SON XƏBƏRLƏR

Qırğızıstanın Talas şəhəri 2028-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olacaq

2026.11.29, 20:37
Qırğızıstanın Talas şəhəri 2028-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olacaq

Gunaz.tv

Qırğızıstanın Talas şəhəri 2028-ci il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Bundan əlavə, 2028-ci ilin Türk dünyasında “Çingiz Aytmatov ili” elan edilməsi qərara alınıb.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev bildirib ki, bu qərarlar Özbəkistanın Əndican şəhərində keçirilən təşkilatın Daimi Şurasının 43-cü iclasında qəbul edilib.

2028-ci ildə əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 100 illiyi qeyd ediləcək.

Qeyd edək ki, TÜRKSOY-un Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan nümayəndələrinin iştirakı ilə keçirilən yüksək vəzifəli şəxslər komitəsinin 8-ci iclasında mədəni və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar