Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
GünAz TV: Azərbaycan Respublikasının “Cümhuriyyət” qəzetinin saytı son vaxtlar İranda Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı çıxarılan ağır məhkəmə hökmləri haqda geniş məlumat dərc edib.
Qəzetin müxbiri bu barədə güney azərbaycanlı fəallar Məhsa Mehdizadə (Mehdili), Kərim Əsğəri və Ağrı Qaradağlı , həmçinin Azərbaycan Respublikasından olan milli fəal Faiq Ələkbərli ilə danışıb.
İyulun 14-də “Cümhuriyyət” qəzetində yayılan məlumatı olduğu kimi təqdim edirik:
“Son vaxtlar İranın hakim molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiq və təqibləri gücləndirib. Milli siyasi fəallardan Mehdi Kuxiyan, Siyamək Mirzayi, Səhənd Məali və Abbas Lisani həbsdədir. Onlara qarşı həbsxanada təzyiqlər edilir. Güney Milli Hərəkatının simvolu sayılan Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsi tərəfindən ağır həbs və sürgün cəzasına məhkum edilib. Hökmə əsasən, o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub.
Maraqlıdır onun cəzası etdiyi “cinayətə” adekvat deyil. Rejim Abbas bəy və digər fəalların barəsində niyə belə sərt cəza çıxarır? Məqsəd nədir? Rejim baş verəcək etnik və sosial zəmində narazılıqlara hazırlaşır?
“Qərbi Azərbaycanı türksüzləşdirməyə çalışırlar”
Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri, Türkiyədə yaşayan soydaşımız Kərim Əsgəri “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, molla rejiminin milli fəallara təzyiqlərinin artması təsadüfi deyil:

“Son zamanlar hakimiyyət orqanları, təhlükəsizlik qüvvələri milli fəallara qarşı daha qəddar davranırlar. Xalq arasında da milli ideyalar sürətlə yayılıb.
Artıq insanlar öz haqqlarını tələb edirlər. Son zamanlar Milli Hərəkatı gücləndirən əsas amil də rejimin şovinist siyasətinin güclənməsidir. Məsələn, son zamanlar paniranist qüvvələr Güneydə şovinist siyasət aparırlar. Qərbi Azərbaycan əyalətində, Urmiyada türksüzləşdirmə siyasəti aparır, bölgəni kürdləşdirmək istəyirlər. Bu da xalqda narazılığı artırır, milli qüvvələrin fəallaşmasına səbəb olub. Bundan başqa ABŞ-ın İrana sanksiylarının güclənməsi, daxildə ziddiyyətləri artırır. Molla rejimi ehtiyat tədbirləri görməyə məcbur olur”.
“Bu yolla Milli Hərəkatı qorxutmaq mümkün deyil”
Türkiyədə mühacir həyatı yaşayan daha bir güneyli siyasi fəal Məhsa Mehdili bildirib ki, beynəlxalq vəziyyət İranda baş verən proseslərə güclü təsir edir:

“Xarici təzyiqlər, daxildə sosial-iqtisadi problemlərin artması proseslərə təsirsiz qalmır. İran hakimiyyəti, xüsusən güneyli siyasi fəallara qarşı amansızdır. Güney Azərbaycan Milli Hərəkatının Bəzz qalasına yürüşünə mane olmağa çalışırlar. Rejim bütün gücü ilə çalışdı ki, aksiya baş tutmasın. Abbas Lisaniyə qarşı ədalətsiz və olduqca sərt cəzanın verilməsi təsadüfi deyil. Molla rejimi Lisaninin timsalında bütün Milli Hərəkatı cəzalandırmaq, insanların gözünü qırmaq istəyir”.
Məhsal Mehdili hesab edir ki, molla rejimi xarici siyasətdə uğursuzluğa düçar olduğu üçün siyasi təzyiqlərlə vəziyyətə nəzarəti qorumağa çalışır:
“Ancaq unudurlar ki, Güney Azərbaycan Milli Hərəkatını bu yolla qorxutmaq mümkün deyil. Milli Hərəkat öz yolundadır və lazım gəldiyi an öz sözünü deyəcək”.
Güneyli fəal diqqəti Abbas Lisaninin “cinayət işi”ndəki bir nüansa çəkib:
“Abbas Lisani Milli Hərəkatın simvoludur. O, gəncləri öyrədən, Milli Hərəkata cəlb edən bir ideoloqdur. Onun “dosye”sində bir məqam var. İddia olunur ki, Abbas Lisani rejimin Qərbi Azərbaycanla bağlı siyasətinə etiraz edib, xalq bu siyasətə etiraz etməyə çağırıb. Əslində, Abbas bəyin bu cür fəaliyyəti olub. O, Qərbi Azərbaycanın kürdləşdirilməsi siyasətini hər zaman pisləyib, Milli Hərəkatı bu məsələyə diqqəti artırmağa çağırıb”.
Məhsa Mehdili bildirib ki, Abbas Lisaninin həbsi Milli Hərəkatın gücünü zəiflədən faktordu.
“Molla rejimi yeni həmləyə keçib”
AMEA-nın böyük elmi işçisi, Bütöv Azərbaycan Ocaqları İdarə Heyətinin üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də hesab edir ki, hakimiyyətin siyasi fəallara təzyiqləri artırması İran ətrafında baş verənlərlə bağlıdır:

“Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehdi Kuxiyan, Siyamək Mirzayi, Səhənd Məali, Abbas Lisani və başqalarına qarşı represiyaların gücləndirilməsi, həbsləri artması təsadüfi deyil. Xüsusilə də Abbas Lisaninin yenidən həbs edilməsi və həbs edilənlərə qarşı həbsxanada təzyiqlər artması fars molla rejiminin yeni bir həmləyə keçdiyindən xəbər verir. Üstəlik, Abbas Lisaninin Ərdəbil İnqilab Məhkəməsi tərəfindən haqq etmədiyi ağır həbs və sürgün cəzasına məhkum edilməsi qəbuledilməzdir. Hər halda, hökmə əsasən, o, 8 il həbs və ailəsi ilə birlikdə 2 il Yəzd şəhərinə sürgün cəzasına məhkum olunub ki, bu tamamilə ədalətsizlikdir. Hesab edirəm ki, fars molla rejiminin bu cür addımlar atmasında iki amil xüsusi rol oynayır.
Birincisi, Azərbaycanın Güneyində yaşayan soydaşlarımız, Azərbaycan türkləri bu kimi hallara qarşı daha adekvat və sərt addımlar atmırlar. Ən azından, bu istənilən səviyyədə öz əksini tapmır. Görünür, həbslərlə bağlı Azərbaycan türkləri tərəfindən ciddi reaksiyalar yoxdu deyə, rejim daha da azğınlaşıb. Eyni zamanda, milli oyanış hərəkatının sistemli bir şəkil almaması da öz təsirini göstərir. Mən əvvəllər də ifadə etmişdim ki, indi 20 il əvvəli vəziyyət deyil. Yəni Azərbaycan türklərinin milli iradəsi daha açıq və sərt formada öz təcəssümünü tapmalıdır. Məsələn, Paşinyanın Tehran səfərinə və burada etdiyi anti-Azərbaycan siyasətinə qarşı etirazlar yüksələn xətlə davam etməli idi. Çünki bu milli proseslər artan templə davam etmədiyi təqdirdə, fars molla rejimi milli oyanış hərəkatını beşikdəcə boğmaq istəyir. Bizcə, fars molla rejiminin Abbas bəyin və digər fəalların barəsində belə sərt cəza çıxarmasının arxasında da milli oyanış hərəkatına ciddi zərbə vurmaqdır. Başqa sözlə, əsas məqsəd Güney Azərbaycan milli oyanış hərəkatını sıradan çıxartmaq, Azərbaycan türklərinin birləşmək ümidlərini məhv etməkdir. Çox yazıqlar olsun ki, bu məsələ də, yəni milli oyanış hərəkatının qarşısının alınmasında fars molla rejimi tək deyildir. Bu baxımdan, fars molla rejiminin atdığı bu son addımlarla bağlı ikinci amil, milli oyanış hərəkatına qarşı iş birliyini gücləndirməsidir. Hesab edirəm ki, bu məsələdə fars molla rejimi Azərbaycanın quzeyində də özünə dəstəkçilərini artıra bilib. Belə ki, artıq Azərbaycanın quzeyində, Azərbaycanın Güneyində baş verən milli oyanış hərəkatına tamamilə əks olan açıqlamalar verilir. Burada sözdə İran İslam rejiminin ərazi bütövlüyünün qorunmasının vacibliyindən və s. bəhs olunur. Bu onu göstərir ki, fars molla rejimi milli oyanış hərəkatının yeni bir mərhələyə keçməsindən ehtiyat edir və bu məqsədlə qlobal, ya da regional problemlərin çərçivəsində özünü qorumağa çalışır. Hər halda, fars molla rejimi artıq baş verəcək etnik və sosial zəmində narazılıqlara dayanacaq gücdə deyil. Belə bir məqamda fars molla rejiminin yeni taktiki gedişlər etməsi başa düşüləndir. Çox təəssüflər olsun ki, Azərbaycanın quzeyindəki bəzi dairələr, insanlar bilərəkdən ya da bilməyərəkdən fars molla rejiminin bu oyunun tərkib hissəsinə çevriliblər. Bu qətiyyən doğru deyil, çünki Azərbaycanın Güneyindəki milli oyanış hərəkata zərər verir”.
“İran xalqı “saatlı bomba”nı xatırladır. Bu “bomba” hər an partlaya bilər”
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İdarə Heyətinin üzvü Ağrı Qaradağlı isə bildirib ki, İran rejimi sürgün cəzası verməklə milli fəalları öz bölgələrindən uzaqlaşdırmağa çalışır:

“Bu gün Güney Azərbaycan Milli Hərəkatının fəallarından həbsdə olanlar var, o cümlədən, Abbas Lisani, Siyamək Mirzayi, Lətif Həsənli, İbrahim Nuri, Kazim Səfabəxş, Əmir Səttari, Həkimə Əhmədi, Mehdi Kuxiyan, Tohid Əmini, Kiyanuş Tohidi, Ziya Gərgəri, Səccad Şəhiri, Hamid Allahverdi, Səhənd Məali, Babək Vəlipur, Ruhulla Əhmədnəjad və dirəg hərəkatçılarımız İran rejimi tərəfindən günahsız olaraq həbsə məhkum ediliblər. Siyamək Mirzayinin azad olunacağını gözləyirdik. Lakin xəbər gəldi ki, aclıq aksıyasına başlayıb. Hazırda onun durumundan xəbərimiz yoxdur. Bu, onu göstərir ki, İran rejimi təzyiqləri artımaq istəyir. Siyamək bəyin cəza müddəti bitmişdi, onun azad olunması lazım idi. Həbsxanada qurama iş açıb həbs müddətini artımaq istəyirlər. Abbas Lisani kimi tanınmış milli hərəkatçı 8 il həbsə məhkum edilir və ailəsi ilə birlikdə 2 il fars bölgəsinə sürgün edilir. Bu onu göstərir ki, milli fəalları Güney Azərbaycandan uzaqlaşdırmağa çalışırlar. Gələn məlumata görə bir neçə gün öncə İran rəsmiləri Oslo şəhərində İran kürd təşkilatlari, o cümlədən “PEJAK” və “Komle” ilə görüşüblər. Gö-rüşdə Urmu vilayəti və ətraf şəhərlərin kürdləşdirmə siyasəti müzakirə olunub”.
Ağrı Qaradağlı bildirib ki, son günlər kürdlər də bölgədə fəallaşıb:
“Urmu bölgəsində kürdlər sərhəddi qoruyan bir neçə Güney Azərbaycanlı türk əsgəri öldürüb. İran rejimi bu məsələyə səssiz qalıb. Bundan başqa Urmu valisi kürd olduğu üçün türk şəhərlərinə su və elektrik verilməsinin qarşısını alır və xalqa çox çətinliklər törədir. Bütün bunlar onu göstərir ki, İran rejimi Güney Milli Hərəkatına təzyiqlər daha da gücləndirəcək. Milli hərəkatçı Kazım Səfabəxşə 13 il həbs cəzası verilir. Məhkəmə prosesini gizli keçirirlər ki, kimsənin xəbəri olmasın. Lətif Həsənli 7 ildir ki, Kərəm şəhərində həbsxanadadır və adlarını çəkdiyim başqa hərəkatçılarımız hər biri ayrı-ayrı hökmlərlə həbsxanaya atılıblar.
Lakin bunlar əbəsdir. Güney Azərbaycan Milli Hərəkatını yatırmaq mümkün deyil. Milli oyanış prosesi güclənir, genişlənir. Hər an sosial partlayış, milli qiyam başlana bilər. İran xalqı “saatlı bomba”nı xatırladır. Bu “bomba” hər an partlaya bilər. İran rejimini ən çox qoruxdan da Güney Azərbaycan Milli Hərəkatıdır. Iran rejimi təzyiqləri gücləndirsə, kütləvi etirazlar, iğtişaşlar qaçılmaz olacaq”.
Aydın Turan”
Qaynaq:
N.S
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib