Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Rusiyanın Ukraynanı qaranlığa qərq etmək planı üzə çıxdı
Hörmüzdə LNG hərəkəti artdı
İranın Nəcəfə uçuşları yenidən bərpa olunur
G7 İranın qonşularına hücumlarını pisləyib, ABŞ-ın Hörmüz boğazında səylərini alqışlayıb
50-yə yaxın ölkə İrandakı edam dalğasına qarşı mövqe bildirdi
Hepko Ərak ABŞ-ın sanksiyalarına məruz qaldı
İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur
Zəncan; Güney Azərbaycanın toxuculuq mərkəzi, amma istehsal zənciri hələ tamamlanmayıb
İranda beş əfqanistanlı silahlı öldürüldü
Bəqai Fransanı "repressiya"ya görə qınadı
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Tramp: İsrailə uçan təyyarəyə qarşı terror cəhdinin arxasında İran dayanırsa, ölkə “çox ağır” zərbə alacaq
Bu qeyri-bərabərlikdir - Jailə
Hikmət Hacıyev: Azərbaycan ABŞ-la münasibətləri keyfiyyətcə yeni strateji səviyyəyə yüksəldib
Zakir Həsənov: Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional təhlükəsizliyin mühüm platformasıdır
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
ABŞ-ın üç aviadaşıyıcıdan ibarət qüvvəsi 20 minədək hərbçinin bölgəyə göndərilməsi demək ola bilər — WP
Tramp: İranın nüvə silahı əldə etməsinə bir neçə həftə qalmışdı
İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Hikmət Hacıyev: C5+1 formatına qoşulmaq Azərbaycanın öz köklərinə qayıtması deməkdir
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüşüb
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat şöbəsinin katibi, politoloq (siyasi şərhçi) Əli Orucovdur.
- Əli müəllim, Güneydə nə baş verir və orada cərəyan edən hadisələrdən gözləntiləriniz nədən ibarətdir?
- Bildiyimiz kimi, 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə Azərbaycan İranla Çar Rusiyası arasında bölüşdürüldü və bununla da böyük bir millət iki hissəyə parçalandı.
Bu tarixi faciədən sonra hər iki tərəfin əsarətində qalan xalqımız başına olmazın bəlalar və müsibətlər gətirildi. Quzeydən fərqli olaraq, Güneydə bu acınacaqlı proses (sürəc) də aqressiv (saldırqan, mühacim) hal aldı. İranda ictimai-siyasi proseslərin ilhamverici qüvvəsi olan güneyli soydaşlarımız hakimiyyətləri və siyasi rejimləri zaman-zaman dəyişə bilsələr də, ayrılıq talehini dəyişə bilmədilər. Daha doğrusu, beynəlxalq güclər buna imkan vermədi. Hər dəfə də böyük itkilər vermək məcburiyyətində qaldılar. İstər pəhləvilərin dövründə, istər indiki fars teokratik rejim dövründə güneyli soydaşlarımıza qarşı eyni siyasət yürüdülüb.
Assimilyasiya (asimilasyon), milli-mənəvi dəyərlərin aradan qaldırılması, ana dilinin və milli mədəniyyətin sıxışdırılması tendensiyası (vəziyyəti) davam etdirilib. İctimai və siyasi fəalların didərgin salınması, zindanlarda çürüdülməsi, fiziki aradan götürülməsi, təqib və təziqlər davamlı, intensiv (müntəzəm) xarakter (mahiyyət) alıb. Lakin bütün bunlara baxmayaraq, Güneydə yaşayan 35 milyona yaxın Azərbaycan türkünü əzmək, mübarizlik əzmini söndürmək İrandakı heç bir rejimlərə müəyyəssər olmayıb. Bu gün Güneydə baş verən proseslərə 3 tərəfdən yanaşmaq mümkündür: Dünyada gedən yeniləşmə, dəyişikliklər, “Ərəb dalğası” və İranın düşdüyü indiki vəziyyəti Xatırlayırsınızsa, 2006-ci ildə İranın rəsmi eyni adlı nəşrində güneyli soydaşlarımızın təhqir olunması ciddi əks-səda verdi və bu Milli Azadlıq Hərəkatının geniş fürsət almasına təkan verdi. Güneyi, hətta, Tehranın özündə belə izdihamlı aksiyalar (yürüşlər) keçirildi və rejim əleyhinə şüarlar səsləndirildi.
Bu gün Güneydə baş verənləri böyük dəyişikliklərin, dünyanın siyasi xəritəsini yeniləşdirəcək astanası da adlandırmaq olar. İranın molla rejimindən cana doyan cəmiyyət hərtərəfli azadlıqlar və dəyişiklər istəyir. Buna farslar daxil orada yaşayan bütün millətlər can atır. Güney Azərbaycanın və azərbaycanlıların bir özəlliyi də ondan ibarətdir ki, onların hədəfi mövcud siyasi sistemdən qurtarmaq deyil, müstəqillik qazanmaqdır. Hesab edirəm ki, Milli oyanışın və milli hərəkatın getdikcə artan dinamikası öz müsbət nəticələrini verəcək.
- Urmu gölü ilə məsələsi ilə bağlı hadisələrin sonunu necə görürsünüz?
- Urmu gölünün qurudulmasını sıradan bir məsələ saymaq qətiyyən olmaz. Çünki bu hər hansısa bir su ərazisinin ortadan qaldırılması deyil. Yeri gəlmişkən qeyd edim ki, Urmiya gölü Şərqdə ən böyük su hövzəsi və özünəməxsus təbii gözəllikləri var. Əgər bu qurudularsa, minlərlə kilometr radiusda (şua) böyük fəlakətlər baş verər və həmin ərazi tamamilə yararsız hala düşər. Göl hesablamalara görə, yüz min tonlarla düz təbəqəsini mühafizə edir. Gölün qurudulması təqdirdə bu duz küləklə, yaxud da buxarla ətraf ərazilərə yayılaraq təbiətə ciddi ziyan vurar və ekosistemi kökündən dəyişər. Bu isə ətraf ərazilərdə məskunlaşan 15-20 milyon insanın oradan köç etməsi ilə nəticələnər. Həmin zərər Guzey Azərbaycandan da yan keçməyəcək. İran rejimi də bilərəkdən ziyanı hesablayaraq, Gölün qurumasının nəinki qarşısını almır, hətta, çalışır ki, bu proses tezləşsin. Gölə axan çayların hamısnın yatağı dəyişdirilib, yaxud da qarşısı kəsilib. Uzmanlar gölün qurudulması ilə yaranacaq faciəni atom-nüvə (dəhşətli silah) zəhərlənməsi ilə müqayisə etmələrində yanılmırlar. Çünki hər ikisinin gətirdiyi fəlakətin təsiri eynidir. Bu baxımdan da Güneyli soydaşlarımız Gölün qurudulmasına çox ciddi və inadkarcasına təpki göstərirlər. Onlar həm də bizim üçün savaşa giriblər. Düşünürəm ki, problemin ciddiliyini nəzərə alıb müxtəlif vasitələrlə rəsmi Bakı öz tərəfdaşları ilə İrana təzyiq göstərməlidir ki, gələcək dəhşətli facənin qarşısı alınsın. Bu artıq bir millətin ölüm-qalım məsləsidir.
- Azərbaycan Milli İstiqlal Partiyası güney məsələsini gündəmdə saxlayan partiyalardan biridir. Qarşıda bu istiqamətdə tədbirlərin keçirilməsi gözlənilirmi?
- Doğru buyurursuz ki, AMİP Güney məsələsini daim diqqətdə saxlayıb. Bu partiyanın yürütdüyü siyasətində prioritet (öncəlik) məsələdir. Biz problemin dərinliyini və ciddiliyini anlayırıq. Doğrudur, bəzən bizə də irad tuturlar ki, Quzeydə kifayət qədər problemlər qoyub, düşmüsüz İranın üstünə. Biz onu da bilirik ki, İranın Azərbaycana təsiri böyükdür və hakimiyyətə iddialı olan bir partiya bunu nəzərə almasın. Lakin AMİP-in qarşısında hakimiyyətə gəlmək heç vaxt məqsəd olmayıb, vasitə olub. Bizim üçün vacibi daha qlobal (kürəsəl), ümimmilli məslələrin üzərinə davamlı getmək, gücümüz və imkanlarımız çatdığı qədər bunları qabartmaq, həllınə yardım etməkdir. Odur ki, hər zaman Güneyli soydaşlarımızn yanında olmuşuq, bundan sonra da varıq. Güneylilər bizə ümid yeri kimi baxırlar. Quzeyda onların dəstəklənməsinə yönəlmiş hər bir tədbir Güneydə geniş rezonans (əks-səda) doğurur. Onlara yeni stimul (əngizə), yeni həvəs verir. Digər tərəfdən İran qapalı dövlət olduğundan baş verən proseslərin beynəlxalq ictimaiyyətin diqqətinə çatırılmasında xeyli çətinliklər yaranır. Quzey vasitəsilə bu mühasirəni yarmaq mümkündür. Biz bu sahədə də fəaliyyətimizi genişləndirmək niyyətindəyik.
Təəssüflər olsun ki, Azərbaycan ictimaiyyəti Güneydə gedən proseslərdən o qədər də məlumatlı deyil və buna maraq az maraq göstərir. Bunları aradan qaldırmaq lazımdır. Eyni zamanda diqqəti Güney Azərbaycandakı insan hüquqlarının açınacaqlı durumuna yönəltməyə zərurət var. Həmçinin də Urmiya gölünün qurudulmasından doğan etirazların əsl mahiyyətinin həm daxilə, həm də xaricə çatdırılması önəmlidir. Bu baxımdan da AMİP-in bir sıra tədbirlər planı (təhri) var və işlər də həmin plan üzrə aparılır. Sizə də məlum olduğu kimi, sentyabrın 14-də İranın ölkəmizdəki səfirliyinin binası qarşısında piket (etiraz) keçirdik. Dünən əslən Güneyli olan Türkiyədə və Azərbaycanda yaşayan soydaşlarımızla görüşümüz oldu və bu görüşdə birgə atacağımız addımlar müzakirə edildi. Ümid edirəm ki, harada yaşamasından və kimliyindən asılı olmayaraq hər kəs Güney məsələsini özünün gündəlik fəaliyyətinin asas hissəsinə çevirəcək. Bax o zaman biz arzusu ilə yaşayıb-yandığımız Bütöv və qüdrətli Azərbaycanı reallığa, həqiqətə çevrə biləcəyik. AMİP-in də bu sahədə gördüyü işər haqqında fəxarətlə söz deyə biləcəm.
Söhbətləşdi: Elnur Eltürk
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Fidanla Əraqçı görüşüb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib
Husilərin silah anbarları bombalandı
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Hörmüz boğazı ərazisində bir neçə partlayış səsi eşidildiyi bildirilir
İran qışda elektrik təminatı üçün Azərbaycan və Türkiyəyə üz tutub
Qəşqayi türklərinin tanınmış müğənnisi Məsud Mehdi Ələmdarlı vəfat edib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir