Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Fars-molla rejimi soydaşlarımızın Bəbək qalasına yürüşünün qarşısını almağa çalışır Bu günlərdə Azərbaycan türklərinin milli qəhrəmanı Babək Xürrəminin doğum günü qutlanır. Xüsusən, Azərbaycanın cənubunda, Kəleybərdə, Bəzz qalasına yollanan soydaşlarımız bu bayramı şadyanalıqla qeyd edirlər. Düzdür, dünyanı nüvə silahı yaratmaq, uranın zənginləşdirilməsi kimi təhlükələrlə üz-üzə qoyan fars-molla rejimi Azərbaycan türklərinin ən böyük bayramlarından birini könül xoşluğu, ürək genişliyilə qeyd etməyə imkan vermir. Hər il iyul ayı yaxınlaşanda fars-molla rejimi şəhərlərimizi, kəndlərimizi az qala mühasirəyə alır, şəhərlərdən, kəndlərdən çıxanlardan hara getdiklərini soruşur, hərbi vəziyyət elan edir, soydaşlarımızın Kəleybərə getdiyi yollarda hərbi təlimlər keçirir. Təbriz Quzeyli Milli fəallarımızı təzyiqlərə məruz qoyur, həbslərə atır, BaBəkin doğum gününü qutlamasına mane olmağa çalışır. Güneydən yayılan xəbərlərə görə, bir neçə gündür ki, Sulduz şəhərində bayram şadyanalıqları başlayıb, havaya bayram fişəngləri atılıb, bu əhalinin sevincinə səbəb olub. Sulduz gəncləri Milli Qurultaya qatılmaq üçün Bəzz qalasına yola düşüblər. Fars-molla rejimi soydaşlarımızın şadyanalıqlarının qarşısını almaq üçün, Bəzz qalasına hərəkəti dayandırmaq üçün şəhərdəki "Ettelaat" idarəsinin rəhbəri, antitürk mövqeyi və satqınlığıyla ad çıxarmış Eynulla Horuzpur adlı fars şovinistinin çağırışıyla Sulduza qoşun yeridib. Güney satları xəbər verir ki, bu məxluqat Sulduz bölgəsində türk adlarının dəyişdirilməsində mühüm rol oynayıb, fars və kürd terrorçularına xidmət göstərib. Bu günlərdə Sulduzda milli fəal Əli Hacıməhəmmədi inqilab məhkəməsinin hökmü və "müqəddəs şəxsləri təhqir" ittihamıyla cərimə olunub. Yadigar kəndinin sakini olan Əli Hacıməhəmmədi iki il əvvəl də may hadisələrinin iştirakçısı olduğuna görə dəfələrlə həbs olunaraq ağır işgəncələrə məruz qoyulub, cərimə olunub. Azərbaycanın tannımış ziyalılarından olan Xoy şəhərində qeyri-hökumət təşkilatının qurucularından olan İbrahim Cəfərzadə yenidən məhkəmə hökmüylə üzləşib. O, 2006-cı il fevral ayının 21-də Beynəlxalq Ana Dili günündə də həbs olunmuşdu. Güney saytları xəbər verir ki, iyulun 1-də milli fəal, Naxçıvan Dövlət Memarlıq Universitetinin tələbəsi, 26 yaşlı Arif Ulufi həbs olunaraq Urmiyə həbsxanasına göndərilib. Urmiyə inqilab məhkəməsi soydaşımıza qarşı hakimiyyət əleyhinə mübarizə, İranı parçalama, Güney Azərbaycan dövləti yaratmağa cəhd ittihamı irəli sürüb, 6 ay müddətinə həbs qərarı çıxarıb, sonradan Appelyasiya məhkəməsi cəzanın müddətini iki ay azaldıb. Buna qədər də soydaşımız dəfələrlə həbs edilib, təzyiq və işgəncələrə məruz qalıb. Sonuncu dəfə Beynəlxalq Ana Dili Günündə Urmiyədə həbs edilərək "Ettelaat"da işgəncələrə məruz qalıb, girov qoymaqla müvəqqəti azadlığa buraxılıb. Güneydən yayılan xəbərlərdə qeyd olunur ki, "Ettelaat" və "Sepahi-Pasdaran" Bəzz qalasının yerləşdiyi Kəleybər şəhərində nəzarəti gücləndirib, giriş-çıxışlara postlar qurulub. Babəkin doğum gününü qutlamaq üçün şəhərə gələn soydaşlarımız geri qaytarılıb. Eyni zamanda Güney Azərbaycanın digər şəhərlərində şənliklərin keçirilməsinin qarşısı alınır. Amma soydaşlamız bütün təzyiqlərə baxmayaraq öz hisslərini açıq-aşkar büruzə verirlər. Məsələn, dünən Təbrizdə Azərbaycan bayrağı hava şarı vasitəsilə səmaya buraxılıb. ... Tarix Volqa boyundan tutmuş indi gah fars, gah da ərəb körfəzi adlanan boğazadək, İstanbul boğazlarından tutmuş Himalay dağlarınadək 8 min il boyu türk dövlətlərinin bir-birini əvəzlədiyini təsdiqləyir. Bu müddət ərzində farslar cəmi 325 il, Əhəmənilərin, Sasanilərin dövründə hakimiyyətdə olublar. Bu dövlətlərdə yenə də aparıcı qüvvə türklər olub. Orta əsrlərdə türk hökmdarının sifarişilə "Şahnamə" yazan Firdovsi isə fars şovinizminin əsasını qoyub. Yuxarıda qeyd etdiyimiz kimi yalnız Hind-Avropa xalqlarına mənsub qohumlarının-ingilis və rusların dəstəyilə XX əsrin 1925-ci ilində çavuş Rza Pəhləvinin simasında hakimiyyətə gələn farslar bütün əsr boyu türklərə qan uddurublar. Elə 1946-cı ildə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli hökumətinin məğlubiyyəti, 1952-ci ildə baş nazir, doktor Müsəddiqinin devrilməsində fars xəyanəti və rus, amerikan, ingilis qohumbazlığı mühüm rol oynayıb. 1979-cu ildə isə inqilab Təbriz başlasa da ən pis günə qalan Azərbaycan türkləri oldu, hakimiyyəti ələ keçirən mollaların Pəhləvilərdən də pis şovinist olduğu üzə çıxdı. 1946-cı ilə şah qoşunları Təbrizə girdiyinə görə qurban kəsdirən ayəttullah Şəriətmədari 1979-cu il inqilabının liderlərindən olmasına baxmayaraq Xomeyninin göstərişiylə uzun illər Qum şəhərində ev dustaqlığında yaşadı. Elə indi də fars rejimi Azərbaycan türkünün əmmaməlisinə, başıaçığına baxmır, fərq qoymur. Güney Azərbaycanda sözü keçən, açıqfikirliliyilə xalqın dəstəyini qazanan din adamlarımız da fars şovinizminin hücumlarına məruz qalır. Belə faktları sadalamağımız təsadüfi deyil. Güneyli milli fəalları həbs edən, qətlə yetirən, girov qoymağa məcbur edərək var-yoxdan çıxaran fars rejimi Azərbaycanın din adamlarını susdurmağa nail olub. Əslinə qalsa, 1979-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanın din adamlarının əməlləri bilərəkdən və ya bilməyərəkdən yalnız və yalnız fars şovinizminin maraqlarına xidmət etdi. Ona görə də indi də Azərbaycanın cənubunda din adamlarımıza kifayət qədər şübhəylə yanaşılır. Onlar əsassız yerə fitvalar verib, insanları qorxuda bilərlər, amma artıq xalq onlara inanmaqda çətinlik çətir. Nüvə silahına görə beynəlxalq təzyiqlərə məruz qalan fars rejiminin Azərbaycan türkləri arasında hədəfdə olan üçüncü təbəqə iş adamları olacaq. Azərbaycan türklərinin biznesmenləri, iş adamları dünyada gedən prosesləri nə qədər gec dərk etsələr, bir o qədər onların özünə ziyan olacaq. Milli kimliklərini dansalar, milli hərəkat haqqında düşünməyə belə qorxsalar əlacsız şəkildə hörümçəyin toruna düşər kimi fars rejiminin təhdidlərilə, təzyiqlərilə üz-üzə qalacaqlar. Fars rejiminin dördüncü hədəfi isə türk məmurlardır. İndi İranın bir neçə nazirinin türk olduğu söylənilir. Amma nə xeyri? siyasi, milli haqları deməsək də həmin məmurlar, nazirlər nə Güney Azərbaycanın sosial-iqtisadi inkişafı üçün hansısa addım ata bilirlər, nə də Azərbaycan Respublikasıyla əlaqələrdə müsbət iş görə bilirlər. Bir sözlə, faktiki olaraq manqurtlaşıblar. Bəzən belə təsəvvür yaranır ki, İrandakı türk məmurlar yalnız və yalnız öz xalqına divan tutmaq funksiyasını yerinə yetirirlər, yəni robota çevriliblər. Hazırda İran adlanan ölkədə Güney Azərbaycan türklərinə qarşı repressiyalar şiddətlənməkdədir. Tehran rejimi türklərin milli haqları uğrunda mübarizəsinin qarşısını sərt şəkildə almağa çalışır. Milli hərəkat fəalları səssiz şəkildə qətlə yetirilir, soydaşlarımızın cəsədləri şəhərin müxtəlif yerlərinə atılır. "Ettelaat", "Sepahi-Pasdaran", "Bəsici" və s. qurumlar sonradan qətlləri öz boyunlarından atmağa çalışrlar. Amma fars-molla rejimi qətllərdən, soydaşlarımıza qarşı törətdiyi qətliamlardan narahatdır. Hazırda İran həbsxanalarında yüzlərlə soydaşımız zülm çəkir, işgəncələrə məruz qalır. Soydaşlarımıza qarşı bu qədər qəddarlıq, fars-molla rejiminin milli dünyagörüş baxımdan güneyliləri fiziki cəhətdən məhv etmək planları təsadüfi deyil. Şovinist fars və manqurt molla rejimi yaxşı başa düşür ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatı ən müqəddəs bəşəri ideyalar, millətimizin hüquqları, milli dövlətçiliyimiz, demokratiya uğrunda mübarizə aparır. Hansı ölkədə olursa, olsun, təzyiqlərə, qətllərə baxmayaraq, böyük xalq kütlələri və cəmiyyətin aparıcı insanları milli haqlar uğrunda daha çox inanırlar, bu ideyalar uğrunda mübarizəyə qoşulurlar. Bu müqəddəs hərəkat müstəqil və sivil, dinc qaydada öz mübarizəsini davam etdirir, sıraları günü-gündən genişlənir, gəncləşir. xalqcebhesi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var