SON XƏBƏRLƏR

İran parlamentinin deputatı: İraqa sanksiyalardan yayınma yollarını öyrətməyə hazırıq

2026.11.29, 17:32
İran parlamentinin deputatı: İraqa sanksiyalardan yayınma yollarını öyrətməyə hazırıq

Gunaz.tv

İran parlamentinin deputatı Həsənəli Əxlaqi Əmiri “Didəban-e İran” nəşrinə müsahibəsində İranın quru yolla mühasirəyə alınması və sərhədlərin bağlanmasına münasibət bildirərək deyib: “Biz İraq hökumətinə sanksiyalardan yayınma yollarını öyrətməyə hazırıq”.

Deputat Azərin 8-də İraq hökumətini ABŞ-nin siyasətləri ilə həmrəy olmaq barədə xəbərdar edərək bildirib ki, ABŞ sonda regiondan gedəcək, lakin İran və İraq burada qalacaq.

Əxlaqi Əmiri, həmçinin İranın qonşu ölkələrlə quru sərhədlər vasitəsilə əlaqələrinin davam etdiyini iddia edib. Onun sözlərinə görə, bu ölkələr ABŞ-dən qorxduqları üçün yalnız zahirən sərhədlərin bağlandığını göstərirlər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar