SON XƏBƏRLƏR

Məşhəddə 2 polis əməkdaşı qətlə yetirilib

2021.10.20, 07:36
Məşhəddə 2 polis əməkdaşı qətlə yetirilib

Gunaz.tv

GünazTV: İranın Məşhəd şəhərində 2 polis əməkdaşı qətlə yetirilib. Hadisə martın 21-də Novruz bayramının ilk günündə baş verib.

 

Yayılan məlumata əsasən, bir ailədə ər və arvad arasında ixtilaf baş verdiyi, ərin öz arvadını isti silahla təhdid etdməsi barədə hüquq-mühafizə qüvvələrinə məlumat daxil olduqdan sonra iki polis əməkdaşı hadisə yerinə yollanıb. Lakin polislərin gəlişini görən ər özündən çıxaraq, əlindəki tapançadan əvvəlcə həyat yoldaşına, sonra isə 2 polis əməkdaşına atəş açıb. Hər üç şəxs aldıqları güllə yarasından yerindəcə həlak olublar. Adı mediaya açıqlanmayan qatil, daha sonra özünə qəsd edərək həyatına son qoyub.

 

Ailədaxili ixtilafın səbəbləri və hadisənin təfərrüatı, eləcə də öldürülən polis əməkdaşlarının adları mediaya açıqlanmayıb. Polis, dəhşətli qətl olayının səbəblərini araşdırır. 

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar