SON XƏBƏRLƏR

İRAN HÖRMÜZ BOĞAZINI BAĞLASA, ABŞ BUNU MÜHARİBƏ CƏHDİ KİMİ QİYMƏTLƏNDİRƏCƏK

2021.10.20, 07:36
İRAN HÖRMÜZ BOĞAZINI BAĞLASA, ABŞ BUNU MÜHARİBƏ CƏHDİ KİMİ QİYMƏTLƏNDİRƏCƏK

Gunaz.tv
İRAN HÖRMÜZ BOĞAZINI BAĞLASA, ABŞ BUNU MÜHARİBƏ CƏHDİ KİMİ QİYMƏTLƏNDİRƏCƏK İyunun 30-da ABŞ-ın Bəhreyndəki 5-ci dəniz donanmasının komandanı admiral Kevin Kasqrif jurnalistlərə açıqlamasında İranın Hörmüz boğazını neft daşıyan gəmilərin üzünə bağlamasına icazə verilməyəcəyini deyib: «Hörmüz boğazının bağlanmasını ABŞ müharibə cəhdi kimi qiymətləndirəcək və buna icazə verməyəcək». İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») komandanı Məhəmmədəli Cəfəri ötən həftə Qərb ölkələrinin İrana hücum ehtimalına toxunaraq demişdi: «Ölkə hücuma məruz qaldığı təqdirdə biz düşmənə qarşı bütün imkanlarımızdan faydalanacağıq. İran körfəzi və Hörmüz boğazına nəzarəti ələ almaq görəcəyimiz tədbirlərdən biri olacaq». «Media forum» saytının məlumatına görə, admiral deyib: «Əgər iranlılar bu mühüm boğazı bağlamağa cəhd göstərsələr, çox kəskin beynəlxalq bir reaksiya ilə qarşılaşacaqlar». Dünyanın istehlak etdiyi neftin 40 faizi hər gün İran körfəzində İranla Əmman arasında yerləşən Hörmüz boğazından daşınır. «Media forum»

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar