İlamda həbs edilən etirazçıların sayı artı
İranın dövlət televiziyası etirazlardan sonra Xəzər dənizinin adını dəyişmək cəhdindən geri çəkildi
Həmədanda iş qəzası- Ölən və yaralanan var
Milad Armun təkadamlıq kameraya köçürülüb
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
İranda hökumət subsidiyalı çörək satışına kvota tətbiq etməyə başlayıb
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri SSRİ dağılmağa üz tutanda hər ikisindən müstəqilik səsləri gəlirdi. Biri silahlanaraq müstəqillik yoluna qədəm qoyur, o birisi “siyasət mümkün olanı reallaşdırmaq sənətidir” prinsipini əsas götürərək özünü xilas etməyə çalışırdı. Söhbət Çeçenistan və Tatarıstandan gedir. Çeçenistanın mərhum rəhbəri Çövhər Dudayev məmləkətini müstəqilliyə qovuşdurmaq məqsədilə silahlandı və Moskvaya meydan oxumağa başladı. Nəticəsi nə oldu? Yüz minlərlə silahlı və silahsız çeçen, dinc sakinlər, bütöv ailələr qətlə yetirildi. Müharibə bir az da davam etsəydi, Rusiyanın həbri birlikləri Çeçenistanda sağ insan buraxmayacaqdılar. Sovet qoşunları vaxtilə Əfqanıstanı kənd-kənd, oba-oba bombalayan kimi Rusiya hərbçiləri Çeçenistandakı yaşayış məntəqələrini silahlını silahsızdan ayırmayaraq darmadağın edirdi. Çeçenistanın Semaşki kəndinin yerlə bir edilməsi və ya rus polkovnikinin az yaşlı çeçen qızını zorlaması hamıya məlum olan faklardır. Üzə çıxarılmayan daha neçə-neçə bombardman və zorlama yaşadı Çeçenistan. Üstündən illər keçdikdən sonra Moskva Çeçenistana nəzarəti ələ keçirdi, sayları xeyli azalan silahlıları meşələrə qovdu, dağıtdığı şəhər və kəndləri isə yenidən qurmaq üçün maliyyə ayırdı. Ancaq insan itkisini unutmaq, ağıq yaraları sağaltmaq çətindir. Rusya Dövlət Dumasının keçmiş spikeri, çeçen əsilli Ruslan Xasbulatov müsahibələrinin birində maraqlı məqama toxunmuşdu. Onun sözlərinə görə, 1930-cu illərdən sovet quruluşuna qarşı çıxan əli silahlı bir çeçen üstündən 50 il keçdikdən sonra da ahıl yaşında ov tüfəngi ilə meşələrdə gizlənirmiş. Odur ki, bugünkü nisbi sakitliyin nə qədər çəkəcəyini bilmək olmaz. Keçək Tatarıstan örnəyinə. Əslində SSRİ dağıldıqdan sonra Rusiya hakimiyyətini ilk vahiməyə salan məhz Tatarıstan oldu. Tatarıstanda müstəqillik çağırışları getdikcə artırdı. Buna baxmayaraq tatarlar rəvan yola baş vurdular, partiya komitəsinin birinci katibi Mintimer Şaymiyev kommunist vəsiqəsini prezident kürsüsünə dəyişərək Kremllə əsl alverə başladı. Şaymiyev anlayırdı ki, Dudayev yolu Rusiya ilə əhatə olunan Tatarıstanı uçuruma apara bilər, ona görə də tam müstəqilliyin ardınca getməkdənsə Moskvadan siyasi və iqtisadi dividendlər qoparmaq yoluna üstünlük vermək doğrudur. Və o uduzmadı. Şaymiyev Moskvaya sanki “baxın ha, Tatarıstana siyasi və iqtisadi özünüidarəetmə imkanları saxlanılmasa, vəziyyət nəzarətdən çıxa bilər” mesajını yollayırdı. Mesaj hədəfinə çatdı. Moskva Tatarıstana istədiyi imkanları saxladı. Bu gün Tatarıstan Rusiyanın ən inkişaf etmiş bölgələrindəndir, Kazan şəhəri xeyli müasirləşib, quruculuq işlər genişlənib. Tatarıstan istədiyi ölkə ilə sıx əlaqələr qurur, Moskvaya baş vurmadan Kazana gedən xarici ölkə liderlərinin sayı az deyil. Azərbaycanın baş naziri Artur Rəsizadə Kazana yollanaraq Şaymiyevlə ortaq iqtisadi layiələri müzakirə etdi, ardınca Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tatarıstan paytaxtına təşrif buyuraraq Kazanda tatar həmkarıyla birgə ad gününü qeyd etdi. Bu səfərlə bağlı olaraq tatar rəsmilərdən birinin açıqlaması diqqətdən yayınmadı: “Rusiya üçün Belarus nə qədər əzizdirsə, Tatarıstan üçün də qardaş Türkmənistan bir o qədər əzizdir”. Tatar rəsmisi, başqa sözlə, Moskvanın dostu və ya müttəfiqi avtomatik Tatarıstanın dostu və müttəfiqi anlamına gəlmədiyini demək istəyib. Şübhə etmirəm ki, tatarlaq qardaş Azərbaycan və Türkiyəni də bu siyahıya aid edirlər. Şaymiyev lazım olanda çəkinmədən öz sözünü Moskvaya da çatdırır. Məsələn, baxmayaraq ki, Şaymiyev baş nazir Vladimir Putinin rəhbəri olduğu “Yedinaya Rossiya” Partiyasının qurucusu və üzvlərindəndir, o qubernatorların Moskvadan təyin edilməsi praktikasına qayıdışını bu günlərdə ciddi tənqid edib. Şaymiyev Rusiya prezidentinin yerlərdə təyin etdiyi qubernatorlardan bəzilərinin təsadüfi adamlar olduğu fikrini dilə gətirməkdən də çəkinməyib. Göründüyü kimi, Şaymiyev gərəkli anlarda Putin və Medvedyevlə kəllə-kəlləyə gəlməkdən də qorxmur. Demokratiya və söz azadlığının boğulduğu indiki Rusiya şəraitində Şaymiyevin sözləri cəsarət tələb edir. Bir anlığa fikirləşirsən, zamanında Dudayev yüzminlərlə günahsız çeçenin qətlə yetiriləcəyini, xalqının soyqırıma uğrayacağını ehtimal etsəydi, görəsən, silahlı müqavimət əvəzinə Tatarıstan yolunu seçərdimi? Onsuz da indinin özündə Çeçenistan yenə özünüidarətemə formasına qayıdıb və indiki gənc prezident Kadırov bildiyini edir. Onun kimi Dudayev də iqtisadiyyatını istədiyi şəkildə qurar, istədiyi xarici ölkəyə səfər edər və xarici qonaq qəbul edərdi. İstəmədi. Kim bilir, bəlkə də Dudayev bütün olacaqları ehtimal edir və ümidini Xasbulatovun söylədiyi o ahıl yaşındakı kişinin ideologiyasının nə vaxtsa qələbə çalacağına inanırmış. Yeri gəlmişkən, Çeçenistanda atəşin intensivliyi və hərbi postlara hücumların sayı artıb...
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
Səhənd stadion "Traktor"a verilir
İran buna görə bizə kiberhücum etdi- Baro
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
İranın su anbarları rejimin yeraltı raket şəbəkəsinə xidmət etmiş ola bilər
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb