SON XƏBƏRLƏR

İranda dərman çatışmazlığı problemi yaşanır

2021.10.20, 07:36
İranda dərman çatışmazlığı problemi yaşanır

Gunaz.tv

GünAz TV: İran son aylar ərzində dərman çatışmazlığı problemi ilə üzləşib.  

 

Məsələ ilə bağlı yerli media orqanları ilə danışan İran Dərman İstehsalçıları Birliyinin sədri Məhəmmədrza Dorri bildirib ki, apteklər yalnız 2-3 aylıq dərman tədarük görə bilirlər. Onun sözlərinə görə, ölkədə infilyasiyanın kəskin yüksək olması, iqtisadi çətinliklər və bu kimi digər səbəblər üzündən, bəzi dərmanların idxalında problemlər yaranıb.

 

Baxmayaraq ki, Amerika Birləşmiş Ştatları İranın dərman və tibbi ləvazimatlar sektorlarına qarşı sanksiyalar qəbul etməyib, lakin hazırda ölkədə dərman çatışmazlığı və yüksək qiymətlər bu sahədə əsas problemlərdən biridir. İran rəsmiləri bildirir ki, dərman qaçaqmalçılığı bu problemin əsas səbəbidir. İran Qida və Dərman Təşkilatının verdiyi rəsmi məlumatlarda ölkədə dərman qiymətlərinin 9%-dən 20%-ə qədər qalxdığı bildirilir.

 

Ölkədə dərman çatışmazlığına rəğmən, İran bu il “Ərbəin” mərasimində İraqa 200 tondan çox dərman və tibbi ləvazimat göndərib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar