SON XƏBƏRLƏR

“AKKORD” ERMƏNİLƏRİ İŞƏ GÖTÜRÜB

2021.10.20, 07:36
“AKKORD” ERMƏNİLƏRİ İŞƏ GÖTÜRÜB

Gunaz.tv
Tikinti şirkəti düşmən millətin nümayəndələrinə çörək verir Məsələnin üstü açılan kimi onlar dərhal ölkədən çıxarılıb Azərbaycan boşaldıqca ölkəyə kürdlər, çinlilər və başqa millətlər doluşur. Hakimiyyətin apardığı yarıtmaz iqtisadi-sosial siyasət nəticəsində soydaşlarımızın əcnəbi ölkələrə köçü davam edir. Maraqlıdır ki, Azərbaycan vətəndaşları öz yurdunda normal məvacibi olan iş yeri tapmadığı halda, əcnəbilər burada onları qane edən maaş ala bilirlər. Bəzən onlara ucuz işçi qüvvəsi deyilsə də, xaricilər heç də burada havayı işləmirlər. Sadəcə, əcnəbilərin bura hərəsi bir missiya ilə gəldiklərindən onları maddi tərəf o qədər də maraqlandırmır... Son vaxtlar Gürcüstan, Özbəkistan və Çin vətəndaşları Bakıda tikinti şirkətlərində çalışmağa daha çox meyl edirlər. Əgər onlar əvvəllər tikintidə gündə 5-10 manat civarında pula işləyirdilərsə, indi həmin göstərici 10-15 manata qədər yüksəlib. Bu yaxınlarda qəzetimizdə “Akkord” Şirkətlər Qrupunun sənədləri qaydasında olmayan 300 gürcünu işə cəlb etməsi barədə məlumat vermişdik. Sən demə, Azərbaycana Gürcüstan vətəndaşları adı altında gələnlərin heç də hamısı gürcü deyilmiş. “Akkord”da çalışan şəxslərdən birinin redaksiyamıza verdiyi məlumata görə, bu yaxınlarda “Akkord”da Gürcüstan vətəndaşı kimi işə düzələn 9 nəfərin erməni olması üzə çıxıb: “Bu faktı əslən Ermənistandan olan bir usta aşkarlayıb. Məsələ belə olub ki, ”Akkord" Bakı-Rostov yolunun Siyəzən, Dəvəçi və bu ətrafdakı rayonların ərazisindən keçən hissəsini yenidən qurmaq məqsədilə briqadalar yığıb. İşi vaxtında təhvil vermək üçün Gürcüstandan xeyli sayda işçi yolun tikintisinə cəlb olunub. Onların bir çoxu Gürcüstanda yaşayan soydaşlarımız, bir qismi isə gürcülərdir". Məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, briqadalardan birində çalışan əslən Ermənistandan olan bir azərbaycanlı (o, erməni dilini bilir - red.) istirahət vaxtı Gürcüstandan gələn adamların öz aralarında erməni dilində danışmalarının şahidi olub. Bu barədə dərhal tikinti şirkətinin rəhbərliyinə məlumat çatdırılıb və araşdırmalara başlanılıb. Bəlli olub ki, Bakı-Rostov yolunun qurulmasına cəlb edilən Gürcüstan vətəndaşlarının 9-u milliyyətcə ermənidir. Onlar “Akkord”a məxsus betonqarışdıran və yük avtomobillərinin sürücüləri olub. Ermənilərin pasportları araşdırılıb və bəlli olub ki, sənədləri saxtadır: “Bu, əlbəttə ki, olduqca biabırçı faktdır. Ona görə də məsələni böyütmədilər, sakitcə hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə həmin erməniləri saxta pasportla vətəndaşı olduqları Gürcüstana keçiriblər. Və bu barədə Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib. Azərbaycanda isə məsələ ilə bağlı heç bir cinayət işi başlamayıb”. Məlumatı qəzet çapa gedən ərəfədə aldığımızdan məsələ ilə əlaqədar “Akkord” Şirkətlər Qrupunun mətbuat xidməti ilə əlaqə saxlaya bilmədik. Şirkətin mövqeyini dərc etməyə hazırıq. Maqsud MAHRIZLI

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar