Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdə Patriot-lar yerləşdirir
Almaniyada İŞİD-çi saxlanılıb
Ərdəbilli qadın fəala həbs və şallaq cəzası verildi
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda azlıqlara qarşı ayrı-seçkilik məhkəmə sistemində də yayılıb - Sato
GünAz TV: Dünən Bakıda Türkdilli Ölkələrin və toplumların II Media Forumu keçirilib. Forumda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov növbəti forumun əhəmiyyətli olacağına inandığını vurğulayıb.
GünAz TV: Dünən Bakıda Türkdilli Ölkələrin və toplumların II Media Forumu keçirilib. “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, KKTC və digər ölkələrin nümayəndələri iştirak edib.
Forumda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov növbəti forumun əhəmiyyətli olacağına inandığını vurğulayıb. O, Azərbaycan prezidentinin forumun yüksək səviyyədə keçməsinə dəstək verdiyini bildirib.
Prezident Administrasiyasının (nəhade riyasəte cümhuri) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan prezidenti İlham Əliyevin Foruma ünvanladığı təbrik məktubunu oxuyub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu isə Başbakanlıq Basın Yayın İnformasiya genel müdiri Murat Karakaya tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Forumda “Azərbaycanın dövlət siyasəti və media: Türkdilli ölkə və toplumlarla əməkdaşlıqda başlıca prioritetlər (öncəliklər)” mövzusunda çıxış edən Əli Həsənov bildirib ki, Türkdilli dövlətlər digər sahələrdə güclü əməkdaşlıq etsə də, media sahəsində əməkdaşlıqda gecikiblər. Ə.Həsənov deyib ki, Azərbaycan müstəqilliyinin ilk illərindən torpaqlarının işğalı faktı ilə üzləşib və belə bir problemini dünyaya lazımınca çatdıra bilməyib: “Bir ovuc erməninin əlində 70 milyonluq türk az qala aciz qalıb. Ermənilər qondarma iddia ilə Türkiyəni dünyanın gözündən salmaq istəyirlər”.
PA şöbə müdiri türkdilli ölkələrin birgə media quruluşunun yaradılmasının vacibliyini vurğulayıb: “Dünyanın informasiya siyasəti bəlli çevrənin əlində birləşib. Bizim hər birimiz bir dinin, bir soyun, bir regionun təmsilçiləriyik, bir mədəniyyətin daşıyıcılarıyıq. Amma görün, dünyada İslamı nə qədər biabır edirlər? İslamı terrorla eyniləşdirirlər. Bizim bir müsəlman, türk təəssübkeşliyimiz olmalıdır”.
Türkdilli Ölkələrin II Media Forumu çıxışlarla davam etdirilib. Professor Şirməmməd Hüseynov Məhəmməd Əmin Rəsulzadənin sözlərini xatırladaraq deyib ki, türklər tarixi yaradanlardır, yazanlar deyil: “İndi bizim medianın üzərinə tarixi yazmaq, yaşatmaq vəzifəsi düşür”. Hazırda dünyada 7 türk dövlətinin olduğunu xatırladan alim hesab edir ki, XXI əsrin sonuna qədər türk dövlətlərinin sayı 20-yə çatacaq.
Kosovodan gəlmiş forum iştirakçısı Raif Kırkul bildirib ki, Kosovoda əhalinin 10 faizini türklər, 80 faizini isə albanlar təşkil edir: “Buna baxmayaraq, türk dili bizim ölkədə çox geniş yayılıb. Kosovonun Azərbaycan tərəfindən tanınmamasına rəğmən, mən Kosovo pasportu ilə Bakı hava limanına qədər gəldim. Düşündüm ki, hətta Bakı hava limanından geri qayıtsam da, eybi yoxdur, əsas odur bura gəlmişəm. Lakin buna baxmayaraq, mən dəvət olunduğum konfransda iştirak edirəm”.
Tədbirdə çıxış edənlər ortaq türk kanalının yaradılması təklifi ilə çıxış ediblər. Qazaxıstan nümayəndə heyəti növbəti forumun Qazaxıstanda keçirilməsi təklifini irəli sürüb.
Millət vəkili Sabir Rüstəmxanlı isə ortaq türk dilinin yaradılması təklifi ilə çıxış edib. S.Rüstəmxanlı deyib ki, müasir dünyada türk dünyası bütün sahələrdə birgə mübarizə aparmalıdır: “Hazırda ortaq informasiya birliyinin olmaması türk dövlətlərində mövcud problemlərin işıqlandırılmasına mane olur. Yalnız TRT Avaz kanalı bu mənada müəyyən işlər görür”. S.Rüstəmxanlı türkdilli dövlətlərin, toplumların ortaq dilinin yaradılmasının vacib olduğunu bildirib.
Daha sonra Forum çərçivəsində “Türkdilli ölkə və toplumlarda sosial media: yeni baxış bucağı birləşdirici faktor kimi”, “Türkdilli ölkə və toplumların mediası qlobal informasiya məkanına inteqrasiyada (idğam) birləşdirici faktor kimi” mövzularında panellər keçirilib.
Forumun sonunda Türkdilli Ölkələrin və toplumların Media Platforması yaradılıb. Platformanın tərkibi Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan və Türkmənistan kimi türkdilli ölkələrlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan türk toplumlarının mətbuatla əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də yazılı media mənsublarından ibarətdir.
Platformanın katiblik fəaliyyətinin həyata keçirildiyi Baş Katiblik Ankaradır. Üzv dövlətlərlə əlaqələr də məhz Baş Katiblik tərəfindən nizamlanır. Platforma Türkdilli Ölkələr və topluluqların Media Forumunu mütəmadi olaraq hər il müəyyən edilən ölkədə keçirilməsini təmin etməlidir. Türkdilli Ölkələrin və toplumların Media Platformasının Koordinasiya (əlaqələndirici) Şurası (KŞ) sədr, baş katib, ölkə və ya topluluqların komitə sədrlərindən formalaşır. Sədr ənənəvi olaraq KŞ üzvləri arasından seçilir. KŞ ildə ən azı bir dəfə toplanaraq, gündəmdə olan məsələləri müzakirə etməli və səs çoxluğu ilə qərarlar çıxarmalıdır. Platforma tərəfindən təşkil edilməsi nəzərdə tutulan kurs, seminar, toplantı və bu kimi tədbirlər ev sahibi olan qurum və ya quruluşların maliyyə dəstəyi ilə həyata keçirilir. Platformanın veb-saytı da yaradılacaq.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkdilli Ölkələrin və toplumların Media Platformasının Koordinasiya Şurasının rəhbəri seçilib. Ə.Amaşovun həm də Platformanın Azərbaycan Milli Komitəsinə rəhbərlik etməsinə qərar verilib. Milli Komitənin üzvləri də müəyyənləşdirilib: Hikmət Babaoğlu (“Yeni Azərbaycan” qəzeti), Aslan Aslanov (“Azərtac” Dövlət Agentliyi), Vüsalə Mahirqızı (APA İnformasiya Agentliyi), Vüqar Rəhimzadə (“İki Sahil” qəzeti), Rauf Arifoğlu (“Yeni müsavat” qəzeti), İlqar Hüseynov (“Trend” İnformasiya Agentliyi), Əflatun Amaşov (Mətbuat Şurası), Vüqar Səfərov (KİVDF), Elçin Şıxlı (Azərbaycan Jurnalistlər Birliyi).
Qeyd edək ki, Platformanın yaradılması mərasimində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iştirak edib. Ə.Həsənəv bildirib ki, Türkdilli Ölkələrin və toplumların Media Platforması heç kimə qarşı yönəlməyib: “Bu, bizim varlığımızın dünyaya təqdim olunmasında bir vasitədir. Platforma hər hansı dövlətə, o cümlədən Rusiyaya qarşı yönəlməyib. Rusiya bizim strateji tərəfdaşımızdır”.
Ə.Həsənov qeyd edib ki, Rusiyada yaşayan türklər və müsəlmanlar vəziyyətlərindən çox razıdırlar: “Təəssüflər olsun ki, Rusiyada bəzi qüvvələr belə qələmə verməyə çalışacaqlar ki, Türkdilli Ölkələrin və toplumların Media Platforması yaradıldı, bundan Rusiyaya qarşı vasitə kimi istifadə olunacaq. Amma bu, qətiyyən belə deyil. Biz Rusiya ilə tərəfdaşlığımızı, strateji müttəfiqliyimizi davam etdiririk. Rusiya Türkiyənin də, Azərbaycanın da, Qazaxıstanın da, Qırğızıstanın da, Türkmənistanın da, Özbəkistanın da, digər türk toplumlarının da dostu, həmçinin, bölgənin böyük dövləti olaraq qalır”.
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir