Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
GünAz TV: Son bir ayda İranla Səudiyyə krallığı (padşahlığı) arasında gərginlik bir qədər də artıb. Bunun səbəblərindən biri Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil əl-Cəbiriyə sui-qəsddə «İran izi» olması ilə bağlı ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) irəli sürdüyü ittihamdır.
Belə bir durumda Səudiyyə kralı (padşahı) Abdulla İslam Respublikasının (Cümhuriyyət) prezidenti Mahmud Əhmədinejadı Həcc ziyarəti ilə bağlı arzusunu gerçəkləşdirmək üçün ölkəsinə dəvət edib.
İran prezidenti Mahmud Əhmədinejad artıq dəvəti qəbul edib və gələn həftə Səudiyyə Ərəbistanına gedəcək. Yada salaq ki, İran prezidenti Həcc ziyarətinə getmək istədiyini, ancaq bunun üçün Səudiyyə kralından dəvət gözlədiyini bəyan etmişdi. İran prezidentinin KİV-lə (kütləvi informasiya vasitələri) əlaqələr üzrə müşaviri Ələkbər Cavafikir bildirib ki, kral Abdullanın bir dövlət rəhbərini Həcc ziyarətinə dəvət etməsi ilk hadisədir: «Bu, iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ olacaq».
Elə bu ziyarət ərəfəsində İranın neft naziri Rüstəm Qasimi bildirib ki, OPEK-də Səudiyyə Ərəbistanı ilə ölkəsi arasında neft hasilatına dair fikir ayrılığı yoxdur: «Biz istehsalatın səviyyəsini cari ilin dekabrına (December), sessiyayadək (cələsə) saxlamağı qərarlaşdırmışıq».
Ancaq bu ziyarət dəvətinədək Səudiyyə krallığı İranı ölkənin şiə azlığı yaşayan bölgəsində qarışıqlıq yaratmaqda ittiham edirdi. Onda etirazçıların asayiş keşikçilərinə odlu silahdan atəş açdığı, nəticədə 14 nəfərin – 11 polisin, üç mülki vətəndaşını xəsarət aldığı barədə xəbər yayılmışdı.
Krallığın məsələ ilə bağlı yaydığı bəyanatda baş verən olayda «xarici dövlət» ittiham olunurdu. Bununla krallığın əslində İran hakimiyyətini nəzərdə tutduğu da sirr deyil. Çünki ötən il körfəzdəki ərəb dövlətləri Tehranın bölgədə oynadığı dağıdıcı rolu haqda dəfələrlə bəyanat vermişdi.
Bundan başqa, İranın din xadimləri müntəzəm olaraq, çıxışlarında krallığı sünni-şiə qarşıdurması yaratmaqda da suçlayırlar.
Ötən ay İslam Respublikasının xarici işlər naziri Ələkbər Salehi Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Sultan bin-Əbdüləzizin dəfn mərasiminə qatılmaq üçün Ər-Riyada səfər etmişdi. O, krallıq baş nazirinin ikinci müavini və daxili işlər naziri Naif bin-Əbdüləzizlə görüşərək, prezident Mahmud Əhmədinejadın başsağlığını onlara çatdırıb.
Yeri gəlmişkən, xatırladaq ki, hələ bu ilin mayında Ə.Salehinin Səudiyyəyə gedəcəyi haqda xəbər yayılmışdı. Həmin məlumatı onda İranın Xarici İşlər Nazirliyi təkzib edərək, bildirmişdi: «İndiki şəraitdə xarici işlər nazirinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılmır (tərhini tökür)».
Bununla yanaşı, nazirliyin təmsilçisi bəyan etmişdi ki, ölkəsi bölgədəki bütün dövlətlərlə münasibətlərin inkişafında maraqlıdır.
İki dövlət arasında münasibət elə həcc ziyarəti zamanı baş verən olaydan sonra pozulmağa başlayıb. 1987-ci ildə İslam Respublikasından olan zəvvarlarla yerli polis arasında baş vermiş toqquşma zamanı onlarla iranlı həlak olmuşdu.
2009-cu ildəki ziyarət zamanı da iranlı zəvvarlar Ərəfat dağı ətrafında ABŞ və İsrailə qarşı siyasi aksiya (yürüş) keçirmişdilər.
Əslində İran-İraq müharibəsi zamanı da ərəblər Tehranın hərəkətinə etiraz edirdi. Bütövlükdə Səudiyyə Ərəbistanı İranın bölgədə hegemonluq iddiasını yaxşı başa düşdüyündən ona qarşı soyuq münasibət bəsləməkdədir. Bundan başqa, İslam Respublikası Səudiyyə Ərəbistanının ABŞ-la müttəfiqliyini də qəbul edə bilmir. Ayətullah Xomeyni İraqla savaş zamanı bəyan etmişdi ki, Nəcəf və Kərbəlanın (hər iki şəhər şiələr üçün müqəddəs sayılır, birincidə İmam Əlinin, ikincidə isə İmam Hüseynin məzarı yerləşir) azad etdikdən sonra Məkkə və Mədinəni də (hər ikisi Səudiyyə Ərəbistanında yerləşir) «kafirlərdən» qurtaracaq. İslam Respublikasının lideri onu da bildirmişdi ki, hətta İsraillə belə nə vaxtsa əlaqələr qurula bilər, ancaq Səudiyyə krallığı ilə heç zaman münasibət qurmayacaqlar.
Ancaq bütün məsələlərdə olduğu kimi, bu dövlətlər arasındakı münasibətin də zamana ehtiyacı olduğu sirr deyil.
Krallıqla Tehran arasında münasibət inqilabdan sonra ilk dəfə Məhəmməd Xatəminin prezidentliyi dövründə yaranmışdı.
Müsəlman dünyasında bir adət də var. Yası düşən qapıya başsağlığı vermək üçün qan düşməni gələrsə, o, bağışlanır. Görünür, vəliəhdin dəfnində Ə.Salehinin iştirakına cavab olaraq, kral Əhmədinejadın hacı olmaq istəyini gerçəkləşdirmək üçün onu ölkəsinə dəvət edib.
Bölgədə baş verənlər, krallığın Bəhreyndə monarxı (səltənət), Tehranın isə etirazçıları müdafiəsi, habelə Suriyada da bu rejimlərin fərqli mövqedən çıxış etməsi və başqa bu sayaq davranışların tərəflərə xeyirdən daha çox ziyan gətirəcəyini Səudiyyə Ərəbistanı və İslam Respublikası, güman ki, yaxşı başa düşürlər. Özəlliklə, Liviyada (Libi) baş verənlər hər iki diktatura rejimi üçün ciddi siqnal ola bilər. Çünki Afrikanın Şimalındakı olaylardan yalnız Liviyadakı rejimin devrilməsinə xarici hərbi müdaxilə tətbiq edildi. Bu fakt, fikrimizcə, bir çoxlarına əyani dərsdir. Bu baxımdan, onu da ehtimal etmək olar ki, islah olunmasına ciddi ehtiyac olan bölgə dövlətləri həmin prosesi (sürəc) biri-birinə yardım etməklə apara bilər. Bu halda, heç olmazsa, dövlətləri Liviyanın gününə düşməz…
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir