Güney Azərbaycanda “Sərtərxan Kuboku” milli qeydiyyata alınacaq
İranda qızıl və sikkənin qiymətinin artacağı proqnozlaşdırılır
Rusiya-Ukraynaya hücumlarını BMT Baş Assambleyası zamanı da davam etdirib
İran uçuşlarına bir neçə ölkədə məhdudiyyət tətbiq edilib
Ceyhun Bayramov albaniyalı həmkarını Ermənistanla davam edən sülh prosesi barədə məlumatlandırıb
İranın cənubunda silahlı toqquşmalar iki gündür davam edir
Səudiyyə Ərəbistanı husilərin altı ballistik raketini zərərsizləşdirib
Tacikistana uçan İran təyyarəsi geri qayıtdı- Səbəb
Gilanda 9 vəkilə həbs cəzası verildi
BƏƏ də İran aviaşirkətlərinin uçuşlarını dayandırdı
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha 35 tələbə təhsildən uzaqlaşdırıldı
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
Pezeşkian danışanda Azərbaycan nümayəndə heyəti zaldan çıxıb?
İranda daha bir bəhai qadına ağır cəza verildi
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
"Hraparak": Rusiya noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Tramp Si Cinpinlə İran məsələsini müzakirə etmək niyyətindədir
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İranda briqada generalı və hərbi kəşfiyyat rəisi öldürülüb
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Türkiyədə 6 min 134 nəfərə vətəndaşlıq verilməsi ləğv edilib
Ərdəbil vahidlərində çirklənmənin 54 faizdən çoxu çirkab sularla bağlıdır
Əş-Şara: İsraillə təhlükəsizlik razılaşması davamlı sülhə gətirib çıxara bilər
Türk dünyasının qadın şairləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəlib (Foto)
Hörmüz boğazından keçən gəmi vurulub, yaralılar var
Araqçı və Vitkofun görüşünə SEPAH-a yaxın mediadan tənqid
İranda silahlı qarşıdurma olub
İranda təhsili tərk edən şagirdlərin sayı- Rəsmi
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
Övladlarımız yenə ana dillərini evdə qoyub getdilər...!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
AP: SEPAH qüvvələri husilərə Yəmənin Qırmızı dəniz sahillərini ələ keçirməkdə kömək edib
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Tramp: İran “milli dövlət kimi mövcudluğunu qorumaq” istəyirsə, tez hərəkət etməlidir
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək
Ceyhun Bayramov Sibiqa ilə sülh və sabitliyin təşviqi perspektivlərini müzakirə edib
Azərbaycan-Pakistan XİN rəhbərləri iki ölkə arasındakı strateji tərəfdaşlığı nəzərdən keçirib
Ermənistanda vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Belə ki, bu düşmən dövlətdə cərəyan edən ölkədaxili siyasi proseslərin hansı istiqamətlərə yönələ biləcəyi hələlik müəmmalı xarakter daşıyır. Ona görə də, həmin proseslərin hansı nəticələr verə biləcəyi də hələlik məlum deyil. Hər halda, Ermənistanda hakimiyyət uğrunda mübarizənin son nəticələrinin birmənalı şəkildə aydınlaşması barədə hər hansı ciddi mülahizələrin irəli sürülməsi bir qədər çətindir. Bu baxımdan, Ermənistanda ölkədaxili situasiyanın hər an nəzarətdən çıxa biləcəyi qətiyyən istisna olunmur. Onu da qeyd etmək lazımdır ki, Ermənistanda yaranmış situasiyanın qeyri-müəyyən xarakter daşıması daha çox erməni müxalifətinin tutduğu israrlı mövqe ilə birbaşa bağlıdır. Belə ki, son prezident seçkilərindən kifayət qədər vaxt ötməsinə baxmayaraq, erməni müxalifəti onun yekun nəticələriylə barışmaq istəmir. Əksinə, bütün mümkün vasitələrlə həmin nəticələri özünə uyğun şəkildə dəyişməyə can atır. Son vaxtlarsa, erməni müxalifətinin yenidən fəallaşmağa cəhd göstərdiyi açıq-aşkar müşahidə edilməkdədir. Bu baxımdan, Ermənistanda ölkədaxili vəziyyətin yaxın vaxtlarda növbəti dəfə gərginləşə biləcəyi tamamilə inandırıcı görünür. Düzdür, erməni müxalifətinin siyasi mübarizə imkanları hazırda əvvəlki kimi qənaətbəxş xarakter daşımır. Belə ki, bir tərəfdən, Qarabağ klanının təmsilçilərindən formalaşdırılmış Sarkisyan hakimiyyəti ötən müddət ərzində öz siyasi mövqelərini nisbətən möhkəmləndirməyə imkan tapıb. Hər halda, hazırda, Sarkisyan hakimiyyətinin ölkəyə nəzarəti öz əlində cəmləşdirməyə nail olduğu açıq-aşkar sezilməkdədir. Digər tərəfdənsə, Sarkisyan hakimiyyəti öz dayaqlarını möhkəmləndirərkən, buna paralel olaraq, erməni müxalifətinin mövqelərinə sarsıdıcı zərbələr endirmək imkanlarını da boşa verməyib. Belə ki, erməni müxalifətinin əsas funksionerlərinin əksəriyyəti həbs edilib. Bu isə erməni müxalifətinin siyasi düşərgəsində idarəçilik funksiyalarının ciddi şəkildə zəifləməsinə münbit şərait yaradıb. Ona görə də, erməni müxalifətinin fəaliyyətində müəyyən çətinliklərin ortaya çıxması qətiyyən təəccüblü deyil. Ancaq buna baxmayaraq, müxalifət düşərgəsi Sarkisyan hakimiyyətinin ilk sarsıdıcı zərbə dalğasını dəf etməyə cəhd göstərir. Və hazırda bu düşərgənin yenidən toparlanma mərhələsinə qədəm qoyduğu da müşahidə edilir. Yəni, erməni müxalifəti Sarkisyan hakimiyyətinin başlatdığı və hələ də davam etdirdiyi son repressiya dalğasının sarsıdıcı nəticələrini zərərsizləşdirməyə çalışır. Xüsusilə də, bu düşərgənin verilən itkilərin yerini yenidən doldurmağa can atdığı nəzərə çarpır. Hələlik yaranmış problemin tam aradan qaldırılması mümkün olmasa da, hər halda, bu istiqamətdə müəyyən irəliləyişlərə nail olunduğu sezilir. Maraqlıdır ki, erməni müxalifətinin son vaxtlar yenidən fəallaşma mərhələsinə qədəm qoymasında bu düşərgənin əsas lideri olan keçmiş prezident Levon Ter-Petrosyanın növbəti dəfə mübarizə meydanına qayıtmasının xüsusi təsiri olmamış deyil. Ən azından ona görə ki, L.Ter-Petrosyanın ev şəraitində fəaliyyət formasına keçməsindən sonra öz əsas lideriylə təmasları zəifləyən bu düşərgədə müəyyən çaşqınlığın hökm sürdüyü sezilirdi. Belə ki, bu vəziyyətin erməni müxalifətinin tərəfdarları arasında müəyyən qədər ruh düşkünlüyü yaratmağa başladığı da açıq-aşkar nəzərə çarpırdı. Hətta bəzən L.Ter-Petrosyanın erməni müxalifətini başsız buraxaraq, yenidən öz əvvəlki "susqunluq taktikası"nı bərpa etməyə üstünlük verməsi barədə mülahizələr də ortaya çıxmağa başlamışdı. Xüsusilə də, L.Ter-Petrosyanın öz ailə üzvlərini Fransaya aparması onun siyasətdən çəkilməyə hazırlaşması barədə ehtimallara yol açmışdı. Ancaq keçmiş prezidentin yenidən mübarizə meydanlarına dönməsi bu iddiaların əksər hissəsini artıq arxa plana keçirib. Onun erməni müxalifətinin kütləvi etiraz aksiyalarında yenidən görünməyə başlaması isə, bu düşərgənin mübarizə əzmini növbəti dəfə bərpa etməyə başlayıb. Nəticədə indi bu düşərgə Sarkiysan hakimiyyətiylə şərtlərlə danışmaqdan çəkinmədiyini sezdirir. Maraqlıdır ki, Ter-Petrosyan tərəfdarlarını siyasi mübarizə meydanında hazırda əsasən, iki istiqamət üzrə fəaliyyət göstərməyə üstünlük verirlər. Birinci istiqamət kimi, Ermənistan cəmiyyətinin Sarkisyan hakimiyyətinə qarşı müqavimət imkanlarının artırılmasına cəhd göstərilir. Bununla da, hakimiyyətin sərt təzyiqlərlə üzləşdirilməsinə çalışılır. Və bu istiqamət üzrə müxalifət düşərgəsinin müəyyən uğurlar qazanmağa başladığı sezilir. Belə ki, indi bu düşərgə Sarkisyan hakimiyyətinə qarşı şərtlərin diliylə danışmaq imkanlarını bərpa etmiş kimi görünür. Hətta etməni müxalifəti Sarkisyan hakimiyyətinin həmin şərtləri yerinə yetirməyəcəyi təqdirdə daha sərt mübarizə metodlarına əl ata biləcəyi ilə hədələməkdən belə, çəkinmir. Bu isə, o deməkdir ki, Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə hələ tam yekunlaşmayıb və bu savaşın yaxın vaxtlarda daha gərgin mərhələyə qədəm qoyma ehtimalı kifayət qədər inandırıcıdır. Erməni müxalifətin ikinci fəaliyyət istiqamətinə gəldikdəsə, bu sahə üzrə beynəlxalq qurumların hədəfə alındığı nəzərə çarpır. Belə ki, Ter-Petrosyan və onun tərəfdarları Ermənistanda yaranmış situasiyaya görə ABŞ və Qərbi qınamağa xüsusi həvəs göstərirlər. Onların fikrincə, Ermənistanda son prezident seçkilərinin hakim klanın xeyrinə saxtalaşdırılmasının əsas məsuliyyəti ABŞ və Qərbin üzərinə düşür. Ən azından ona görə ki, məhz ABŞ və Qərbin ikili standarları hakim klanı prezident seçkilərinin nəticələrini saxtalaşdırmağa cəsarətləndirdi. Ona görə də, beynəlxalq qurumların Ermənistanda baş verənlərə görə məsuliyyətdən yayınmağa çalışmaları yolverilməzdir. Təbii ki, erməni müxalifətin bütün bu davranışları məqsədyönlü xarakter daşıyır. Belə ki, bu düşərgə beynəlxalq qurumları fakt qarşısında qoymağa çalışır. Böyük ehtimalla Ter-Petrosyan və onun tərəfdarları belə ittihamlarla ABŞ və Qərbi Sarkisyan hakimiyyətinə qarşı daha sərt mövqe tutmağa sövq edə biləcəklərinə ümid bəsləyirlər. Hər halda, erməni müxalifətinin belə sürəkli ittihamları qarşısında ABŞ və Qərbin Sarkisyan hakimiyyətinə münasibətdə müəyyən məsafə saxlamaq məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil. Göründüyü kimi, Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizə az qala yenidən başlanmaq üzrədir. Hətta yaxın vaxtlarda bu düşmən ölkədə kütləvi etiraz aksiyalarının daha sərt dalğasının reallığa çevrilə biləcəyi tamamilə inandırıcı görünür. Ən azından ona görə ki, Sarkisyan hakimiyyətini açıq-aşkar hədələməkdən çəkinməyən erməni müxalifəti belə bir dalğanı başlatmağa hazırlaşdığını da qətiyyən gizlətmir. Və Ter-Petrosyan tərəfdarlarının hakimiyyətə yönəlik son ultimatumu həmin hazırlıqların ciddiliyindən xəbər verməkdədir. Çünki erməni müxalifəti həbsdə olan siyasi məhbusların buraxılması üçün hakim klana konkret vaxt verib. Həmin vaxtın bitimində siyasi məhbuslar azadlığa çıxmazsa, onda, fasiləsiz etiraz aksiyalarına start veriləcəyi vurğulanır. Tələblər yerinə yetiriləcəyi təqdirdəsə, keçmiş prezident L.Ter-Petrosyan mövcud situasiyanı doğuran problemləri nizamlamaq üçün hakimiyyətin dialoq çağırışına müsbət cavab verə biləcəyinə eyham vurub. Bütün bunları nəzərə aldıqda, Sarkisyan hakimiyyətinin iki seçim qarşısında olduğunu düşünmək olar. İndi hakim klan ya şərtləri yerinə yetirib sabitliyə apara biləcək dialoqa münbit şərait yaratmalıdır. Ya da ki, bundan imtina edərək ölkəni gözləyən növbəti siyasi gərginliyin qarşısında duruş gətirmək üçün hazırlığa başlamalıdır. Sarkisyan hakimiyyətinin bu iki variantdan hansına üstünlük verəcəyini dəqiqləşdirmək üçün yəqin ki, o qədər də çox gözləmək lazım gəlməyəcək. Elçin XALİDBƏYLİ sherg
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Üç şəhərdə daha 7 məhbus edam edilib
İranla məsləhətləşmələr uğurlu idi - Uitkoff
Hörmüz boğazında müdafiə əməliyyatında iştiraka hazırıq - Makron
İran parlamentinin sədr müavini: Tehran Hörmüz boğazı məsələsində geri addım atmayacaq
SEPAH: Tehran iri düşmən gəmilərini ballistik raketlərlə vura bilər
ABŞ-İran münaqişəsi uzun müddət davam edəcək - Qarqaş
İranda daha iki məhbus edam edildi
Makron: Fransa və ABŞ Hörmüz boğazında naviqasiya azadlığını qoruyacaq
Pakistan və Səudiyyə Ərəbistanı BMT-də birgə müdafiə sazişini müzakirə edib
İranın 64 həbsxanasında məhbuslar aclıq aksiyası keçirir
Türk dilində olan “Şəhriyarım” tamaşası Təbrizdə səhnəyə qoyulub
Təbrizli fəal həbs edilib
Şəhriyarın anım günüdür
Nərgiz Məhəmmədi yeni xatirələr kitabında İran həbsxanalarında işgəncələri açıqlayıb
ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Savalan zirvəsindəki göl tamamilə donub
Şəhriyarın anası; şairi köklərinə qaytaran qadın
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
İranda alzheimerə yoluxanların sayı artıb
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
İrandakı iqtisadi böhran əfqan miqrantları Taliban hakimiyyətinə geri qaytarır
İranda daha üç məhbus edam edildi
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
İranda silahlı qarşıdurma - Ölən və yaralananlar var