SON XƏBƏRLƏR

Erməni ordusu 664 dəfə atəşkəsi pozub

2021.10.20, 07:36
Erməni ordusu 664 dəfə atəşkəsi pozub

Gunaz.tv

GünAz TV: Bu il Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu, 4 mülki sakin şəhid olub, 21 nəfər isə yaralanıb.

Bu ilin oktyabr (October) ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 64 dəfə pozulub. APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin (izləmə, nəzarət) nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub, 2 hərbçi və 1 mülki sakin yaralanıb.

Oktyabr ayında atəşkəsin ən çox pozulmasına dair fakt cəbhə xəttinin Füzuli rayonun (şəhər, məntəqə) istiqamətində qeydə alınıb. Ermənistan Ordusunun bölmələri bu istiqamətdə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini 18 dəfə atəşə tutub. Atışma bir çox halda 35-50 dəqiqə intervalında (fasilə) davam edib.

Qarabağ cəbhəsində digər istiqamətlər üzrə - Ağdam istiqamətində atəşkəsin pozulmasına dair 8, Goranboyda 7, Cəbrayılda 7, Xocavənddə 6, Tərtər istiqamətində isə 4 fakt (gərçək) qeydə alınıb.

Atəşkəs rejiminin pozulması Ermənistan-Azərbaycan dövlət sərhədində də qeydə alınıb. Belə ki, qarşı tərəf Ermənistan Respublikasından (cümhuriyyət) və Qazax rayonunun işğal olunmuş ərazilərindəki mövqelərindən Azərbaycanın üzbəüz kəndlərini və Azərbaycan Ordusunun bu istiqamətdəki mövqelərini atəşə tutub. Ötən ay Qazax rayonu istiqamətində atəşkəs 5, Gədəbəy rayonu istiqamətində 5, Tovuz rayonu istiqamətində isə 4 dəfə pozulub.

Qeyd edək ki, monitorinqin nəticələrinə görə, 2011-ci ilin yanvar-oktyabr (January-October) aylarında (10 ay ərzində) Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində və dövlət sərhədində atəşkəs rejimi 664 dəfə (yanvar ayında 24, fevralda (February) 56, martda (March) 80, apreldə 36, mayda (May) 80, iyunda (June) 69, iyulda (July) 68, avqustda 69 dəfə, sentyabrda (September) 119 dəfə, oktyabrda 64 dəfə) pozulub. Ümumilikdə, 2011-ci ilin ötən dövründə Ermənistan Ordusu tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbi qulluqçusu, 4 mülki sakin (2 uşaq və bir sakin minaya düşərək) şəhid olub, 21 nəfər isə (4 mülki sakin, biri minaya düşərək) yaralanıb.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar