SON XƏBƏRLƏR

Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib

2026.11.29, 18:46
Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib

Pakistan Səudiyyə Ərəbistanına hərbi qüvvə göndərib.

Gunaz.tv

Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, hərbi kontingentin göndərilməsi iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlıq və qardaşlıq əlaqələrinə əsaslanan Pakistanın Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini əks etdirir: “Pakistan Krallığın təhlükəsizliyinin və Harameyn Şərifeynin (Məkkə və Mədinədə yerləşən müqəddəs məscidlərin) toxunulmazlığının qorunmasına sadiqliyini qətiyyətlə davam etdirir. Hərbi qulluqçular razılaşdırılmış öhdəliklər və müdafiə sahəsində əməkdaşlığın müəyyən edilmiş çərçivəsi daxilində Səudiyyə Ərəbistanının ərazisində onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcəklər. Bu hərbi yerləşdirmə yaranmaqda olan təhlükəsizlik narahatlıqları fonunda Krallığın müdafiə imkanlarının daha da gücləndirilməsinə töhfə verəcək. Bu, Pakistan və Səudiyyə Ərəbistanı arasında davamlı qardaşlıq, qarşılıqlı etimad və strateji əməkdaşlıq əlaqələrini, eləcə də Pakistanın Krallığın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında onun yanında olmaq əzmini bir daha nümayiş etdirib”.

Xatırladaq ki, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə avqust ayında saziş imzalayıb. Üç ölkə hücuma məruz qalacaqları təqdirdə bir-birinə yardım göstərməyi öhdələrinə götürüblər. Alyansın fəaliyyətini əlaqələndirmək məqsədilə Ər-Riyadda daimi katiblik yaradılıb. Pakistan Ordusunun istefada olan general-leytenantı Numan Mahmud üç il müddətinə qurumun ilk baş katibi təyin edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar