SON XƏBƏRLƏR

İranın “Vəqflər və Xeyriyyə Təşkilatı”nın 3 ruhanisi həbs edilib

2021.10.20, 07:36
İranın “Vəqflər və Xeyriyyə Təşkilatı”nın 3 ruhanisi həbs edilib

Gunaz.tv

GünAz TV: Ləvasan şəhərinin imam cüməsi Səid Ləvasani fevralın 20-də “Vəqflər və Xeyriyyə Təşkilatı”nın Şəmiranat və Tehran üzrə şöbələrinin əməkdaşları olan 3 ruhaninin həbs edildiyini bildirib.

 

Onun sözlərinə görə, bu ruhanilər qanunsuz olaraq torpaqları zəbt etmə və öz vəzifə səlahiyyətlərdən sui-istifadə etdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən həbs ediliblər. Hazırda onların əməlləri üzrə cinayət işi başladılıb və təhqiqatlar davam edir.

 

Qeyd etmək lazımdır ki, “Vəqflər və Xeyriyyə Təşkilatı” tez- tez adı rüşvətxorluqda və qanunsuz əməllərdə hallanan təşkilatdır.

 

Məlumatlarda fevralın 17-də bu Təşkilatın Tehran şöbəsinin rəhbəri Qulamrza Məhəmmədzadənin də təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi qeyd edilir. Hələ ki, onun həbsinin səbəbi məlum olmasa da, böyük ehtimalla bu ruhani də rüşvətxorluq və qanunsuz olaraq torpaq zəbt etmə ittihamlarına görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Digər tərəfdən, məsuliyyətə cəlb edilən 3 ruhanidən birinin “Vəqflər və Xeyriyyə Təşkilatı”nın Ləvasanat və Rudbare Qəsran bölgələri üzrə şöbəsinin rəhbəri Mehdi Zeynəlinin olduğu deyilir. Lakin hələ ki, heç bir rəsmi orqan bu şəxslərin adlarını dəqiq olaraq açıqlamayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar