SON XƏBƏRLƏR

İRANDA DƏRVİŞLƏRƏ SİLAHLI HÜCUM

2021.10.20, 07:36
İRANDA DƏRVİŞLƏRƏ SİLAHLI HÜCUM

Gunaz.tv
İRANDA DƏRVİŞLƏRƏ SİLAHLI HÜCUM İran mənbələrinin iyunun 27-də yaydığı xəbərə görə, Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində Qonabad Nemətullahi dərvişlərinin hüseyniyyəsinə silahlı hücum olub. Məlumata görə, mülki geyimli ETTELAAT əməkdaşları su idarəsi məmurları adı altında dərvişlərin hüseyniyyəsinə daxil olaraq hüseyniyyəni yandırıb və ibadətlə məşğul olan bir neçə dərvişi bıçaqlayıblar. Yaralılar xəstəxanaya aparılıb. Qonabadın Nemətullahi dərvişləri hazırda Tehranda yaşayan və Məczubəli Şah ləqəbi ilə tanınan Nur Əli Tabəndənin tərəfdarlarıdır. Nemətullahi sülaləsinin kökü 15-ci əsrdə yaşamış və Kirmanın Mahan bölgəsində dəfn edilmiş məşhur arif Şah Nemətullah Vəliyə gedir. Siyasi ekspertlərin fikrincə, Qonabad dərvişləri islamın başqa bir formasını təbliğ etdikləri üçün hökumət onları özü üçün rəqib və potensial təhlükə sayır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar