SON XƏBƏRLƏR

Qadir Növruzidən yeni xəbər

2021.10.20, 07:36
Qadir Növruzidən yeni xəbər

Gunaz.tv

GünAz TV: Təbriz zindanında işgəncələrə məruz qalmış “Arman” öyrənci icmasının son müdir-məsulu cənab Qadir Növruzi müayinə olmaq məqsədi ilə həkimə aparılıb.

 

Cənab Növruzi, 6-cı gün (şənbə günü) müayinə üçün doktor Səməd Hejirin ofisinə (mətəbb) intiqal edilib. O, müayinə edildikdən sonra ultrasəs (sonoqrafi) müyinəsi üçün “Azərbaycan dərman mərkəzi”nə göndərilib.

 

Doktor Hejir cənab Növruzinin üzərində aparılan müalicə prosesini (sürəcini) yetərli saymayıb və bildirib ki, xəstə daha yaxşı şəraitdə saxlanılmalıdır.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal, başqa azərbaycanlı siyasi məhbuslar kimi ağır şəraitdə saxlanılır. Bir mqddət öncə Qadir Növruzidə daxil olmaqla 15 nəfər azərbaycanlı siyasi məhbus, zindan məmurları tərəfindən ağır döyülüb və yaralanmışdılar.

 

Qaynaq: facebook səhifəsi- Urmu gölünün nicatı planını (tərhinı) rədd etdiyi üçün İran məclisinə etiraz.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar