SON XƏBƏRLƏR

Azərbaycan, Gürcüstan və Türkiyə vahid elektrik enerjisi şəbəkəsi qurmaq istəyirlər

2021.10.20, 07:36
Azərbaycan, Gürcüstan və Türkiyə vahid elektrik enerjisi şəbəkəsi qurmaq istəyirlər

Gunaz.tv
Azərbaycan, Gürcüstan və Türkiyə vahid elektrik enerjisi şəbəkəsi qurmaq istəyirlər 31.jpg Azərbaycanın ümumi generasiya gücü 5500 MVt təşkil edir. Yaxın vaxtlarda Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik enerjisi mübadiləsinin aparılmasını təmin etmək üçün müvafiq infrastrukturun yaradılmasına dair üçtərəfli müzakirələrin başlanması gözlənilir. Bu barədə hökumətdən məlumat verilib. Artıq bu yaxınlarda Gürcüstan tərəfi Azərbaycanla Gürcüstan arasında 200 km-dən artıq yüksəkgərginlikli elektrik verilişi xəttinin tikintisi (Azərbaycan ərazisində 100 km-ə yaxın xətt bərpa olunmalıdır) ilə bağlı müraciət edib və öz ərazisində tikinti işlərinə başlamaq niyyətində olduğunu bəyan edib. Azərbaycan hökuməti hesab edir ki, yüksəkgərginlikli elektrik verilişi xətlərinin tikintisi və bərpasına dövlətlərarası üçtərəfli müzakirələrdən sonra qərar verilməlidir. Öncə bu layihənin iqtisadi səmərəliliyi nəzərə alınmalıdır. Qeyd edək ki, ötən əsrin 90-cı illərində Azərbaycan ərazisində Gürcüstanla dövlət sərhədi yaxınlığında 90 km-dən artıq 300 kV-luq elektrik verilişi xətti sökülərək dağıdılıb. Azərbaycan-Gürcüstan-Türkiyə elektrik verilişi infrastrukturunun yaradılması nəticəsində Azərbaycanın istehsal etdiyi elektrik enerjisi Türkiyə və Avropaya ixrac olunacaq. Qeyd edək ki, Azərbaycanın ümumi generasiya gücü 5500 MVt təşkil edir. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar