladaq ki, Ağ Ev raket texnologiyasına və bəzi kütləvi qırğın silah növlərinə sahib olan Şimali Koreyanı ABŞ üçün ən ciddi hərbi təhlükə mənbəyi hesab edir. Hətta Pentoqon Şimali Koreyanı ABŞ-ın hərbi düşmənlərinin siyahısında ilk sıraya layiq görüb. Bu baxımdan, Ağ Evin Şimali Koreya böhranının nizamlanması prosesində rəsmi Pekinlə əməkdaşlığını sadəcə, məcburiyyətin doğurduğu reallıq da hesab etmək mümkündür. Təbii ki, Çin üçün də bu problemin həlli böyük əhəmiyyət daşıyır. Belə ki, rəsmi Pekin Çinin əsas söz sahibliyinə iddialı olduğu bir regionda Şimali Koreya kimi təhlükəli hərbi qüdrətə malik dövlətin mövcudluğunda maraqlı deyil. Ona görə də, rəsmi Pekin bu məsələ ilə bağlı ABŞ-la əməkdaşlığa qarşı çıxmır. Ancaq bu o demək deyil ki, rəsmi Pekin Şimali Koreyanın ümumiyyətlə, sıradan çıxarılmasına cəhd göstərir. Əksinə, Şimali Koreya kimi bir hərbi-siyasi problemin mövcudluğu müəyyən məqamlarla bağlı rəsmi Pekinin işinə yaraya bilər. Belə ki, Şimali Koreyanın ABŞ-ı hərbi təhlükə baxımından, təhdid etmək imkanında olması rəsmi Pekinin strateji maraqlarına tamamilə cavab verir. Sadəcə, rəsmi Pekin Şimali Koreya böhranının nəzarətdənçıxma ehtimalının təhlükəli həddə çatmayacağına tam təminat almağa can atır. Yəni rəsmi Pekin Şimali Koreyanın Çinin nəzarəti altında mövcudluğunda maraqlı olduğun sezdirir. Bu böhranın nizamlanma prosesində rəsmi Pekinin Şimali Koreyaya qarşı az qala loyal mövqedən yanaşaraq, ikibaşlı siyasi oyun oynamağa çalışması da belə düşünməyə tamamilə əsas verir. Təbii ki, Ağ Evin də Çinə qarşı səmimi olduğunu iddia etmək çox çətindir. Ən azından ona görə ki, ABŞ və Çin arasındakı ziddiyyətlərin öz aktuallığını daim qorumasında Tayvan problemi xüsusi rol oynamaqdadır. Belə ki, Tayvan vaxtilə Çinin əyalətlərindən olub. Ancaq bu əyalət ötən əsrin ortalarında birtərəfli qaydada Çindən ayrıldığını və müstəqil dövlət olduğunu elan edib. Həmin dövrdən üzübəri Tayvan ABŞ və onun bəzi müttəfiqlərinin yardımları hesabına öz mövcudluğunu qoruyub saxlaya bilsə də, rəsmi Pekin hələ də onu özünün ərazisi hesab edir. Və Ağ Evin Tayvana yönəlik istənilən təyinatlı yardımlarını açıq-aşkar qıcıqla qarşılayır. Maraqlıdır ki, ABŞ-ın Tayvana hərbi yardımları rəsmi Pekini daha çox əndişələndirir. Hər halda, həmin hərbi yardımların hesabına Tayvanın Çin qarşısında müqavimət gücünün artması kifayət qədər ciddi faktordur. Digər tərəfdən, Ağ Ev Tayvanın hərbi təhlükəsizliyini təmin etmək istiqamətində də xüsusi addımlar atmaqdadır. Belə ki, ABŞ-ın Cənubi Asiya regionunda yerləşdirdiyi hava hücumundan müdafiə sistemlərinin "qalxanları" Tayvanı da öz "təhlükəsizlik çətiri" altına alıb. Nəticədə, Tayvanın hərbi təhlükəsizlik maraqları böyük ölçüdə öz həllini tapmış kimi görünür. Halbuki Ağ Ev yalnız bunlarla kifayətlənmək niyyətində olmadığını da qətiyyən gizlətmir. Belə ki, ABŞ Tayvana ümumi dəyəri fantastik məbləğlərlə ölçülən müasir silahların satılması prosesini də davam etdirməkdədir. Son məlumatlara görə, bir müddət öncə ABŞ və Tayvan arasında 4,5 milyard dollar dəyərində silah satışı müqaviləsi imzalanıb. Hazırda ABŞ-Çin münasibətlərinin gərginləşərək böhranlı həddə çatması da məhz bu müqaviləylə bağlıdır. Belə ki, rəsmi Pekin Ağ Evin bu addımını yolverilməz davranış kimi dəyərləndirir. Və ABŞ-dan həmin müqavilənin reallaşdırılmasından dərhal imtina olunmasını tələb edir. Halbuki bu müqavilədən külli miqdarda maliyyə gəliri əldə edəcəyi gözlənilən ABŞ-ın həmin tələblərə əhəmiyyət verəcəyi o qədər də inandırıcı görünmür. Bu baxımdan, ABŞ-Çin münasibətlərinin daha da gərginləşə biləcəyi qətiyyən istisna olunmur. Elçin XALİDBƏYLİ sherg
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Gilanda 9 vəkilə həbs cəzası verildi
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
İranda yeni təhsil ili başlayır - Pezeşkian isə vədini unudub
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
İranda daha iki məhbus edam edildi
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
Sonay: 22 sentyabr Azərbaycan folklorunda ənənəvi sevgi və məhəbbət günü
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi