SON XƏBƏRLƏR

Er­mə­ni­ba­şı­nın für­sət­çil­li­yi... Serj Sar­kis­yan fut­bo­lu da öz si­ya­si avan­tü­ra­la­rı­na alət et­mə­yə ça­lı­şır

2021.10.20, 07:36
Er­mə­ni­ba­şı­nın für­sət­çil­li­yi... Serj Sar­kis­yan fut­bo­lu da öz si­ya­si avan­tü­ra­la­rı­na alət et­mə­yə ça­lı­şır

Gunaz.tv
Er­mə­ni­ba­şı­nın für­sət­çil­li­yi... Serj Sar­kis­yan fut­bo­lu da öz si­ya­si avan­tü­ra­la­rı­na alət et­mə­yə ça­lı­şır Er­mə­nis­tan ye­nə iki­baş­lı oyun­lar qur­ma­ğa cəhd gös­tə­rir. Əs­lin­də, bu o qə­dər də tə­əc­cüb­lü de­yil. Ən azın­dan ona gö­rə ki, bu düş­mən döv­lət hə­mi­şə be­lə oyun­baz­lı­ğa meyl­li ol­du­ğu­nu büru­zə ve­rib. Hət­ta Er­mə­nis­tan bu­nu giz­lət­mək is­tə­di­yi hal­da be­lə, rəs­mi İrə­van özü­nün "sağ gös­tə­rib, sol vur­maq" cəhd­lə­ri­ni mas­ka­la­maq­da çə­tin­lik çə­kib. Bu ba­xım­dan, rəs­mi İrə­va­nın son ma­nevr­lə­ri Er­mə­nis­ta­nın ənə­nə­vi "vər­diş"lə­ri­nə ta­ma­mi­lə uy­ğun­dur. Onu da qeyd edək ki, Er­mə­nis­tan rəh­bər­li­yi­nin son dav­ra­nış­la­rı əsl avan­tü­ra xa­rak­te­ri da­şı­yır. Be­lə ki, bu düş­mən döv­lə­tin pre­zi­den­ti Serj Sar­kis­yan Er­mə­nis­ta­nın Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri­nin bər­pa olun­ma­sı­nın va­cib­li­yi­ni növ­bə­ti də­fə gün­də­mə gə­ti­rib. O, hət­ta bu is­ti­qa­mət­də kon­kret ad­dım­lar at­ma­ğa ha­zır ol­du­ğu­nu da vur­ğu­la­yıb. An­caq onun açıq­la­ma­sı­nın da­va­mın­da er­mə­ni avan­tü­ra­sı­nın əla­mət­lə­ri ye­ni­dən or­ta­ya çı­xıb. Hər hal­da, Tür­ki­yə ilə mü­na­si­bət­lə­rin bər­pa­sı üçün kon­kret ad­dım­lar at­ma­ğa ha­zır ol­du­ğu­nu di­lə gə­ti­rən er­mə­ni­ba­şı S.Sar­kis­ya­nın, son­ra­dan bu mə­sə­lə­ni hər­lə­yib-fır­la­yıb ye­ni­dən rəs­mi An­ka­ra­nın üzə­ri­nə yük­lə­mə­yə ça­lış­ma­sı­nı avan­tü­ra ki­mi də­yər­lən­dir­mək­dən baş­qa çı­xış yo­lu qal­mır. Mə­sə­lə on­da­dır ki, er­mə­ni­ba­şı S.Sar­kis­yan Tür­ki­yə-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri­nin bər­pa­sı üçün rəs­mi An­ka­ra­nın sər­həd­lə­ri aç­ma­sı­nı va­cib şərt­lər­dən say­dı­ğı­nı vur­ğu­la­yır. Özü isə, at­ma­ğa ha­zır ol­du­ğu ad­dım­lar ba­rə­də da­nış­ma­ğa ümu­miy­yət­lə, eh­ti­yac duy­mur. Düz­dür, son­ra­dan Tür­ki­yə-Er­mə­nis­tan mü­na­si­bət­lə­rin­də əsas zid­diy­yət mən­bə­yi sa­yı­lan mə­sə­lə­nin - qon­dar­ma "er­mə­ni soy­qı­rı­mı" ilə bağ­lı er­mə­ni­lə­rin sər­səm id­dia­la­rı­nın üzə­ri­nə qa­yıt­ma­lı olur. An­caq dər­hal da bu zid­diy­yət mən­bə­yi­nin ara­dan qal­dı­rıl­ma­sı üçün Tür­ki­yə­nin Er­mə­nis­tan­la sər­həd­lə­ri aç­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yır. Bu­nun­la da, bir açıq­la­ma­da ar­dı­cıl ola­raq iki də­fə "sağ gös­tə­rib, sol vur­maq" hə­və­si­ni bi­ru­zə ver­miş olur. Ma­raq­lı­dır ki, er­mə­ni­ba­şı özü­nün avan­tü­ra­sı­na diq­qə­ti çək­mək üçün rəs­mi An­ka­ra­ya mü­əy­yən tək­lif­lər ün­van­la­ma­ğı da qə­tiy­yən unut­ma­yıb. Be­lə ki, S.Sar­kis­yan Tür­ki­yə pre­zi­den­ti Ab­dul­lah Gü­lü Er­mə­nis­ta­na rəs­mi sə­fə­rə də­vət edib. Onun fik­rin­cə, məhz be­lə bir sə­fə­rin baş tu­ta­ca­ğı təq­dir­də, Tür­ki­yə-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri­nin bər­pa­sı is­ti­qa­mət­də mü­əy­yən im­kan­lar açı­la bi­lər. Di­gər tə­rəf­dən, er­mə­ni­ba­şı Tür­ki­yə pre­zi­den­ti A.Gü­lün Er­mə­nis­ta­na rəs­mi sə­fə­ri üçün ol­duq­ca ma­raq­lı vaxt tək­lif edib. Be­lə ki, bu ilin sen­tyab­rın­da növ­bə­ti dün­ya çem­pio­na­tı­nın seç­mə qrup mər­hə­lə­si­nə start ve­ri­lə­cək. Və Tür­ki­yə mil­li­si İrə­van­da Er­mə­nis­tan yığ­ma­sıy­la qar­şı­la­şa­caq. Er­mə­ni­ba­şı da məhz hə­min mat­çın ke­çi­ri­lə­cə­yi gün pre­zi­dent A.Gü­lün Er­mə­nis­ta­na rəs­mi sə­fə­rə gəl­mə­si­ni is­tə­yir. Er­mə­ni­ba­şı­nın əsas məq­sə­di­sə, Tür­ki­yə-Er­mə­nis­tan mat­çı­nı pre­zi­dent A.Gül­lə ya­na­şı iz­lə­mək­dən iba­rət­dir. Bu, rəs­mi İrə­va­na mü­əy­yən təb­li­ğa­ti im­kan­lar aça bi­lər. Gö­rün­dü­yü ki­mi, er­mə­ni­ba­şı əsl avan­tü­ray­la məş­ğul­dur. Hər hal­da, ara­la­rın­da ki­fa­yət qə­dər ta­ri­xi və mə­nə­vi zid­diy­yət­lər olan iki qon­şu döv­lə­tin pre­zi­dent­lə­ri­nin bir fut­bol mat­çı­nı yan-ya­na iz­lə­mə­si bir sı­ra uzaq­ge­dən mü­la­hi­zə­lə­rin or­ta­ya çıx­ma­sı­na sə­bəb ola bi­lər. Üs­tə­lik, hə­min mü­la­hi­zə­lə­rin Tür­ki­yə üçün xo­şa­gəl­məz, Er­mə­nis­tan üçün­sə, məq­bul məz­mun da­şı­ya bi­lə­cə­yi elə in­di­dən qə­tiy­yən şüb­hə do­ğur­mur. An­caq rəs­mi An­ka­ra­nın er­mə­ni­ba­şı­nın bu avan­tü­ra­sı­nın re­al­lı­ğa çev­ril­mə­si­nə im­kan ve­rə­cə­yi də qə­tiy­yən inan­dı­rı­cı gö­rün­mür. Hət­ta er­mə­ni­ba­şı­nın fut­bo­la da­ya­nan si­ya­si he­sab­la­ma­sı uzaq­ge­dən ol­sa be­lə, rəs­mi An­ka­ra be­lə səhv­lə­ri bu­ra­xa bi­lə­cək qə­dər sa­də­lövh de­yil. Hər hal­da, rəs­mi İrə­van türk mil­li­si­nin son Av­ro­pa çem­pio­na­tın­da­kı aş­kar uğur­la­rıy­la Tür­ki­yə cə­miy­yə­ti­nin ayaq­da ol­du­ğu­nu çox gö­zəl an­la­yır. Üs­tə­lik, bu uğur­la­rın Tür­ki­yə cə­miy­yə­ti­nə yük­sək əh­val-ru­hiy­yə bəxş et­di­yi­ni də ba­şa dü­şür. Və bu yük­sək əh­val-ru­hiy­yə­dən öz məq­səd­lə­ri üçün ya­rar­lan­ma­ğa ça­lı­şır. Yə­ni, fut­bo­lun in­san­la­rın möv­qe­lə­ri­nə tə­sir gös­tə­rə bi­lə­cə­yi ilə bağ­lı eh­ti­mal­la­rın Er­mə­nis­ta­na mü­na­si­bət­də də özü­nü doğ­rul­da bi­lə­cə­yi­nə ümid bəs­lə­yir. Bu isə ye­nə də avan­tü­ra­dan baş­qa bir şey de­yil. Mə­sə­lə on­da­dır ki, rəs­mi An­ka­ra Tür­ki­yə mil­li­si­nin Av­ro­pa­nın fut­bol are­na­la­rın­da qa­zan­dı­ğı möh­tə­şəm uğur­la­rı bey­nəl­xalq si­ya­sət səh­nə­sin­də qur­ban ve­rə bil­məz. Yə­qin ki, rəs­mi An­ka­ra er­mə­ni­ba­şı­nın fut­bo­lu öz si­ya­si hə­dəf­lə­ri­nə alət et­mə­si­nə heç bir hal­da, im­kan ver­mə­yə­cək. Ən azın­dan ona gö­rə ki, Tür­ki­yə-Er­mə­nis­tan zid­diy­yət­lə­ri­ni sti­mul­laş­dı­ran fak­tor­la­rın sı­ra­sın­da id­man sa­hə­siy­lə bağ­lı heç bir amil möv­cud de­yil. Ək­si­nə, bu zid­diy­yət­lər bir­mə­na­lı şə­kil­də Er­mə­nis­ta­nın avan­tü­ra­la­rın­dan qay­naq­la­nır. Be­lə ki, Er­mə­nis­tan Tür­ki­yə­yə qar­şı irə­li sür­dü­yü əra­zi id­dia­sın­dan hə­lə də im­ti­na et­mə­yib. Ey­ni za­man­da, rəs­mi İrə­van qon­dar­ma "er­mə­ni soy­qı­rı­mı" ilə bağ­lı sər­səm id­dia­la­rın bey­nəl­xalq gün­dəm­də qal­ma­sı is­ti­qa­mə­tin­də ak­tiv fəa­liy­yə­ti­ni da­vam et­dir­mək­də­dir. Be­lə və­ziy­yət­də rəs­mi An­ka­ra­nın Er­mə­nis­ta­nın Tür­ki­yə ilə mü­na­si­bət­lə­ri ni­zam­la­ma­ğa ha­zır ol­du­ğu­na ina­na bi­lə­cə­yi o qə­dər də cid­di tə­əs­sü­rat ya­rat­mır. Çün­ki bu iki döv­lət ara­sın­da mü­na­si­bət­lə­rin bər­pa olun­ma­sı üçün rəs­mi İrə­van fut­bol­la bağ­lı für­sət­çil­li­yi­ni bir kə­na­ra bu­ra­xıb, Er­mə­nis­ta­nın Tür­ki­yə­yə qar­şı irə­li sür­dü­yü bü­tün sər­səm id­dia­lar­dan im­ti­na et­mə­li­dir. Elçin XALİDBƏYLİ, Müstəqil Mətbuat Mərkəzinin rəhbəri sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar