SON XƏBƏRLƏR

ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib

2021.10.20, 07:36
ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib

Gunaz.tv
ABŞ İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirib ABŞ Konqresi prezident Corc Buşun xahişi ilə İrandakı hakim rejimi devirmək məqsədilə hərbi və kəşfiyyat əməliyyatları aparılması üçün 400 milyon dollar ayırıb. APA-nın məlumatına görə, bunu tanınmış amerikalı jurnalist, “The New Yorker” jurnalının əməkdaşı Seymur Herş yazıb. İnternetdə yayımlanan və jurnalın 7-14 iyul tarixli sayında dərc ediləcək yazı “Döyüş meydanının hazırlanması” adlanır. Məqalədə ABŞ xüsusi xidmət orqanlarının İranda sabitliyi pozmağa yönəlmiş təxribatçı fəaliyyətlərə başladığı, rejim əleyhdarı olan müxalifətçi, hətta terrorçu təşkilatları dəstəklədiyi bildirilir. ABŞ-dan dəstək alan qruplar arasında PKK terror təşkilatının İrandakı qolu olan PJAK, eləcə də “Xalqın Mücahidləri” təşkilatı və sünni ərəblərin “Cundullah” təşkilatı da var. Müəllifin fikrincə, son vaxtlar İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirən ABŞ qarşı tərəfi qeyri-adekvat cavab tədbirlərinə təhrik etmək, bununla da ölkəyə hərbi müdaxilə üçün əsas yaratmaq niyyətindədir. S. Herşin sözlərinə görə, prezident Buş və vitse-prezident Çeyni gələn il yanvarın 20-də öz səlahiyyətlərini yeni prezident və vitse-prezidentə təhvil verənə qədər İranın nüvə proqramı ilə bağlı problemi həll etmək istəyirlər. yenixeber

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar