SON XƏBƏRLƏR

“Ev” filmi Avstraliya festivalında xüsusi mükafata layiq görülüb

2021.10.20, 07:36
“Ev” filmi Avstraliya festivalında xüsusi mükafata layiq görülüb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda çəkilən “Ev” filmi “Avstraliya İran Filmləri Festivalı”nda xüsusi mükafata layiq görülüb.

 

7-ci Avstraliya İran Filmləri Festivalı 2017-ci ildə oktyabrın 26-dan noyabrın 19-dək Avstraliyanın 6 şəhərində keçirilib.

 

Məlumata görə, Avstraliyanın Tehrandakı səfirliyində mərasim təşkil olunaraq keçirilən festivalın qaliblərinə mükafat təqdim olunub.

 

Bir çox kinoçu və incəsənət xadiminin qatıldığı mərasimdə festivalın xüsusi mükafatı Azərbaycan türkcəsində olan “Ev” filminə verilib.

 

Avstraliya İran Filmləri Festivalı müstəqil bir qurum kimi fəaliyyət göstərir. Armin Miladi və An Demi-Qrou tərəfindən idarə olunan qurum 2010-cu ildə Avstraliyada təsis olunub.

 

Əsğər Yusifinejadın rejissorluğu və ssenari müəllifliyi ilə hazırlanan “Ev” filmi Azərbaycan tükcəsində olan ilk məşhur filmdir. Filmin bütün səhnələri Təbriz şəhəri və Şərqi Azərbaycan Əyalətindən çəkilib.

 

Ev filmi Təbrizli bir ailənin ağsaqqalının ölməsi mövzusu haqda ssenaridi. Bir kişi dünyasını dəyişir. Ölməmişdən əvvəl onun meyitinin universitetin tibbi araşdırmalarına verilməsini vəsiyyət etsədə onun Sayə adlı qızı bununla razılaşmır... .

 

“Ev” filmi ötən il aprelin 21-dən 28-dək Tehranda keçirilən 35-ci Beynəlxalq Fəcr Film Festivalında da “ilin ən yaxşı filmi” adına layiq görülərək mükafat qazanmışdır. Fəcr Film Festivalında Rusiya, Fransa, Almaniya, Yaponiya, İsveç (Sued), Misir, Bolqarıstan, Polşa (Ləhistan), Azərbaycan və s. kimi ölkələrdən filmlər nümayiş etdirilmişdir.

 

N.S

 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar