SON XƏBƏRLƏR

Səhənd Nobəxt mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

2021.10.20, 07:36
Səhənd Nobəxt mülki vəsiqə qarşılığında azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: 17 yaşlı azərbaycanlı tələbə, Qoşaçay sakini Səhənd Nobəxt bazar günü (oktyabrın 9-u , mehrin 17-i) Urmu şəhərinin mərkəzi zindanın siyasi bölümündən (bəndindən) azadlığa buraxılıb.

 

Təxminən 75000 dollarlıq (75 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılan Nobəxt avqustun 31-i (şəhrivərin 9-u) Qoşaçayda təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və Urmunun ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə intiqal edilmişdir.

 

Nobəxt 1 ay müddətinə ETTELAATın təknəfərlik kamerasında işgəncələr altında saxlanılıb və surğu-suala tutulub. O, milli təhlükəsizlik əleyhinə fəaliyyət, milli zəmində fəaliyyət, sistemin əleyhinə təbliğ və ... kimi ittihamlarla suçlandırılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı gənc fəal mədəni zəmində çoxlu fəaliyyət edib. Qapadılmış “Səhənd” və “Azərbaycan” tələbə dərgiləri onun təşəbbüsü ilə nəşr edilib. O, Qoşaçaydakı “Duman” kitabxanasında türkcə kitablar yayıb və “www.duman.ir” saytında da eyni fəaliyyətlə məşğul olub.

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar