SON XƏBƏRLƏR

Türkmənistanda prezidentin şərəfinə ən böyük bayraq ağacı qurulub

2021.10.20, 07:36
Türkmənistanda prezidentin şərəfinə ən böyük bayraq ağacı qurulub

Gunaz.tv
Türkmənistanda prezidentin şərəfinə ən böyük bayraq ağacı qurulub 20080630151632_1.jpg Aşqabadda Saparmurad Türkmənbaşı adına Milli muzeyin qarşısında dünyanın ən böyük bayraq ağacı qurulub. Türkiyə şirkəti tərəfindən Kopetdağ ətəyində qurulan bayraq ağacının hündürlüyü 133 metrdir. Dövlət bayrağının qaldırılması mərasimi iyunun 29-da – Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun ad günündə keçirilib. 52,5 metr uzunluğu, 35 metr eni olan bayrağın çəkisi 420 kiloqramdır. Dünyanın ən böyük bayrağı və ən hündür bayraq ağacı Ginnesin Rekordlar Kitabına salınacaq. Verilən məlumata görə, Ginnesin Rekordlar Kitabının vitse-prezidenti Qreyq Qlendey bu nailiyyəti təsdiq edən sertifikatı təqdim etmək üçün Türkmənistana səfər edib. Maraqlıdır ki, buna qədər rekord İordaniyaya məxsus olub. İordaniyadakı bayraq ağacının uzunluğu 132 metr təşkil edir. Lent.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar