Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Millətçilik” qəzetinin baş redaktoru (sərdəbiri), tanınmış yazar-araşdırmaçı Pərviz Elaydır.
- Pərviz bəy, Urmu məsələsi ilə bağlı fikirləriniz nədən ibarətdir və rejim bununla nəyə nail olmaq istəyir?
- Hələ fars Pəhləvi sülaləsi dövründə (1924-1977) Güney Azərbaycan ərazisinin boşaldılması, türklərdən təmizlənməsi dövlət siyasətinin mühüm strateji hədəflərindən biri idi. Bunun üçün ən “məhsuldar” vasitə bölgənin iqtisadi inkişafını əngəlləmək və əhalini iqtisadi baxımdan digər bölgələrə köçməyə məcbur etmək kimi siyasət yeridilirdi. Bu baxımdan Urmu hədəfdə öndə gəlir. Çünki Türkiyə və Quzey Azərbaycanın sərhəddindədir, bu iki müstəqil türk dövlətlərindən gələn azadlıq və türkçülük rüzgarını ilk içinə çəkən, PKK ilə üzbəüz olduğundan milli türk hissləri yüksək olan bir bölgədir. Həm də, bölgənin coğrafi xüsusiyyəti (fars təhsil və idarə mərkəzlərindən uzaqlıq) fars təsirini azaldır.
İranda farsların kompakt (birgə) yaşadığı bölgələrdə Azərbaycan türklərinin icmalarına nəzər yetirsək, onların əksəriyyəti məhz Güney Azərbaycanın qərbindən, ilk növbədə Urmudan olduğunu görərik. Soydaşlarımız dözülməz iqtisadi şəraitdən bezib iş və dolanışıq dalınca digər regionlara (bölgələrə), xüsusilə iqtisadi cəhətdən inkişaf etdirilən fars bölgələrinə üz tuturlar. Bununla da fars rejimi istədiyinə nail olur. Farsların çoxluq təşkil etdiyi regionlara köç etmiş türklər ikinci nəsildə artıq farslaşmağa başlayırlar.
Urmu gölünün quruması, məhz Pəhləvi dövründə başlamış, daha sonra ruhani qiyafəli fars şovinistləri dövründə davam etdirilən siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. Təsərrüfatın və iqtisadiyyatın qərəzlə inkişaf etdirilmədiyi yerlərdə ekoloji fəlakət qaçılmazdır.
Amma əminliklə demək olar ki, Tehrandakı farsçı rejim Azərbaycan türklərinin yüksək səviyyədə etiraz nümayiş etdirəcəyini gözləmirdi. Buna görə də bölgəyə təcili maliyyə yardımı artırılması barədə qərar əslində, balaca da olsa, Güney Azərbaycanın əldə etdiyi mühüm uğurdur.
- Sizcə, rejim Urmu gölünü qurutmağa nail olsa, proseslərin (sürəcin) sonraki, mərhələsi necə ola bilər?
- Tarixən anti-demokratik dövlətlərdə milli azlığın məhv edilməsi üçün insani (humanitar) və ya ekoloji fəlakətdən istifadə geniş yayılmış təcrübədir. Sovetlər (Şurəvi) dönəmində Kreml quraqlıq və məhsuldarsızlıqdan istifadə edərək Qazaxıstanda, Ukraynada (“qolodomor” soyqırımı) milyonlarla qazaxın və ukraynalının məhvinə nail olmuşdu. 1920-ci illərdə Güney Azərbaycanda milli hərəkatı yatırmaq üçün ingilislər və fars şovinistləri də böyük aclıq yaratdılar ki, bunun nəticəsində milyona qədər Azərbaycan türkü məhv edildi. Bu az öyrənilmiş tarixi faciə barədə hətta diplomatik yazışmalar və digər sənədlər də var.
Mən bir tarixi faktı nəzərinizə çatdırmaq istəyirəm. Sovetlərin Çinlə düşmənçiliyi dövründən SSRİ-nin (Şurəvinin) dağılmasınadək Çinin Rusiya ilə sərhəd bölgəsində yerli əhali mancurlar idi. Çin şovinistləri bu bölgəni elə duruma gətirdilər ki, mancurların böyük bir qismi ölkənin içərilərinə doğru miqrasiya (köç) etdi, bölgə boşaldı. Sovetlər dağıldıqdan sonra Rusiya ilə sərhəd ticarəti gücləndi, onda bu bölgənin strateji və iqtisadi əhəmiyyəti də artdı. Çin şovinistləri boşalmış bu bölgəyə çinlilərin və çinli şirkətlərin kütləvi şəkildə yerləşməsi üçün şərait yaratdılar. İndi bu bölgədə mancurlar say azlığındadır və öz əzəli vətənlərində çinliləşirlər. Eyni siyasət Çinin Uyğurustan bölgəsində aparılır.
Mənim zənnimcə, farsçı rejim tərəfindən Türkiyə və Azərbaycan arasında strateji əhəmiyyətə malik, yəni “Türk Dünyasının strateji qapısı” olan Urmu bölgəsi barədə də oxşar plan gerçəkləşdirilməkdədir.
- Necə düşünürsünüz, Güney Azərbaycan Milli Hərəkatı dünyada baş verən siyasi dəyişikliklərə hazırdımı?
- Son etiraz dalğasını təkcə Urmu gölünün quruması ilə bağlamaq düzgün olmazdı. Soydaşlarımızı xiyabanlara çıxaran fars şovinizminin yaratdığı, illərlə üst-üstə yüklənən milli zəmində aşağılama və türkə qarşı nifrət siyasətinə etiraz idi. Bu hərəkat göstərdi ki, artıq Azərbaycan türkləri sırf öz mənafeləri, öz milli mənliyi uğrunda mübarizə edə bilir. XX əsrin əvvəllərində və 70-ci illərində Güney Azərbaycan hərəkatı “irançılıq” kimi çərçivədən çox cüzi hallarda kənara çıxa bilirdi. Nəticədə, bir farsçı rejimi digəri əvəz edir, qazanan yenə farslar olurdu. İndi isə, bu hərəkat Azərbaycan türkünün öz milli mənafeləri üçün mübarizə istiqaməti alıb. Beləliklə, artıq təşkilatlanan bu hərəkat konkret (açıq, müşəxxəs) və praqmatik (əməli) hədəfləri götürüb. Bu hədəflərə çatmaq üçün itkilər əbəs deyil.
Dünyada baş verən proseslərə gəldikdə, yenə də Azərbaycan Milli Hərəkatı bu proseslərdən nə gözlədiyini və nəyi əldə edəcəyini dəqiq bilməlidir.
- Bu gün ən çox səslənən fikirlərdən biri də odur ki, Qərb, Amerika Milli Hərəkatı dəstəkləmir və s. Bəlkə, onlar Milli Hərəkatı bir güc olaraq görmürlər?
- Daha doğrusu, Qərb və Amerika Güney Azərbaycan Milli Hərəkatını görmək istəmirlər. Hətta bir çox Qərb siyasi xəritələrində Urmu bölgəsi “kürd məkanı” kimi qələmə verilir. Bu çox narahatedirici faktdır.
Qərb və ABŞ (Amerika Birləşmiş Ştatları) bilməlidir ki, regionda (bölgədə) Azərbaycan və Türk faktorunu qulaq ardına vurmaqla öz mənafelərini öncədən uçuruma yuvarladırlar. Urmu gölünün quruması ilə bağlı etiraz hərəkatından sonra da regionda Türk faktorunu dışlayıb, PKK-PJAK-a, ermənilərə və ya fars islahatçılarına həlledici amil kimi baxmaq siyasi intihardır.
Bu cür qərəzli yanaşmada onlar Rusiyanın səhvini təkrar edirlər. Rusiya Güney Qafqazda erməniləri dəstəkləməklə gerçək olaraq öz təsir dairəsindən Gürcüstanı itirdi, potensial olaraq Azərbaycanı itirmək üzrədir və bu regionda Türkiyəni gücləndirdi. Qərbin anti-türk dairələrinin bu cür siyasi korluğu ona gətirib çıxara bilər ki, Azərbaycan Türkü onlara vacib olan anda onların gözləmədiyi gedişatı edə bilər. Ona görə də, regionda marağı olan güclər Azərbaycan Türklərinin Milli Hərəkatı ilə hesablaşmalıdırlar.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir