SON XƏBƏRLƏR

«MOSSAD»a CASUSLUQDA GÜNAHLANDIRILAN İRAN VƏTƏNDAŞI EDAMA MƏHKUM EDİLİB

2021.10.20, 07:36
«MOSSAD»a CASUSLUQDA GÜNAHLANDIRILAN İRAN VƏTƏNDAŞI EDAMA MƏHKUM EDİLİB

Gunaz.tv
«MOSSAD»a CASUSLUQDA GÜNAHLANDIRILAN İRAN VƏTƏNDAŞI EDAMA MƏHKUM EDİLİB İyunun 30-da dövlət təhlükəsizliyi xidməti - ETTELAAT Tehran İnqilab Məhkəməsinin İsrailin «Mossad» təşkilatına casusluqda günahlandırılan İran vətəndaşı Əli Əştərinin edama məhkum etdiyini açıqlayıb. «Media forum» saytının məlumatına görə, xəbəri jurnalistlərə ETTELAAT-ın Casusluqla Mübarizə İdarəsinin baş direktoru verib. İran xəbər agentlikləri 43 yaşı olan Ə.Əştərinin il yarım əvvəl həbs edildiyini yayıblar. «Fars» agentliyi onun İsrailin xeyrinə casusluq barədə etirafını dərc edib. Bildirilir ki, 17 il müddətinə paytaxt Tehranda, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində və adı çəkilməyən başqa bir xarici ölkədə ticarət şirkətinə rəhbərlik edən Ə.Əştəri İran rejiminin müxtəlif həssas strukturları ilə geniş əlaqələr yaradıbmış və həmin mərkəzlərdən əldə etdiyi informasiyaları xarici səfərlərində «Mossad» məmurlarına ötürürmüş. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar