SON XƏBƏRLƏR

Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər

2026.11.28, 12:50
Pompeo: Təzyiqlər davam edərsə, İran rejimi bir neçə ay ərzində süqut edə bilər

Tehrana qarşı təzyiqlər davam etdirilərsə, İran İslam Respublikası bir neçə ay ərzində süqut edə bilər.

Gunaz.tv

Bunu ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Al Arabiya English”ə müsahibəsində bildirib.

“Təzyiqlərimizi daha da artırmağa davam etsək, yəni Səudiyyə Ərəbistanına, BƏƏ-yə, Qətərə və digər ölkələrə özlərini müdafiə etməkdə kömək etsək, həmçinin İranın Hörmüz boğazında minalar yerləşdirmək, ballistik raketlər və pilotsuz uçuş aparatları buraxmaq imkanlarını aradan qaldırmaq üçün lazımi addımları atsaq, o zaman söhbət illərdən, bəlkə də aylardan gedə bilər.” - deyə o bildirib.

O, sanksiyaların ləğv edilməsinin və Tehranın Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamasına icazə verilməsinin İran İslam Respublikasının hakimiyyətdə daha bir nəsil qalmasına şərait yarada biləcəyi barədə xəbərdarlıq edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar