Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
GünAz TV: Ötən gün bir acı xəbər bütün Azərbaycanı bürüdü. Cəfərzadə ailəsinin bütün üzvlərinin həlak olması ilə bağlı çeşidli ehtimallar irəli sürülür.
Ötən gün bir acı xəbər bütün Azərbaycanı bürüdü.Güney Azərbaycan türklərinin Milli haqları uğurunda mübarizə aparan, ziyalı İbrahim Cəfərzadə xanımı və az yaşlı qızı Aylinlə birlikdə Azərbaycanın Xoy şəhəri ətrafında yol qəzasına «düşərək», həlak olub. Bu ailənin bütün üzvlərinin həlak olması ilə bağlı çeşidli ehtimallar irəli sürülür.Bu da səbəbsiz deyil. Çünki İbarhim Cəfərzadə Azərbaycan türklərinin milli varlığı uğrunda mücadilə aparanların həmişə önündə olub. O, «Evrin» adlı Cəmiyyətin qurucularından idi.
Bu itgi ilə bağlı onun yaxınlarına və millətimizə baş sağılığ veririk.
Hakimiyyəti onun dəfninə də əngəlləməyə çalışıb. Yas ərasimində tutulanların bəzilərinin adını diqqətinizə çatdırırıq: Şirzad Hacılı- Xoy şəhərindən olan tanınmış Azərbaycan milli fəal və İbrahım Cəfərzadənin yaxın dostu,.Vəli Zöhrabi(Oxtay),Həmid Nadarlı- Şəbüstər şəhərindən,həbsdən yenicə buraxılıb, Sadıq Əvəzpur- hazırda Təbriz zindanında dustaq olan Mustafa Əvəzprurun atası, Nasir Mustafapur, Kiyab Peyğami- Muğan mahalından, həbsdən yenicə buraxılıb, Vəhid Faizpur- Urmiyadan,həbsdən yenicə buraxılıb, Əhməd Nəsirzadə,Behnam Hacızadə, Abdulla Şəfai, Hüseyn Zəfərxah, Məhəmmdə Biğəm,Behzad Hacılı, Əli Məhəmməd Əlili, Behnam Moheb Əlili, Atilla Seyfi, Zeynal Qasimi, Nicat Rzalək, Məhəmməd Vəhdətfər, Məhəmməd Əlili,Əli Rzayı- Qoşaçaydan ictimai fəal, Cavad Sərvnaz- Xiyavdan(Meşginşəhr) olan ictimai fəal,Əli Mehdizadə - Təbrizdən olan ictimai fəal, Məhəmməd Əhədi- Miyanadan,ictimai fəal,Əfşin Şəhbazi- Muğandan ola, ictimai fəal, Musa Seyfi.
GünAzTV-nin məlumatına əsasən, mərasimdə tutlanların sayı 50 nəfərdən çoxdur.
Baş verən bu müəmmalı avtomobilə qəzası yada 2008-ci ilin oktyarbrında baş vermiş oxşar olyayı saldı.Həmin vaxt Güney Azərbaycanda tanınmış ziyalı Qulamrza Əmani qardaşları Kərim və Cəfərlə birlikdə şəxsi avtomobillərində Təbriz-Əhər yolunda İran İslam İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus yük maşını tərəfindən qəzaya uğradılmışdılar.Onda şahidlə bilrmişdi ki, hadisədən sonra Əmani ağır yaralı olub. O, 4,5 saat hadisə yerində qalıb. Təbrizdəki İmam Rza adına xəstəxananın məlumatına əsasən, Q.Əmani qan axmasından həlak olub. Bundan başqa yerli şahidlərin verdiyi məlumata görə, ETTELAAT məmurları cərahiyyə otağına daxil olaraq, onun müalicə edilməsinə əngəl törətmişdilər.
Hələ 2006-cı ildə Qulamrza Əmani ETTELLAAT-a aparılanda oardakı müstəntiq onu ölümlə hədələyərək, demişdi : «Əmin ol. Azərbaycanda dəyişiklik olsa da sən onu heç vaxt görməyəcəksən» .
Azərbaycanın hər yerindən, eləcə də İranının ayrı-ayrı şəhərlərindən Əmani qardaşları ilə vidalaşmaqdan ötrü minlərlə insan axışmışdı. İslam Respublikasının rəhbərliyi vəziyyətə nəzarət etmək üçün mülki geyimli məmurlarından da yararlanaraq, mərasimin genişlənməsinin qarşısını almışdı. Yasda tutulanlar da olmuşdu.
Hakimiyyətin rəsmi informasiya vasitələrindən biri, Təbrizdəki teleradio vasitəsi ilə hadisənin «bir avtomobil qəzası, faciəli olduğunu» bildirilmişdi.
Qulamrza, Kərim və Cəfər Əmani qardaşları Təbrizin Maralan məhəlləsindəki qəbristanlıqda dəfn olundular.
Hakimiyyətin çeşidli təzyiqləri və nəzarətietmə tədbirlərinə baxmayaraq, mərasim iştirakçıları «Azərbaycan, başın sağ olsun! Əmani, yolunu davam edəcəyik!» şüarları səsləndiriblər.
Yada salaq ki, Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparanlara qarşı Tehran hakimiyyəti həbsetmə, çeşidli təzyiq üsullarından istifadə etməklə yanaşı, belə insanları oğrulayıb, öldürməkdən də çəkinmir.
2008-ci ildə baş verən belə olayları xatırlamaq istərdik.
Xosrov Ürfan Şahı iş yerində işgəncə ilə öldürülüb.
Qadir Sədiqini ETTELLAT-ın xüsusi adamları maşınla vurub, hadisə yerindən qaçımışlar.
Fərhad Möhsüninin cəsədi Təbrizin Şahgölü adlı parkından tapılıb. Şahidlərin dediyinə görə, onun cəsədində güllə yaraları aşkarlanıb. Bu isə o deməkdir ki, bu azərbaycanlı gənci güllələyərək, qətlə yetiriblər. Ailəsi isə onu bir müddət idi ki, axtarırmış.
25 yaşlı Fərhad Mösüni 2006-cı ilin məlum may etiraz aksiyalarının (yürüşlərinin) ilödönümü ərəfəsində İranın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən oğurlanmışdı. Yayılmış məlumatlara əsasən o, 2006-cı il mayın 22-də isə Təbizdə keçirilən etiraz aksiyası zamanı polislərin açıdığı ətəşdən güllə yarası almış və tutulmuşdu. Vəkilin iştirakı olmadan keçirilən qapalı məhkəmədə mühakimə olunmuşdu.
Onda Fərhad Möhsüninin valideynlərini hədəlyərək, demişdilər : «Onun həbsdə olması barəsində məlumat yaymayın. Əks halda Fərhad Möhsüni ilə yanaşı sizdə cəzalanacaqsınız».
İranın rəsmi xəbər agentliyi, İRNA Şərqi Azərbaycanın polis rəisi Fərhad Mösüninin qətli ilə bağlı açıqlamasını yaymışdı : «20 gün öncə 23 yaşlı Fərhad Mösüni dostları ilə gəzməyə çıxıb. Bundan sonra o, izsiz yoxa çıxıb. Cəsəd Elöğlündə tapılıb, məhkəmə tibbi-ekspertizası (həkim müayinəsi) tibbi müayinədən keçirərkən, onun bədənində döyülmə, və zədə halları müşaihidə ediblər. Bu araşdırmadan sonra müəyyən olunub ki, onun psixotrop (rəvangərdan) maddə qəbul etdiyi aşkarlanıb. Son nəticəyə görə, Fərhad Mösüni qəbul etdiyi həblərin nəticəsində özünü suda boğub».
2006-cı ilin may etiraz aksiyalarında həbs olunmuş Səttar Səliminin də saxlanıldığı yeri polis və ETTELAAT-ın yerli idarələri validyenlərindən gizli saxlamışdılar. Həmin il o, həbsdə olduğu iki ay ərzində ağır işgəncələrə məruz qalmış sonra isə qətlə yetirilmişdi. Onda hakimiyyət təmsilçiləri S.Səliminin cənazəsini ata-anasına təhvil verəndə ölmün səbəbini də təxminən oxşar fikir söyləmişlər : «Səttar Səlimi zindandan qaçıb, Arazdan keçərkən, boğulub».
Amma ölkənin çağdaş tarixində İran həbsxanasından kiminsə qaçmasına dair fakt bəlli deyil.
Onu da xatırladaq ki, Azərbaycanın məşhur yazıçısı Səməd Behrəngi də şahın zamanında Arazda «boğulmuşdu». Bu baxımdan şah və ya ayətullalığından asılı olmayaraq, Tehran hakimiyyəti düşmənlərini eyni üsulla aradan çıxarır, ya çayda «boğulduğunu» deyir, ya da «avtomobil qəzasına» düşdüyünü sübut etməyə çalışır.
Sədrəddin Soltan
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir