SON XƏBƏRLƏR

BMT Azərbaycanda məcburi köçkünlərə yardımı dayandırdı

2021.10.20, 07:36
BMT Azərbaycanda məcburi köçkünlərə yardımı dayandırdı

Gunaz.tv
BMT Azərbaycanda məcburi köçkünlərə yardımı dayandırdı 20080630151408_1.jpg Bu gündən etibarən BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycandakı qaçqın və məcburi köçkünlərə verdiyi ərzaq yardımını bütövlükdə dayandırır. Qaçqın və Məcburi köçkünlərin İşləri Dövlət Komitəsindən bildiriblər ki, bundan sonra məcburi köckünlərə ərzaq yardımını dövlət öz özərinə götürür. Artıq hökumət səviyyəsində aparılan danışıqlar da yekunlaşmaq üzrədir. Bundan sonra dövlət tərəfindən məcburi köçkünlərə veriləcək ərzaq yardımının həcmi və qida məhsullarının siyahısı yaxın günlərdə bəlli olacaq. Xatırladaq ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı 1994-cü ildən Azərbaycanda 70 mindən çox məcburi köçkünə ərzaq yardımı verirdi. Qırx gündən bir verilən yardım səbətinə adambaşına 12 kiloqram un, 900 qram şəkər tozu, 600 qram bitki yağı, 900 qram noxud və 150 qram yodlaşdırılmış duz daxil idi. yenisharq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar