SON XƏBƏRLƏR

Türkiyədəki həbslər Konstitusiya Məhkəməsində baş prokurorun çıxışı ilə eyni gündə həyata keçirilib

2021.10.20, 07:36
Türkiyədəki həbslər Konstitusiya Məhkəməsində baş prokurorun çıxışı ilə eyni gündə həyata keçirilib

Gunaz.tv
Türkiyədəki həbslər Konstitusiya Məhkəməsində baş prokurorun çıxışı ilə eyni gündə həyata keçirilib akp-hebsler.jpg Türkiyədə “Ergenekon” əməliyyatı çərçivəsində həyata keçirilən həbslərin bu günə təsadüf etməsi müşahidəçilərin marağına səbəb olub. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, həbslər hakim Ədalət və İnkişaf Partiyası üçün çox önəmli bir gündə başlayıb. Qeyd edək ki, AKP-nin bağlanması tələbi ilə iddia irəli sürən Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkaya bu gün Konstitusiya Məhkəməsində iddiasını əsaslandıran açıqlama ilə çıxış edir. Məhkəmə heyətinin yerli vaxtla saat 10-da Yalçınkayanın açıqlamasını dinləməyə başladığı bildirilir. Qəzetlər baş prokurorun önəmli çıxışa hazırlaşdığı bir vaxtda həbslər həyata keçirilməsinin Türkiyəni sarsıtdığını vurğulayırlar. Ekspertlər həbslərin baş prokurorun açıqlaması ilə eyni gündə həyata keçirilməsinin diqqət çəkdiyini qeyd edirlər. LENT.AZ

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar