SON XƏBƏRLƏR

PAKİSTANDA PARTLAYIŞ QURBANLARININ SAYI 19-A ÇATIB

2021.10.20, 07:36
PAKİSTANDA PARTLAYIŞ QURBANLARININ SAYI 19-A ÇATIB

Gunaz.tv
PAKİSTANDA PARTLAYIŞ QURBANLARININ SAYI 19-A ÇATIB Pakistanda lal məscid yaxınlığında baş verən partlayış qurbanlarının sayı 19-a çatıb. Paytaxt İslamabaddan bir qədər aralıda terrorçu-kamikadzenin üzərinə bağladığı partladıcını işə salması nəticəsində daha 22 nəfər isə yaralanıb. Hadisə lal məsciddə ötən il baş verən qanlı terror aktının ildönüm mərasimində əhalinin gür olduğu zaman törədilib. Qeyd edək ki, ötən il 11-i hərbiçi olmaqla 102 nəfərin ölümü ilə nəticələnən qanlı terror aktına görə məsuliyyəti Taliban hərəkatı üzərinə götürüb. /İctimai TV/ ------------------------------------------------------------------- ƏFQANISTANIN QUNDUZ ƏYALƏTİNDƏ 43 DİNC SAKİN HƏLAK OLUB Əfqanıstanın Qunduz əyalətində fasilə ilə baş verən iki ardıcıl partlayışda rəsmi məlumatlara əsasən 43 dinc sakin həlak olub. Amerika komandanlığı bildirir ki, koalisiya hərbiçilərinin apardığı əməliyyatlar zamanı yanlış hədəf seçmələri nəticəsində isə 10 nəfər yaralanıb. Sonuncu hadisə Nuristan əyalətində qeydə alınıb. Birləşmiş Ştatlar ordusu 20 silahlınını zərərsizləşdirildiyini açıqlayıb. 27 nəfərin ölümü ilə nəticələnən sonuncu partlayış zamanı koalisiya əsgərlərinin raketi səhvən toy mərasiminin keçirildiyi əraziyə düşüb. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar