İranın dövlət televiziyası etirazlardan sonra Xəzər dənizinin adını dəyişmək cəhdindən geri çəkildi
Həmədanda iş qəzası- Ölən və yaralanan var
Milad Armun təkadamlıq kameraya köçürülüb
Tramp İrana zərbələrin bərpasına meyllidir- "Fox News"
İranda hökumət subsidiyalı çörək satışına kvota tətbiq etməyə başlayıb
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Tramp: ABŞ və İran arasındakı razılaşma uzunmüddətli olmalıdır
Paşinyan: Ermənistan enerji şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemləri ilə birləşdirməyi planlaşdırır
Zəncanlı aşığın ildönümü mərasimi keçiriləcək
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
Əyalətlərdən gələn pul Tehrana ayrılır - Pezeşkian
İranda daha beş bəluc həbs edildi
Bessent: İran rəhbərliyi sıxışdırılmış vəziyyətdədir və danışıqlar masasına qayıda bilər
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Qəzvinli siyasi məhbus qeyri-müəyyən vəziyyətdə saxlanılır
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
İran Ali Məhkəməsi azərbaycanlı siyasi məhbusun edam hökmünü təsdiq etdi
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
İranda etirazçı taekvondo çempionu edama məhkum edildi
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
Pezeşkiyan: Pulumuz yoxdur, xalq etiraz edir
İran agentləri iyirmi ildən artıqdır ki, regionda hərəkət etmək üçün Livan və İraq pasportlarından istifadə edirlər – The National
Britaniyanın Fərford aviabazasına hücum planı hazırlamaqda ittiham olunan şəxs Qüds qüvvələrinə bağlıdır
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
CBS News: ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyatı nəzərdən keçirir
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İranda enerji çatışmazlığı- Xameneinin nümayəndəsi qəribə çıxış yolu göstərdi
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Böyük Britaniya İrana qarşı kiberhücum əməliyyatları aparır- Rob Maqouen
Özbəkistanda Şah İsmayıl Xətai adına Mərkəzin açılış mərasimi keçirilib
İranda 6 məhbus edam edildi
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Sistan və Bəlucistanda daha iki bəluc güllələndi
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
ABŞ, Böyük Britaniya, Fransa və Almaniya İranı BAEA ilə əməkdaşlığı bərpa etməyə çağırıb
Türkiyə dünyada ilk dəfə pilotsuz qırıcı təyyarəni silahlanmaya qəbul edib
Türkiyədə yüksək rütbəli hərbçilərin də olduğu daha 17 nəfər həbs olunub Dünən Türkiyənin siyasi həyatını şoka salan həbslər həyata keçirilib. Həbslər bir müddət əvvəl tutulan ordu generalı Vəli Küçük Paşaya bağlı olduğu bildirilən "Ergenekon" adlı qeyri-leqal təşkilatla əlaqədar bir neçə aydır aparılan istintaq çərçivəsində gerçəkləşdirilib. Türkiyə vaxtı ilə səhər saat 07:00-da başladılan və eyni vaxtda həyata keçirilən əməliyyat nəticəsində Yandarma Qüvvələrinin keçmiş komandanı, Atatürkçü Düşüncə Dərnəyinin sədri, istefada olan ordu generalı Şənər Əruyğur, 1-ci ordunun sabiq komandanı, istefada olan ordu generalı Xurşid Tolon, Ankara Ticarət Odasının (Palata) sədri Sinan Aygün, "Cumhuriyyət" qəzetinin əməkdaşı, tanınmış yurnalist Mustafa Balbay və daha 17 nəfər həbs olunub. Tutulanların hamısının evlərində və ofislərində axtarış aparılıb. Saxlanılan şəxslər bir qədər sonra İstanbula aparılılıb. Məlumata görə, həbslər Respublika Baş Prokurorluğunun təlimatı ilə həyata keçirilib. Həbs edilən Mehmet Şənər Əruyğur 1941-ci ildə Ərzurumda anadan olub. 1971-ci ilə qədər müxtəlif birliklərdə məsul vəzifələrdə çalışıb. 1971-73-cü illərdə Hərbi Akademiyanı, 1973-74-cü illərdə Atatürk Universitetinin işlətmə fakültəsini, 1975-ci ildə isə NATO-nun Müdafiə Kollecini bitirib. 1976-78-ci illərdə Türkiyənin Rumıniyadakı səfirliyində hərbi attaşe olub. Türkiyə Silahlı Qüvvələrində müxtəlif yüksək vəzifələrdə çalışaraq, ordu generalı rütbəsində təqaüdə çıxıb. Son olaraq Türkiyə Yandarma Qüvvələrinin komandanı vəzifəsində çalışıb. "İstiqlal" və Türkiyə Silahlı Qüvvələrinin "Üstün Hizmet" medallarına sahib olan Şənər Əruyğur evlidir, iki övladı var. Fransız və ingilis dillərini bilir. Digər general Əhməd Xurşit Tolon 1942-ci ildə İstanbulda doğulub. Türkiyənin ABŞ-dakı səfirliyində hərbi attaşe vəzifəsində çalışıb. Türkiyə Silahlı Qüvvələrində müxtəlif yüksək vəzifələrdə çalışaraq, ordu generalı rütbəsində təqaüdə çıxıb. Son olaraq 1-ci Ordunun komandanı vəzifəsində çalışıb. Bir məsələni də qeyd etmək yerinə düşər ki, "Ergenekon"la bağlı istintaqa iddianamə təqdim edilib və iddianın bu həftə açılması gözlənilirdi. Adıçəkilən şəxslər Türkiyənin mövcud hökumətinə qarşı müxalif mövqeləri ilə tanınırlar. Atatürkçü Düşüncə Dərnəyi isə məşhur cümhuriyyət mitinqlərinin əsas təşkilatçısı olub. Xatırladaq ki, indiyə qədər "Ergenekon" əməliyyatı çərçivəsində 49 nəfər saxlanılıb. Türkiyədə "Ergenekon" əməliyyatı çərçivəsində həyata keçirilən həbslərin məhz dünənə təsadüf etməsi müşahidəçilərin marağına səbəb olub. Türkiyə KİV-nin məlumatına görə, həbslər hakim Ədalət və İnkişaf Partiyası üçün çox önəmli bir gündə başlayıb. AKP-nin bağlanması tələbi ilə iddia irəli sürən Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya dünən Konstitusiya Məhkəməsində iddiasını əsaslandıran açıqlama ilə çıxış edib. Qəzetlər baş prokurorun önəmli çıxışa hazırlaşdığı bir vaxtda həbslər həyata keçirilməsinin Türkiyəni sarsıtdığını vurğulayıblar. Ekspertlər həbslərin baş prokurorun açıqlaması ilə eyni gündə həyata keçirilməsinin diqqət çəkdiyini qeyd edirlər. Axşama yaxın bəlli olub ki, "Tərcüman" qəzetinin baş redaktoru Ufuk Büyükçələbi də həbs olunub. "Cümhuriyyət" qəzetinin Ankara təmsilçisi Mustafa Balbayın həbsindən sonra isə qəzetin ofisi polislərin nəzarəti altına alınıb. Ofisin qarşısında 15-dən çox polisin növbə çəkdiyi bildirilir. Təhlükəsizlik orqanları Balbayın kompüterini və dosyelərini həbs ediblər. Türkiyənin baş naziri, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada və İstanbulda aparılan həbslərdən xəbəri olmadığını söyləyib: "Ümid edirəm ki, bu istintaq nəticəsində qaranlıqlar aydınlığa çıxacaq. Təbii ki, biz də iddianın tez bir zamanda hazırlanmasını gözləyirik. Bunu iddianın tamamlanmasına yönəldilmiş addım kimi görürəm. Bu, prokurorun 10-cu Ağır Cəza Məhkəməsinin qərarı ilə atdığı addımdır. Təhlükəsizlik orqanlarımız da məhkəmənin qərarını həyata keçirib. Həyata keçirilən həbslərin nəticəsi budur. Bizim də bununla bağlı gözləntilərimiz var. Xahişimiz odur ki, istintaq nəticəsində qaranlıq məqamlara aydınlıq gətirilsin". AKP-nin sədr müavini, millət vəkili Dengir Mir Mehmet Fırat bildirib ki, məhkəmə qərarlarına hamı hörmət göstərməlidir. Ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü, millət vəkili Məhərrəm İncə isə cəmiyyətdə atatürkçü, ulusalçı (milli dövlətçi) kimi tanınan şəxslərin həbsinə sərt şəkildə etiraz edib. O, "mən də ulusalçıyam, məni də həbs edin" - deyə hakimiyyətə səslənib. M.İncə "Ergenekon" adlandırılan təşkilatla bağlı istintaqın bir ildir davam etdiyini və hələ də ittiham aktının hazırlanmadığını vurğulayıb: "Son bir ildə bu istintaq çərçivəsində həbs olunanların ortaq özəlliyi AKP-yə qarşı müxalifətdə olmalarıdır. Bu həbslər Türkiyədə böyük olayların olacağını göstərir. Türkiyənin mənafeyini qorumaq, ölkənin təbii ehtiyatlarının, sərvətlərinin gecəyarısı xaricilərə satılmasına qarşı çıxmaq, hökumət mənsublarının xaricdə Türkiyəni tənqid etməsini pisləmək, hökumətin əleyhinə çıxmaq cinayətdirsə, mən də cinayətə yol verirəm. Məni də tutsunlar". Polis əməliyyatının əsas hədəfi - Atatürkçü Düşüncə Dərnəyinin baş katibi Suay Karaman isə baş verənləri "mülki çevriliş" kimi qiymətləndirib: "Türkiyədə iqtidar tərəfindən mülki çevriliş həyata keçirilir. Bunun nəticələrini yaxın vaxtlarda görəcəyik. Bu proses hansısa mərhələdə mütləq dayanacaq". "Ergenekon qalmaqalı" çərçivəsində İstanbuldan verilən təlimat əsasında Trabzonda da həbslərə başlanılıb. Bir qədər əvvəl Trabzonda fəaliyyət göstərən "Ati Teknoloyi" Özəl Səhiyyə Xidmətləri Sənaye və Ticarət Şirkətinin rəhbəri professor Ərcümənt Ovalı həbs olunub. O, Trabzon Əmniyyət Müdürlüyündə istintaqa ifadə verib. Türkiyənin yeganə immun sistemi mərkəzi olan "Ati Teknoloyi" rəhbəri olan professor Ərcümənt Ovalı bundan əvvəl Qara dəniz Texniki Universitetində tibb fakültəsində çalışıb. kaspi
Səudiyyə Ərəbistanı İranın Bəhreyndəki mülki obyektə hücumlarını pisləyib
Bəhreyn İranın zərbəsi nəticəsində “sənaye obyektində” baş verən yanğından sonra BMT-ni tədbir görməyə çağırıb
Təbrizin cümə imamı da "şirin quyruğu"ndan danışdı- Oynamayın!
İranda daha beş bəluc həbs edildi
Britaniyada hücum planlaşdıran şəxs etiraf etdi- Süleymaninin əsgəriyəm
Bessent: İran satdığı neftdən olan gəliri heç vaxt əldə etməyə bilər
İranda şəhərlərarası nəqliyatda da qiymətlər artdı
ABŞ daha dörd iranlının adını sanksiya siyahısına saldı
İranın tankeri hədəf alınacağı təqdirdə verdiyi təhdid
Mərəndli idmançı dünya üzrə ikincisi oldu
İran müharibə bəhanəsindən repressiyalar üçün istifadə edir- Sato
Əhvazda çörəkçilər etiraz aksiyası keçirdi
Kremlə simvolik zərbə; Putin dərin məyusluq içindədir (Video)
İsrail: İran nüvə proqramını bərpa etməyə çalışır
İrana bağlı qrup İraqdakı ən mühüm bazasından geri çəkilir
Xuzistanda daha 10 ərəb fəal həbs edildi
İranlılar Azərbaycanda verilən qərarı alqışladılar
BMT Baş Assambleyasının Üçüncü Komitəsi İranla bağlı qətnamə qəbul etdi
İran polisi ərəb gənci güllələdi
Bəndər-Abbasda ardıcıl partlayışlar olub
İki şəhərdə iki məhbus edam edildi
BMT rəhbəri İranda insan hüquqlarının pozulmasını “qəbuledilməz” adlandırıb
ABŞ və İsrail İranın iqtisadi infrastrukturuna mümkün zərbələr endirmək üçün planlar hazırlayır – NYT
Binabda hava çirklənməsi artır; “Səhənd” elektrik stansiyasında mazut yandırılır
Səhənd stadion "Traktor"a verilir
İran buna görə bizə kiberhücum etdi- Baro
ABŞ-nin daha bir təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəldi
ABŞ-ın İran neftinə tətbiq etdiyi blokada Çini İraq neftinə yönəldir – Bloomberg
Qərbi Azərbaycan mənzil xərclərinin ailə büdcəsindəki payına görə ölkə üzrə yeddinci yerdədir
Tramp: Lazım olarsa, yenidən hücum edəcəyik
Tramp: İran Vaşinqtonu təhdid edərsə, “heç bir ölkənin ödəmədiyi qədər ağır bədəl ödəyəcək”
İrada daha bir bəhaiyə həbs cəzası verildi
Pilotsuz uçuş aparatı Qara dənizdə 13 Azərbaycan vətəndaşının olduğu gəmiyə hücum edib
10 kilo Pakistan düyüsünün qiyməti 4 milyon 650 min tümənə çatıb
İranın su anbarları rejimin yeraltı raket şəbəkəsinə xidmət etmiş ola bilər
Tramp: İran razılaşmaq istəyir, lakin şərtləri qəbuledilməzdir
ABŞ kəşfiyyatı İranın Vaşinqtonda “çirkli bomba” hücumu planlaşdıra biləcəyini ehtimal edir – CNN
İranda 84 qadın yaxınları tərəfindən öldürülüb