SON XƏBƏRLƏR

“Commercial Aircraft China” şirkəti: “İrana təyyarə satmaq niyyətində deyilik”

2021.10.20, 07:36
 “Commercial Aircraft China” şirkəti: “İrana təyyarə satmaq niyyətində deyilik”

Gunaz.tv

GünAzTV: Çin dövlət aviasiya şirkətlərindən biri olan “Commercial Aircraft China” şirkəti İrana sərnişin təyyarələrinin satışı ilə bağlı ehtimalları rədd edib. Bu barədə, “Röyter” agentliyi noyabrın 9-da məlumat yayıb. 

 

Bildirilir ki, aviasiya sənayesi ilə bağlı Çində keçirilən bir sərgidə jurnalistlərə açıqlama verən “Commercial Aircraft China” şirkətinin rəhbəri Jao Yuranq İrana sərnişin təyyarələrinin mümkün satışını rədd edrək deyib ki, bu şirkət Amerikanın İrana qarşı sanksiyalarına riayət edəcək: “Yox, biz bunu edə bilməyəcəyik. Biz, İrana sərnişin təyyarələri satmaq niyyətində deyilik”.

 

 Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə amçıqlamasında bildirib ki, sanksiyaların yeni mərhələsində İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adları, Amerikanın Tehrana qarşı sanksiyalar siyahısına salınıb.

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar