SON XƏBƏRLƏR

Dünya bankı Azərbaycana 1,2 milyard dollar kredit ayırmaq istəyir

2021.10.20, 07:36
Dünya bankı Azərbaycana 1,2 milyard dollar kredit ayırmaq istəyir

Gunaz.tv
Dünya bankı Azərbaycana 1,2 milyard dollar kredit ayırmaq istəyir 20080630111646_1.jpg Dünya bankı 2007-2010-cu illər ərzində Azərbaycan hökumətinə 1,2 milyard dollar kredit ayırmaq istəyir. Bu barədə qurumun Bakı nümayəndəliyindən məlumat verilib. Verilən məlumata görə, bu məsələ Dünya Bankının Qafqaz və Orta Asiya regionu üzrə davamlı inkişaf sektorunun direktoru Piter Tompsonun yaxın günlərdə ölkəmizə baş tutacaq səfəri zamanı əsas müzakirə obyekti olacaq. Səfər çərçivəsində Piter Tompson Azərbaycanın bir sıra dövlət qurumlarında görüşlər keçirəcək. Aparılacaq danışıqlarda Dünya bankı ilə Azərbaycan arasında 2008-2010-cu illəri əhatə edəcək yeni əməkdaşlıq planı ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan başqa, bankın Azərbaycan nümayəndəliyindən bildirilib ki, 2007-2010-cu illər üçün Azərbaycan hökumətinə daha 1,2 milyard Amerika Birləşmiş Ştatları dolları həcmində vəsaitin ayrılması məsələsinə baxılacaq. Azərbaycan üçün əlavə vəsaitin ayrılmasına dair hesabat Dünya bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Kristian Pitersen tərəfindən hazırlanıb və 2006-cı ildə bank tərəfindən qəbul olunub. Hesabata Azərbaycan hökuməti üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin iki dəfə artırılaraq 2,4 milyard dollara çatdırılması məsələsi daxil edilib. İlkin dəyəri 1,2 milyard dollar olan bu strategiya 4 il üçün nəzərdə tutulsa da, Azərbaycanda həyata keçirilən layihələrin dəyəri sonradan artıb və strategiyanın icrasına növbəti iki ildə daha 1,2 milyard dolların ayrılması nəzərdə tutulub. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar