SON XƏBƏRLƏR

İranda məktəb direktoru ilə mübahisədən sonra 16 yaşlı şagird həyatını itirib

2026.11.29, 10:35
İranda məktəb direktoru ilə mübahisədən sonra 16 yaşlı şagird həyatını itirib

Müəllimlərin Həmkarlar İttifaqlarının Koordinasiya Şurası hadisənin müstəqil şəkildə araşdırılmasını tələb edib.

Gunaz.tv

İran Müəllimlərinin Həmkarlar İttifaqlarının Koordinasiya Şurası şənbə günü, Azərin 7-də məlumat yayıb ki, Məhəddəsə Nəbati adlı şagird məktəb direktorunun otağına çağırıldıqdan və onunla mübahisə etdikdən sonra intihara cəhd edib. O, bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra həyatını itirib.

16 yaşlı Məhəddəsə Nəbati Kərəc yaxınlığındakı Məlard şəhərində yerləşən “Fərzanegan” istedadlı şagirdlər liseyinin 10-cu sinfində təhsil alırdı.

Şuranın məlumatına görə, Kərəc prokurorluğu hadisə ilə bağlı işə müdaxilə edib, lakin araşdırmanın gedişi barədə indiyədək aydın məlumat açıqlanmayıb.

Müəllimlərin Həmkarlar İttifaqlarının Koordinasiya Şurası hadisənin bütün tərəflərinin, o cümlədən məktəb direktorunun şagirdlə davranışının və mümkün psixoloji təzyiqlərin onun intihara cəhdində rolunun təcili və müstəqil şəkildə araşdırılmasını tələb edib.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar