SON XƏBƏRLƏR

İranın Kərəc şəhərində daha 2 nəfər dara çəkilib

2021.10.20, 07:36
İranın Kərəc şəhərində daha 2 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranda qətldə və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan daha 2 nəfər edam edilib.

 

İranlı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, müttəhimlərdən biri (Muctaba Əsədi) qətldə, Əfqanıstan vətəndaşı olduğu təxmin edilən digər müttəhim (54 yaşlı Vəhidulla Loqmani) isə narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinib. Hər iki müttəhim, avqustun 29-u sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.

 

Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar